Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifələrinə işə qəbul üzrə müsabiqə mərhələsinə start verilib.
“Tehsil365” xəbər verir ki, müsahibə mərhələsi 15–17 iyul tarixlərini əhatə edir. Bu mərhələdə iştirak edən namizədlərə 15–20 dəqiqəlik zaman ərzində aşağıdakı istiqamətlər üzrə açıq və praktik suallar təqdim olunur:
İxtisas bilikləri
Uşaq psixologiyası və pedaqogika
Təhsil qanunvericiliyi
Bundan əlavə, namizədlərin musiqi alətində ifa bacarığı da qiymətləndirilir.
Müsahibə nəticələrinə əsasən uğur qazanan namizədlər müvafiq vakaifələrə təyin olunacaqlar.nt vəz
Qazax-Tovuz Regional Təhsil İdarəsi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzulayır.