Ali təhsil müəssisələrinin magistratura pilləsinə ixtisas seçimi mərhələsinin nəticələri yaxın günlərdə açıqlanacaq. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, nəticələrin iyulun 22-si, bazar ertəsi günü namizədlərin şəxsi kabinetlərinə yerləşdirilməsi planlaşdırılır.
“Tehsil365”in məlumatına,əsasən,Namizədlər bu mərhələdə ixtisas kodlarını seçərək müsabiqəyə qatılıblar. Nəticələr açıqlandıqdan sonra qəbul olanlar müvafiq sənədləşmə və qeydiyyat mərhələsinə keçəcəklər. DİM namizədlərə şəxsi səhifələrini vaxtında yoxlamağı tövsiyə edir.