Məktəbəhazırlıq qruplarına qəbul prosesi davam edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) “Tehsil365”ə verilən məlumata görə, bu günə qədər artıq 43 mindən çox uşağın məktəbəhazırlıq qruplarına qəbulu tamamlanıb.
Qəbul prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək. Qeydiyyat prosesi “mektebeqebul.edu.az” elektron sistemi üzərindən aparılır.
Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.