Təhsil 365 - Logo Mobile

“Şuşaya salam” tədbirində dünya şairləri bir arada- FOTO

8319.07.2025 - 11:00
“Şuşaya salam” tədbirində dünya şairləri bir arada- FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dünya şairlərinin iştirakı ilə “Şuşaya salam” adlı tədbir keçirilib.

AMEA-dan “Tehsil365”ə bildirilib ki, Türkiyə, Macarıstan, Moldova, Belarus, Qazaxıstan və Özbəkistandan gəlmiş yazarların iştirak etdiyi tədbirdə “Şuşaya salam”, “Şeir məni yazır”, “Brejnevin maskaları” kitablarının da təqdimatı olub.

Giriş sözü ilə çıxış edən AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli 91 yaşlı institutda qonaqları salamlamaqdan məmnunluğunu ifadə edib. Ədəbiyyat İnstitutu haqqında məlumat verən akademik İsa Həbibbəyli bu elm ocağında Azərbaycan ədəbiyyatı ilə bərabər, dünya və türk xalqları ədəbiyyatlarını öyrənən şöbələr olduğunu da diqqətə çatdırıb. Eyni zamanda, Əlişir Nəvai, Məxtimqulu Fəraqi, Mehmet Akif Ərsoy mərkəzlərinin də fəaliyyət göstərdiyini bildirib. İnstituta aid elmi nəşrlər haqqında qonaqları məlumatlandıran akademik İsa Həbibbəyli ədəbiyyatşünaslığı öyrənən jurnallardan da bəhs edib. “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının bir sayının özbək ədəbiyyatına, bir sayının da Abay Kunanbayevə həsr edildiyin deyib. İnstitutda Çingiz Aytmatovun tədqiq edilməsini, Yunus Əmrənin Azərbaycan dilində çap edilməsini xatırladan akademik İsa Həbibbəyli Məlahət Qədirova tərəfindən Belarus ədəbiyyatına aid üç cilddə antologiyanın hazırlandığını qeyd edib. Macar ədəbiyyatına aid dissertasiya yazıldığını, Macar ədəbiyyatı tarixi kitabının Azərbaycan dilinə çevrildiyini, yaxın günlərdə çap ediləcəyini bildirib. AMEA-nın Macarıstan Elmlər Akademiyası ilə əlaqələrin qurulmasında maraqlı olduğunu, Akademiyanın 80 illik yubileyinə Macarıstan Akademiyasının prezidentini də dəvət etdiyini söyləyib.

Türkiyə ədəbiyyatının Azərbaycanın bütün elm mərkəzlərində, xüsusilə Akademiyada hərtərəfli öyrənildiyini söyləyən akademik İsa Həbibbəyli AMEA-nın dünya xalqları ilə elmi əlaqələr formalaşdırdığını da ifadə edib. Dünya ədəbiyyatı nümunələrinin tərcümə və təbliği sahəsində Səlim Babullaoğlunun xüsusi rolunu da vurğulayıb.

Sonra Azərbaycan Yazıçılar Birliyinin (AYB) beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair, esseist Səlim Babullaoğlu çıxış edib. O, çıxışında “Şuşa İli”ndə həyata keçirilən “Şuşaya salam” layihəsi haqqında məlumat verib. Layihədə 32 ölkənin şairlərinə müraciət edildiyini bildirib. Qonaqların hər biri haqqında iştirakçıları məlumatlandıran Səlim Babullaoğlu Nikolae Spetarunun “Brejnevin maskaları” romanının, Atilla Balaşın “Şeir məni yazır” kitabının tərcümə olunaraq Azərbaycan oxucusuna təqdim edilməsindən danışıb.

Qonaqlardan macar şairi Atilla Balaş, moldovalı Nikolae Spetaru, Türkiyə yazarları Adnan Özer, Barış Bahar, Belarus şairi Mariya Kobets, qazax alim və şair Kadırbek Kunıpiyaulı, özbək şair Adhambek Alimbekov ana dillərində şeirlərini səsləndiriblər. Şeirləri Azərbaycan dilində Səlim Babullaoğlu təqdim edib.

Tədbirdə filologiya elmləri doktoru Abuzər Bağırov vətənpərvərlik mövzusunda şeirini oxuyub, AYB Gənclər şurasının sədri Fərid Hüseyn Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi layihələrdən söz açıb.

Sonda qonaqlara Ədəbiyyat İnstitutunun nəşrlərindən hədiyyə edilib, xatirə şəkilləri çəkdirilib.



Aydan İsayeva

Xəbər Lenti

"Əkinçi" - Azərbaycan mətbuatının ilk sədası 22.07.2025 - 06:00
Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib22.07.2025 - 05:50
İlahiyyat İnstitutunun islamşünaslıq ixtisası üzrə müsahibə mərhələsinə qeydiyyat başlayıb22.07.2025 - 05:40
“Baku SU” komandası beynəlxalq arenada – BDU-nun tələbələri beynəlxalq proqramlaşdırma düşərgəsində22.07.2025 - 05:30
Əqli Mülkiyyət Agentliyində milli mətbuatın 150 illiyi münasibətilə media nümayəndələri ilə görüş keçirilib22.07.2025 - 05:20
Əqli Mülkiyyət Agentliyinin Çağrı Mərkəzinə müraciətlərin dinamikası açıqlandı22.07.2025 - 05:10
BDU-nun Fizika fakültəsinin layihəsi “Texnologiyaların transferi” proqramında qalib gəldi22.07.2025 - 05:00
Nazirin Oğuzda vətəndaş qəbulu dəyişdirildi: yeni tarix – 29 iyul22.07.2025 - 04:50
Müəllimlərin işə qəbulu imtahanının nəticələri açıqlandı21.07.2025 - 16:35
Prezident İlham Əliyev media nümayəndələrini mükafatlandırıb – SƏRƏNCAM21.07.2025 - 16:32
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək21.07.2025 - 16:30
Məktəbəhazırlıq qrupları məktəbdənkənar təhsil müəssisələrində də yaradılacaq21.07.2025 - 16:28
ETN-in Uşaqların Müdafiəsi İdarəsi işçi qəbulu elan edir21.07.2025 - 16:25
MDU-nun tələbələri üçün yeni təqaüd təsis edilib21.07.2025 - 16:20
Elm və təhsil nazirinin Oğuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib21.07.2025 - 16:19
Dual peşə təhsilinə qəbul planı genişləndirilib.21.07.2025 - 10:20
Peşə məktəbi məzunlarına beynəlxalq sertifikat imkanı yaradılır21.07.2025 - 10:10
Peşə təhsilinə 10 yeni ixtisas əlavə olunub.21.07.2025 - 10:00
Peşə təhsilində ən çox tələb olunan ixtisaslar açıqlandı21.07.2025 - 09:50
Peşə təhsilində dövlət sifarişli yerlərin sayı 24 minə çatdı21.07.2025 - 09:40
Peşə təhsili müəssisələrinə sənəd qəbulu 22 iyuldan başlayır.21.07.2025 - 09:30
ADPU-nun Quba filialı Milli Mətbuatın 150 illiyi münasibətilə AZƏRTAC-da olub.21.07.2025 - 09:20
Rəsm fənni üzrə apellyasiya: Müraciətlər 21–22 iyulda qəbul olunur, 23 iyuldan telefonla baxılacaq.21.07.2025 - 09:10
Yaqub Mahmudov jurnalistləri təbrik etdi21.07.2025 - 09:00
Türkiyə ilə birgə peşə məktəbləri yaradılacaq21.07.2025 - 07:50
Peşə təhsili üçün nəzərdə tutulan yeni ixtisaslar açıqlandı - RƏSMİ!21.07.2025 - 07:40
Jurnalistika ixtisası üçün nəzərdə tutulan qabiliyyət imtahanına qeydiyyat artıq başlayıb21.07.2025 - 07:30
Peşə təhsilində dövlət sifarişli yerlərin sayı artıb21.07.2025 - 07:20
I kurs tələbəsi vəfat etdi21.07.2025 - 07:10
Peşə məktəblərinə qəbul başlayır21.07.2025 - 07:00
Sabah havanın temperaturu 41 dərəcəyə yüksələcək20.07.2025 - 12:30
“Yüksəliş” müsabiqəsinin V final mərhələsi yekunlaşıb20.07.2025 - 12:20
“Əkinçi” qəzetinin 150 illik maarifçilik irsi20.07.2025 - 12:15
Peşəkar mühasib olmaq istəyənlər üçün imtahanın birinci mərhələsi baş tutub20.07.2025 - 12:10
Paytaxtda yol-nəqliyyat hadisəsi: Yeniyetmə xəsarət alıb20.07.2025 - 11:10
20 İyul üçün Hava Proqnozu20.07.2025 - 11:00
“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu keçirilir20.07.2025 - 07:12
İyulun 19-da “Bulvarda kino axşamı" adlı yeni layihə başlayıb -FOTO 20.07.2025 - 07:00
Bu gün DİM peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini keçirəcək.20.07.2025 - 06:50
Bu gün DİM inzibati rəhbər və icraçı vəzifələr üzrə dövlət qulluğu imtahanı keçirəcək 20.07.2025 - 06:36
Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tövsiyə biblioqrafiyası təqdim olunub 20.07.2025 - 06:24
43 mindən çox uşağın məktəbəhazırlıq qruplarına qəbulu tamamlanıb20.07.2025 - 06:10
Prezident İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb19.07.2025 - 18:10
“Siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq” - Prezident19.07.2025 - 18:00
Danışmaqdan daha artıq bir bacarıq19.07.2025 - 14:27
Sosial şəbəkə asılılıqı: reallıq və risklər19.07.2025 - 14:22
Vətənimizi Olimpiadada kimlər təmsil edəcək? Bayraqdarlar bəlli oldu19.07.2025 - 13:20
III Qlobal Media Forumu Şuşada keçirilir, Prezident Əliyev açılışda çıxış edir – CANLI19.07.2025 - 13:10