Təhsil 365 - Logo Mobile

Tədqiqat: Neandertallar Azərbaycanda 10 ayrı obsidian yatağını mənimsəyiblər

8718.07.2025 - 11:10
Tədqiqat: Neandertallar Azərbaycanda 10 ayrı obsidian yatağını mənimsəyiblər

Niderlandın ingilisdilli “Arxeologiya elmi jurnalı: hesabatlar” nəşrinin son nömrəsində “Qərbi Azərbaycanın (Cənubi Qafqazın) Orta Paleolit dövründə obsidianın əldə edilməsi və mübadiləsi” adlı tədqiqat məqaləsi dərc olunub. Məqalənin müəllifləri sırasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov, Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev də yer alır.

Arxeologiya və Antropologiya İnstitutundan “Tehsil365”ə bildirilib ki, azərbaycanlı alimlərlə yanaşı, tədqiqatın müəlliflərindən biri Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin V.S.Sobolev adına Mineralogiya və Geologiya İnstitutunun böyük elmi işçisi Yaroslav Kuzmin, digəri isə ABŞ-ın Missuri Universiteti Tədqiqat Reaktor Mərkəzinin Arxeometriya laboratoriyasının tədqiqat professoru Maykl D.Qlaskokdur.

Tədqiqatın əsas məqsədi Orta Paleolit dövründə (təxminən 140-40 min il əvvəl) neandertal insanların alət istehsalı üçün obsidian (dəvə gözü) vulkanik şüşəsini əldəetmə yollarını araşdırmaq olub. Bu məqsədlə Azərbaycanın qərb bölgəsində yerləşən dörd əsas Orta Paleolit abidəsindən - Daşsalahlı (Qazax), Tağlar Xocavənd), Qazma mağarası (Naxçıvan, Şərur) və Kəlbəcərdəki Zar qrotundan tapılmış 85 obsidian nümunəsi üzərində rentgen-flüoresans analizi aparılıb. Analizlər ABŞ-da həyata keçirilib.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, Orta Paleolit dövründə Azərbaycanın neandertalları obsidianı 10 müxtəlif yataqdan əldə ediblər. İstifadə olunan xammal mənbələrinin əksəriyyəti mağara düşərgələrindən 20-160 kilometr məsafədə yerləşib. Bununla yanaşı, bəzən təxminən 350-400 kilometr uzaqlıqdakı mənbələrdən də obsidian gətirilib. Məsələn, Tağlar mağarası ilə Şərqi Anadolunun Sarıqamış və Gürcüstanın Çikiani obsidian yataqları arasında birbaşa məsafə 350-400 kilometrdir, halbuki real yol məsafəsi daha çox ola bilər.

Bu nəticələr Orta Paleolit dövründə Cənubi Qafqazda neandertalların geniş ticarət və mübadilə şəbəkələrinə malik olduğunu, yüksək mobilliyə sahib populyasiyaların iri heyvan ovu ilə yanaşı, xammal tədarükü üçün böyük məsafələr qət etdiyini göstərir. Eyni zamanda, bu qarşılıqlı əlaqələrin yalnız Azərbaycanla məhdudlaşmayaraq qonşu Şərqi Anadolu və bütün Cənubi Qafqaz ərazilərini əhatə etdiyi müəyyən olunub.

Məqalədə qeyd olunur ki, xüsusilə Azıx mağarası daxil olmaqla, neandertal insanların obsidian tədarük sxemlərini daha dərindən anlamaq üçün əlavə tədqiqatlara ciddi ehtiyac var.



Aydan İsayeva

Xəbər Lenti

Prezident İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb19.07.2025 - 18:10
“Siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq” - Prezident19.07.2025 - 18:00
Danışmaqdan daha artıq bir bacarıq19.07.2025 - 14:27
Sosial şəbəkə asılılıqı: reallıq və risklər19.07.2025 - 14:22
Vətənimizi Olimpiadada kimlər təmsil edəcək? Bayraqdarlar bəlli oldu19.07.2025 - 13:20
III Qlobal Media Forumu Şuşada keçirilir, Prezident Əliyev açılışda çıxış edir – CANLI19.07.2025 - 13:10
ADPU-nun 1187 məzunu magistraturaya qəbul olub19.07.2025 - 13:00
Naxçıvan məzunlarından son 30 ilin rekord nəticəsi19.07.2025 - 12:35
"PashaPay" və "ASAN xidmət" media nümayəndələri üçün süni zəka təlimi keçirib19.07.2025 - 12:20
Şəhidlərimizin əziz xatirəsi hörmətlə anıldı19.07.2025 - 12:15
Tanınmış şair vəfat etdi 19.07.2025 - 11:30
Fövqəladə Hallarda Davranışla Bağlı Maarifləndirici Tədbirlər Təşkil Olunub19.07.2025 - 11:20
COP30: Media akkreditasiyası mərhələsinə start verildi19.07.2025 - 11:10
“Şuşaya salam” tədbirində dünya şairləri bir arada- FOTO19.07.2025 - 11:00
III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəldi19.07.2025 - 10:00
İstirahət gününün hava proqnozu açıqlanıb — 20 İyul 202519.07.2025 - 09:50
Azərbaycanlı aktyor Əlvan Fərmanoğlu vəfat etdi19.07.2025 - 09:40
Həmrəylik yay düşərgəsi 250 gənci bir araya gətirib.19.07.2025 - 09:30
Geodeziya və kadastr işlərində WGS-84 koordinat sistemi tətbiq olunacaq.19.07.2025 - 09:20
Sabah havanın temperaturu 41°-dək yüksələcək19.07.2025 - 09:10
AMEA mediası: milli mətbuatın 150 illiyində elmin təbliği missiyası19.07.2025 - 09:00
Yuxusuzluğun öhdəsindən gəlmək üçün nə etməli?19.07.2025 - 06:35
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün yeni təqaüd proqramı təsis edilib 19.07.2025 - 06:25
Biləsuvarda su ehtiyatlarından səmərəli istifadə sahəsində maarifləndirmə tədbiri keçirilib -FOTO 19.07.2025 - 06:10
Bugün unudulmaz opera ifaçısı Ağababa Bünyadzadənin 110-cu ildönümüdür19.07.2025 - 05:40
Telegram fırıldaqçılıq vasitəsi kimi istifadə olunub – Nepal hökumətindən qadağa qərarı19.07.2025 - 05:30
Azərbaycan memarlığının tanınmış siması Arif Əzizov dünyasını dəyişdi19.07.2025 - 05:20
Azərbaycan–Çin mədəni dialoqu: “Tanımadığımız Konfutsi” təqdimatı19.07.2025 - 05:10
“Jurnalist əməyinə yüksək dəyər: Zərdabi mükafatı təqdim olundu”19.07.2025 - 05:00
Şair Məmməd İsmayıl EVƏ BURAXILDI18.07.2025 - 18:30
Ali təhsil tələbələri arasında “Can Laçın” adlı məqalə müsabiqəsi elan olunub18.07.2025 - 18:20
Odlar Yurdu Universitetinin nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfər edib18.07.2025 - 18:10
Şəki-Zaqatala Regional Təhsil İdarəsində 2024–2025-ci tədris ilinin yekunlarına dair hesabat tədbiri keçirilib18.07.2025 - 18:00
Anar Ələkbərov Ağdamdaki Qiyaslı məscidindən paylaşım edib18.07.2025 - 17:45
YENİLƏNİB : Fövqəladə hallar: Saatlıda yeniyetmənin axtarışları davam edir18.07.2025 - 17:36
Saatlıda Araz çayında 1 nəfər batıb – Axtarışlar aparılır18.07.2025 - 17:21
Direktor məktəb işçilərinə maşın təmizlətdi – Vəzifədən azad edildi18.07.2025 - 17:20
Yeni rektor təyin olunub18.07.2025 - 16:51
Müəllimlərin işə qəbulu18.07.2025 - 16:30
Rusiyada qadağan edildi18.07.2025 - 16:13
ƏƏSMN-də iclas18.07.2025 - 16:12
Mahmud Kaşqari Fondunun layihəsi çərçivəsində nəşr olunan kitablar ictimaiyyətə təqdim edilib18.07.2025 - 16:00
Paytaxtda media nümayəndələri ilə görüş keçirilib18.07.2025 - 15:50
Milli mətbuatın 150 illiyi Mərkəzi Elmi Kitabxanada qeyd olunub18.07.2025 - 15:40
Qarabağ və Şərqi Zəngəzurun əhali strukturuna dair elmi nəşr işıq üzü görüb18.07.2025 - 15:30
Saxta xəbərlərin aşkarlanması üzrə müxtəlif söz modelləri üzərində eksperimental təhlil aparılıb18.07.2025 - 15:20
Mərkəzi Elmi Kitabxanada beynəlxalq elmi konfrans keçiriləcək18.07.2025 - 15:10
Ərzurumda BDU professoru Arif Səlimovun elmi irsinə həsr olunmuş beynəlxalq simpozium18.07.2025 - 15:00