Təhsil 365 - Logo Mobile

MDU və “Azərbaycan İES” MMC əməkdaşlığa başladı.

9916.07.2025 - 09:20
MDU və “Azərbaycan İES” MMC əməkdaşlığa başladı.

MDU "Azərbaycan İES" MMC ilə yeni universitet-sənaye əməkdaşlığı modeli qurur

Təhsil və sənaye sahələrində universitet–sənaye əməkdaşlığının gücləndirilməsi və yeni modulu qurmaq məqsədilə Mingəçevir Dövlət Universiteti (MDU) və Qafqazın ən iri enerji müəssisələrindən biri olan “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Azərbaycan İES” MMC) arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu MDU-nun rektoru Anar Eminov və “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov imzalayıblar.

“Tehsil365” xəbər verir ki, buna uyğun olaraq 2025-ci ilin 15 iyul tarixində rektor Anar Eminovun rəhbərlik etdiyi universitetin nümayəndə heyəti “Azərbaycan İES” MMC-nin baş idarəetmə binasında olublar. Dəyirmi masa ətrafında keçən görüşdə stansiyanın rəhbər şəxsləri də iştirak ediblər.

Universitet-sənaye əməkdaşlığından məmnunluğunu ifadə edən T.Hüseynov ölkəmizdə enerji istehsalında ixtisaslı kadrların yetişdirilməsində MDU-nun müstəsna rol oynadığını diqqətə çatdırıb. Stansiya direktoru MDU ilə bağlanan əməkdaşlıq sənədinin müəssisənin gələcəkdə peşəkar kadr təminatı və innovativ yanaşmaların tətbiqi baxımından əhəmiyyətini vurğulayıb

Rektor Anar Eminov sənayeyə inteqrasiya olunmuş tədris modelinə keçidin MDU-nun strateji hədəfləri arasında olduğunu bildirib. O, bu əməkdaşlığın tələbələrin praktiki bacarıqlarının formalaşdırılması və universitetin tətbiqyönümlü ali təhsil müəssisəsinə çevrilməsi baxımından önəmli rol oynayacağını vurğulayıb. MDU rəhbəri həmçinin, imzalanan Memorandumun real əməkdaşlıq addımlarının atılması üçün yol xəritəsi rolunu oynadığını qeyd edərək, əməkdaşlığın qurulmasında göstərilən dəstəyə görə “Azərbaycan İES” MMC rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra, MDU ilə “Azərbaycan İES” MMC arasında sənaye yönümlü (Energetika mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi) ixtisaslar üzrə peşəkar kadrların hazırlanmasına dair birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.

İmzalanmış Memorandum sənaye yönümlü – xüsusilə Energetika mühəndisliyi və Elektrik və elektronika mühəndisliyi – ixtisasları üzrə peşəkar kadrların hazırlanmasını, elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin təşviqini, həmçinin müasir istehsalatla təhsilin inteqrasiyasını hədəfləyir.

Memorandumun əsas məqsədi elmi biliklərlə istehsalat təcrübəsinin sintezini təmin etməklə ölkənin sənaye potensialına töhfə verə biləcək kadrların hazırlanması, innovasiya fəaliyyətinin inkişaf etdirilməsi və qarşılıqlı resurs mübadiləsinin təşkili kimi strateji istiqamətləri əhatə edir.

Əməkdaşlıq çərçivəsində nəzərdə tutulan əsas istiqamətlər tələbələrin “Azərbaycan İES” MMC-də istehsalat təcrübəsi keçməsi və dərslərin praktiki hissəsinin müəssisənin Tədris Mərkəzində təşkili, müəssisənin mütəxəssislərinin tədris prosesinə cəlb olunması və universitet müəllimlərinin istehsalat prosesinə inteqrasiyası, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və müasir enerji problemlərinə dair innovativ həllərin hazırlanması, magistrlik dissertasiyası mövzularının müəssisənin ehtiyaclarına uyğun müəyyənləşdirilməsi və müəssisədən də elmi rəhbər təyin olunması, müvafiq ixtisasların tədris proqramları və sillabuslarının stansiyanın tələblərinə uyğunlaşdırılması, dərs vəsaitlərinin birgə işlənilməsi, energetika mühəndisliyi və elektrik və elektronika mühəndisliyi ixtisaslarının sənaye yönümlü proqram əsasında yenilənməsi, universitetin stansiyada Təhsil Mərkəzinin açılması, eləcə də kadrların ixtisasartırması, bilik və bacarıqlarının yenilənməsi, istedadlı gənc mütəxəssislərin seçilməsi və gələcəkdə işlə təmin olunmasından ibarətdir.

Baş tutan imzalanma mərasimindən sonra rektor Anar Eminovun rəhbərlik etdiyi universitet nümayəndə heyəti “Azərbaycan İES” MMC-nin maddi-texniki bazası, infrastrukturu, Təlim-Tədris Mərkəzi və inzibati binası ilə yaxından tanış olublar.

Qeyd edək ki, bu əməkdaşlıq çərçivəsində tərəflər elmi-tədqiqat və innovasiya fəaliyyəti, təcrübə proqramları, insan resurslarının inkişafı, sosial və ictimai təşəbbüslər sahəsində birgə fəaliyyət göstərəcəklər. Memorandum beş illik müddət üçün bağlanıb və növbəti mərhələlərdə davamlı əməkdaşlıq mexanizmlərinin qurulmasını nəzərdə tutur.

Zəhra Əliyeva

Xəbər Lenti

“Səs Azərbaycan” iştirakçısı Qəşəm Cəfərov xərçəng xəstəliyindən dünyasını dəyişdi18.07.2025 - 05:10
UNESCO-nun Dünya İrs Siyahısı Genişlənir: Azərbaycan və Afrika Abidələri Siyahıya Daxil Edildi18.07.2025 - 05:00
Xalq Artisti Telman Adıgözəlovun doğum günüdür17.07.2025 - 18:50
Magistratura ixtisas seçimlərinin nəticələri bazar ertəsi açıqlanacaq17.07.2025 - 18:40
Səhnəni erkən tərk edən, gömrük polkovniki olan müğənni: "Alim Qasımova dərs demişəm"17.07.2025 - 18:30
Azərbaycan İlahiyyat İnstitutu – Gələcəyin peşəkar ilahiyyatçıları burada yetişir17.07.2025 - 17:40
Qarabağ Universitetinin psixologiya tələbələri psixoloji mərkəzlərdə təcrübə keçiblər17.07.2025 - 17:35
Barselona Musiqi Muzeyinə Azərbaycan kamançası hədiyyə edilib17.07.2025 - 17:21
Azərbaycan 3 böyük komitəyə üzv seçilib17.07.2025 - 17:10
Bu dəfə ən yüksək balı onlar topladı17.07.2025 - 17:06
II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb17.07.2025 - 16:48
“QS Stars” reytinqi: LDU 3 ulduzla dəyərləndirildi17.07.2025 - 16:43
Ağdaşda kanalda batmış yeniyetmənin meyiti tapılıb17.07.2025 - 16:00
Gəncədə 7 yaşlı uşaq attraksiondan yıxılaraq xəsarət alıb17.07.2025 - 15:50
Ağdaşda yeniyetmə qız su kanalında boğularaq həyatını itirib17.07.2025 - 15:40
İdman Akademiyası və Koventri Universiteti birgə təhsil proqramları üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib17.07.2025 - 15:30
ADA Universiteti dövlət sifarişi əsasında tələbə qəbuluna start verir17.07.2025 - 15:20
Pedaqoji Universitet ali məktəblər sərgisində təmsil olunacaq17.07.2025 - 15:10
Məktəblərdə tədris ilinin yekunlarına dair iclaslar təşkil olunur17.07.2025 - 15:00
Masallı gəncləri bir araya gəlir – II Regional Festival baş tutacaq17.07.2025 - 13:50
Kitabxana statistikası: ADPU-nun Mərkəzi 6 ayda 50 min istifadəçiyə xidmət göstərib17.07.2025 - 13:40
BMU-İNHA ikili diplom proqramının ikinci məzun buraxılışı baş tutub17.07.2025 - 13:30
“Milli yaddaş və mətbuat” mövzusunda elmi sessiya – Folklor İnstitutunda müzakirə17.07.2025 - 13:20
BANM rektoru abituriyentlərlə görüş keçirib17.07.2025 - 13:10
Rektor: “ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz təhsil alır”17.07.2025 - 13:00
Şəhid övladları üçün BDU-da tanıtım turu təşkil olunub17.07.2025 - 12:30
“ADA Universiteti ilk dəfə dövlət sifarişli yerlər ayırır – ümumilikdə 180 yer”17.07.2025 - 12:15
Sabir Rüstəmxanlının “Ömür kitabı” Avropada təqdim edildi17.07.2025 - 12:05
Şəhid övladları üçün BDU-da məlumatlandırma turları təşkil olunub-FOTO17.07.2025 - 12:00
Tarixə bir baxış: Xətaidə “Əkinçi” qəzetinin 150 illik yubileyi-FOTO17.07.2025 - 11:50
Qadın məzunların sayı LDPTM‑də ilk dəfə 50 faizə yüksəldi17.07.2025 - 11:45
BDU Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq17.07.2025 - 11:40
AMEA‑da aparılan multidisiplinar tədqiqatların beynəlxalq aləmdə əks-sədası17.07.2025 - 11:30
Huawei BDU-da rəqəmsal idarəetmə üzrə təqdimat keçirdi- FOTO17.07.2025 - 11:20
Bu dəfə Dəniz...17.07.2025 - 11:10
Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb17.07.2025 - 11:00
Samuxda Uşaq Bağçasında Yanğın Baş Verib.17.07.2025 - 10:50
İstilər pik həddə çatır – Həftəsonu hava necə olacaq?17.07.2025 - 10:50
Peşə Təhsili Müəssisələrinə Qəbul İyul-Avqustda Aparılacaq.17.07.2025 - 10:40
DİM Qiymətləndirmə Üzrə Namizədlər üçün Test İmtahanı Keçirir.17.07.2025 - 10:30
Professor Xəlil Yusiflinin 90 illik yubileyi Gənclər Kitabxanasında anılıb.17.07.2025 - 10:20
Şəhid Azad Abbasovun xatirəsinə həsr olunan “Azad” romanı işıq üzü görüb.17.07.2025 - 10:10
AMEA-da “Azərbaycan Mətbuatının İnkişafı” Konfransı Keçirilib17.07.2025 - 10:00
Azərbaycanda İlk Beynəlxalq Mini-MBA Proqramı UNEC-də Başlayır17.07.2025 - 09:50
Azərbaycan mətbuatı: 150 il və “Elm və həyat” jurnalının fəaliyyəti.17.07.2025 - 09:40
“Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişanla təltif olunub.17.07.2025 - 09:30
Qabiliyyət imtahanlarına dair vacib məlumat – buraxılış vərəqələri hazırdır.17.07.2025 - 09:20
Sabaha gözlənilən hava: İsti və əsasən yağmursuz olacaq17.07.2025 - 09:10