Magistraturaya qəbul imtahanlarında hazırda dəyişiklik nəzərdə tutulmayıb.
“Tehsil365” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Natiq Əliyev "2024-cü il üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı müzakirələr zamanı deyib. O bildirib ki, imtahanların məzmununda hər hansı dəyişiklik olanda, DİM 2 il öncədən məlumat verir: “Ola bilər ki, gələcəkdə magistraturaya qəbul imtahanında esseyə minimal tələbi qoyulsun. Magistraturada təhsil alan şəxslər həm də əmək bazarında olacaq. Universitetlərdə bu təhsil səviyyəsi üçün dərslərin axşam saatlarında keçirilməsi məqsədəuyğundur”.