Təhsil 365 - Logo Mobile

Şəhid övladları üçün BDU-da məlumatlandırma turları təşkil olunub-FOTO

8317.07.2025 - 12:00
Şəhid övladları üçün BDU-da məlumatlandırma turları təşkil olunub-FOTO

Bakı Dövlət Universitetinin "BDU könüllüləri" təşkilatı və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib.

“Tehsil365” xəbər verir ki, əvvəlcə BDU rektoru Elçin Babayev "Zəfər tarixi" lektoriyasında şəhid övladları ilə görüşüb. Rektor Elçin Babayev BDU-nun Azərbaycan elmi, təhsili, ictimai-siyasi həyatında oynadığı mühüm rolu barədə məlumat verib, Universitetin ən böyük məzununun ümummilli lider Heydər Əliyev olduğunu bildirib.

O, universitetin əsas missiyasının milli-mənəvi dəyərlərə, dövlətçiliyə bağlı vətəndaş və yüksəkixtisaslı mütəxəssis yetişdirmək olduğunu xatırladıb:

"Siz ölkəmizin azadlığı uğrunda gözünü qırpmadan həlak olan, qəhrəmanlıqları ilə tarix yazan şəxsiyyətlərin övladlarısınız. Onlara layiq olacağınıza, həyatda, təhsildə uğurlar qazanacağınıza əminik. Hər addımınızda dövlətimiz və xalqımız sizin yanınızdadır".

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova BDU-nun ölkəmizdə ali təhsilin flaqmanı olduğunu, burada tələbələr üçün keyfiyyətli təhsil və tədqiqat mühiti yaradıldığını, son illər universitetin beynəlxalq reytinqlərdə sürətlə irəlilədiyini bildirib. O, tədbirin əsas məqsədinin şəhid övladları olan abituriyentlərin ixtisas seçiminə dəstək vermək, onlarla maraqlı və motivasiya dolu bir gün keçirmək olduğunu vurğulayıb:

"Bu il 60-a yaxın şəhidimizin övladı orta məktəbdən məzun olub. Hansı universiteti, hansı peşə və ixtisası seçmələrindən asılı olmayaraq, onların hər birinin seçiminin düzgün olacağına inanırıq" .

Sonra şəhid övladları universitetin Heydər Əliyev muzeyi və Heydər Əliyev lektoriyasını ziyarət ediblər. Onlar ümummilli liderin zəngin həyat yolu və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponat və məlumatlarla tanış olublar. Qonaqlar BDU-nun Faydalı qazıntılar, Təkamül muzeylərinə baxış keçiriblər.

Universitetin "Tələbə məkanı"nda abituriyentlər üçün tədris prosesi, fakültə və ixtisaslar, elmi tədqiqat mühiti, sosial və akademik dəstək mexanizmləri, tələbə həyatı barədə məlumatlandırıcı infosessiya keçirilib.

Sonda şəhid övladlarına universitetin ekolojiyönümlü layihələri, burada yaradılmış yaşıl zonalarla bağlı məlumat verilib. Onlar BDU-nun "EkoMəkanı"ı, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, tədris binaları, kampusu ilə tanış olublar.



Aydan İsayeva

Xəbər Lenti

Şair Məmməd İsmayıl EVƏ BURAXILDI18.07.2025 - 18:30
Ali təhsil tələbələri arasında “Can Laçın” adlı məqalə müsabiqəsi elan olunub18.07.2025 - 18:20
Odlar Yurdu Universitetinin nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfər edib18.07.2025 - 18:10
Şəki-Zaqatala Regional Təhsil İdarəsində 2024–2025-ci tədris ilinin yekunlarına dair hesabat tədbiri keçirilib18.07.2025 - 18:00
Anar Ələkbərov Ağdamdaki Qiyaslı məscidindən paylaşım edib18.07.2025 - 17:45
YENİLƏNİB : Fövqəladə hallar: Saatlıda yeniyetmənin axtarışları davam edir18.07.2025 - 17:36
Saatlıda Araz çayında 1 nəfər batıb – Axtarışlar aparılır18.07.2025 - 17:21
Direktor məktəb işçilərinə maşın təmizlətdi – Vəzifədən azad edildi18.07.2025 - 17:20
Yeni rektor təyin olunub18.07.2025 - 16:51
Müəllimlərin işə qəbulu18.07.2025 - 16:30
Rusiyada qadağan edildi18.07.2025 - 16:13
ƏƏSMN-də iclas18.07.2025 - 16:12
Mahmud Kaşqari Fondunun layihəsi çərçivəsində nəşr olunan kitablar ictimaiyyətə təqdim edilib18.07.2025 - 16:00
Paytaxtda media nümayəndələri ilə görüş keçirilib18.07.2025 - 15:50
Milli mətbuatın 150 illiyi Mərkəzi Elmi Kitabxanada qeyd olunub18.07.2025 - 15:40
Qarabağ və Şərqi Zəngəzurun əhali strukturuna dair elmi nəşr işıq üzü görüb18.07.2025 - 15:30
Saxta xəbərlərin aşkarlanması üzrə müxtəlif söz modelləri üzərində eksperimental təhlil aparılıb18.07.2025 - 15:20
Mərkəzi Elmi Kitabxanada beynəlxalq elmi konfrans keçiriləcək18.07.2025 - 15:10
Ərzurumda BDU professoru Arif Səlimovun elmi irsinə həsr olunmuş beynəlxalq simpozium18.07.2025 - 15:00
Dərsliklərmi, yoxsa rəqəmsal resurslarmı?18.07.2025 - 14:20
Universitetdə uğurun açarı nədir?18.07.2025 - 14:00
Məktəbəqədər təhsil: Gələcəyin təməli18.07.2025 - 13:55
Şagird-müəllim münasibətləri: 18.07.2025 - 13:51
Vyanada beynəlxalq konfrans: Azərbaycanlı alim din və ağıl münasibətlərindən danışıb18.07.2025 - 13:35
Temperatur yüksəlir: Əhaliyə xəbərdarlıq var18.07.2025 - 13:30
“Yüksəliş”də final həyəcanı başladı18.07.2025 - 13:15
Diplom, yoxsa bacarıq?18.07.2025 - 13:00
Naftalanda media ilə görüş: aktual məsələlər müzakirə olundu18.07.2025 - 13:00
Fərhad Hacıyev: “Yüksəliş”ə maraq bu il rekord səviyyəyə çatıb18.07.2025 - 12:40
“ ‘Yüksəliş’ müsabiqəsi rəhbər kadrlar arasında rəqabəti artırıb – Nazir”18.07.2025 - 12:35
“Gəncə Dövlət Universitetinin layihəsi innovasiya müsabiqəsində qalib seçildi”18.07.2025 - 12:30
“Təhsilin İnkişafı Fondu ianələr üçün onlayn platforma istifadəyə verdi”18.07.2025 - 12:20
“Nicat Məmmədli: ‘TəhsilPlus’ müəllimlərin ictimai nüfuzunu gücləndirəcək”18.07.2025 - 12:10
Jurnalistika ixtisası üçün qabiliyyət imtahanının tarixi açıqlandı18.07.2025 - 11:30
Dövlət orqanlarında müsahibələrin qrafiki təsdiqləndi18.07.2025 - 11:20
Tədqiqat: Neandertallar Azərbaycanda 10 ayrı obsidian yatağını mənimsəyiblər18.07.2025 - 11:10
Ağdamda təhsilin təməli – Prezident yeni bağçanın açılışında- FOTO18.07.2025 - 11:00
İyulun 19-na olan hava proqnozu açıqlanıb.18.07.2025 - 10:00
Bu gün Xalq rəssamı Tokay Məmmədovun doğum günüdür.18.07.2025 - 09:50
BMU və “Huawei” şirkəti arasında əməkdaşlıq müzakirə olunub.18.07.2025 - 09:40
Akademik Mustafa Topçubaşovun 130 illiyinə həsr olunan elmi konfrans keçirilmişdir.18.07.2025 - 09:30
Dövlət qulluğu imtahanı: 1600-dən çox namizəd biliklərini yoxlayacaq.18.07.2025 - 09:20
Peşəkar mühasib imtahanının I mərhələsi iyulun 20-də keçiriləcək.18.07.2025 - 09:10
ADA Universitetində ilk dəfə dövlət sifarişi ilə tələbə qəbulu aparılacaq ixtisaslar açıqlandı.18.07.2025 - 09:00
Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb18.07.2025 - 07:30
İdman Akademiyası ilə Koventri Universiteti arasında yeni birgə proqramlar müzakirə edilib18.07.2025 - 07:20
Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 3 böyük komitəsinə üzv seçilib18.07.2025 - 07:10
Naxçıvanda 4 məzun məktəbi qızıl nişanla bitirib18.07.2025 - 07:00