"İcma Əsaslı Məktəbəqədər Təhsil" layihəsi çərçivəsində yeni açılacaq mərkəzlərdə fəaliyyət göstərmək istəyən şəxslər üçün müraciət prosesi başlayıb.
"Tehsil365" xəbər verir ki, layihə, məktəbəqədər yaşlı uşaqlara keyfiyyətli erkən təhsil imkanları yaratmağı, yerli icmaların potensialını gücləndirməyi və valideynlərin təlim prosesində iştirakını təşviq etməyi hədəfləyir.
Müraciət etmək istəyənlər xüsusi forma vasitəsilə qeydiyyatdan keçərək seçim mərhələlərində iştirak hüququ əldə edəcəklər. Qeydiyyat üçün son tarix 23 iyul 2025-ci il saat 23:59-dur.
Müraciət edənlərə aşağıdakı tələblərə diqqət yetirmələri tövsiyə olunur:
Forma diqqətlə və tam şəkildə doldurulmalıdır;
Məlumatlar düzgün və aktual olmalıdır;
Müraciət yalnız bir dəfə qəbul edilir;
Bitmiş müraciət müddətindən sonra qeydiyyat mümkün deyil;
Aktiv e-mail ünvanı göstərilməlidir.
Eyni zamanda, seçim zamanı məktəbəqədər təhsil ixtisasına malik olan və mərkəzə yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcək.
Seçim mərhələli şəkildə aparılacaq və yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.