Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin əməkdaşı Dr. Məhəmməd İmranın elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda nəşr olunub. “Why some jobs just ‘sound’ male: the Arabic language effect” (“Bəzi peşələr niyə sadəcə kişisayağı ‘səslənir’: ərəb dili təsiri”) adlı məqalə “Cogent Education” jurnalının 12(1) buraxılışında çap olunub (cild 10, sayı 1).
Scopus Q2 və Web of Science Q2 kateqoriyasında yer alan, 2.3 impakt faktoruna malik olan jurnal beynəlxalq akademik ictimaiyyətdə geniş tanınır.
Tədqiqat ərəb dilinin qrammatik və leksik xüsusiyyətlərinin, eləcə də məktəb dərsliklərindəki dilin, ana dili ərəbcə olan şagird və tələbələrin peşələri gender baxımından necə qəbul etdiklərinə təsirini araşdırır. Məqalədə həmçinin təhsil sistemində gender-inkluziv dilin tətbiqinin vacibliyi xüsusi vurğulanır.
Ətraflı tanış olmaq üçün: https://www.tandfonline.com/doi/full/10.1080/2331186X.2025.2530160