İyulun 19-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətinin “Tehsil365”ə verdiyi məlumatına əsasən, iyulun 19-da Bakıda və Abşeron yarımadasında hava əsasən sabit və yağmursuz olacaq. Səhər saatlarında müşahidə ediləcək şimal-qərb küləyi gün ərzində şimal-şərq istiqamətində əvəz olunacaq.
Paytaxtda gecə temperaturu 21-26°, gündüz isə 35-39° isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu ilə normadan aşağı olacaq. Nisbi rütubət gecə saatlarında 70-75 %, gündüz isə 45-50 % arasında dəyişəcək.
Bölgələrdə də hava şəraitinin əsasən sabit keçəcəyi proqnozlaşdırılır. Bununla belə, günün ikinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan, şimşək və dolu müşahidə oluna bilər. Gecə və səhər saatlarında dağlıq ərazilərdə dumanlı hava müşahidə ediləcək. Küləyin istiqaməti əsasən mülayim şərq olacaq.
Rayonlarda gecə temperaturu 22-27°, gündüz 36-41° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 11-16°, gündüz isə 27-32° isti gözlənilir.