Təhsil 365 - Logo Mobile

“Yüksəliş” müsabiqəsinin V final mərhələsi yekunlaşıb

7720.07.2025 - 12:20
“Yüksəliş” müsabiqəsinin V final mərhələsi yekunlaşıb

“Yüksəliş” müsabiqəsinin üç gün davam edən final mərhələsi iyulun 20-də beşinci başa çatıb.

Tehsil365” xəbər verir ki, final mərhələsinin üçüncü günündə Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, energetika naziri Pərviz Şahbazov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, xarici işlər naziri Ceyhun Bayramov, ədliyyə naziri Fərid Əhmədov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, mədəniyyət naziri Adil Kərimli, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, səhiyyə naziri Teymur Musayev, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev iştirak ediblər.

İştirakçılar Təşkilat Komitəsinin üzvləri və mentorların müşahidəsi ilə “Növbədənkənar kollegiya iclası” keysi üzrə tapşırıqları yerinə yetiriblər. Mentorların suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra idarəçi rəhbərlər tərəfindən qiymətləndiriliblər. Belə ki, hər masaya təyin edilmiş mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə edilib.

Beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları üç iş günü ərzində açıqlanacaq.

Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 124 nəfər iştirakçı mübarizə aparıb. Final mərhələsində iştirakçılar “İdarəçi rollar modeli” üzrə fərqli situasiyaları həll etməklə öz bilik və idarəetmə bacarıqlarını nümayiş etdiriblər.

Fevralın 28-də qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsinə 16 min 553 iştirakçı müraciət edib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Dövlətimizin başçısı 2024-cü il dekabrın 18-də beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Aysun Mahmudova

Xəbər Lenti

Azərbaycan milli mətbuatının 150 illiyi22.07.2025 - 06:20
"Əkinçi" - Azərbaycan mətbuatının ilk sədası 22.07.2025 - 06:00
Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib22.07.2025 - 05:50
İlahiyyat İnstitutunun islamşünaslıq ixtisası üzrə müsahibə mərhələsinə qeydiyyat başlayıb22.07.2025 - 05:40
“Baku SU” komandası beynəlxalq arenada – BDU-nun tələbələri beynəlxalq proqramlaşdırma düşərgəsində22.07.2025 - 05:30
Əqli Mülkiyyət Agentliyində milli mətbuatın 150 illiyi münasibətilə media nümayəndələri ilə görüş keçirilib22.07.2025 - 05:20
Əqli Mülkiyyət Agentliyinin Çağrı Mərkəzinə müraciətlərin dinamikası açıqlandı22.07.2025 - 05:10
BDU-nun Fizika fakültəsinin layihəsi “Texnologiyaların transferi” proqramında qalib gəldi22.07.2025 - 05:00
Nazirin Oğuzda vətəndaş qəbulu dəyişdirildi: yeni tarix – 29 iyul22.07.2025 - 04:50
Müəllimlərin işə qəbulu imtahanının nəticələri açıqlandı21.07.2025 - 16:35
Prezident İlham Əliyev media nümayəndələrini mükafatlandırıb – SƏRƏNCAM21.07.2025 - 16:32
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək21.07.2025 - 16:30
Məktəbəhazırlıq qrupları məktəbdənkənar təhsil müəssisələrində də yaradılacaq21.07.2025 - 16:28
ETN-in Uşaqların Müdafiəsi İdarəsi işçi qəbulu elan edir21.07.2025 - 16:25
MDU-nun tələbələri üçün yeni təqaüd təsis edilib21.07.2025 - 16:20
Elm və təhsil nazirinin Oğuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib21.07.2025 - 16:19
Dual peşə təhsilinə qəbul planı genişləndirilib.21.07.2025 - 10:20
Peşə məktəbi məzunlarına beynəlxalq sertifikat imkanı yaradılır21.07.2025 - 10:10
Peşə təhsilinə 10 yeni ixtisas əlavə olunub.21.07.2025 - 10:00
Peşə təhsilində ən çox tələb olunan ixtisaslar açıqlandı21.07.2025 - 09:50
Peşə təhsilində dövlət sifarişli yerlərin sayı 24 minə çatdı21.07.2025 - 09:40
Peşə təhsili müəssisələrinə sənəd qəbulu 22 iyuldan başlayır.21.07.2025 - 09:30
ADPU-nun Quba filialı Milli Mətbuatın 150 illiyi münasibətilə AZƏRTAC-da olub.21.07.2025 - 09:20
Rəsm fənni üzrə apellyasiya: Müraciətlər 21–22 iyulda qəbul olunur, 23 iyuldan telefonla baxılacaq.21.07.2025 - 09:10
Yaqub Mahmudov jurnalistləri təbrik etdi21.07.2025 - 09:00
Türkiyə ilə birgə peşə məktəbləri yaradılacaq21.07.2025 - 07:50
Peşə təhsili üçün nəzərdə tutulan yeni ixtisaslar açıqlandı - RƏSMİ!21.07.2025 - 07:40
Jurnalistika ixtisası üçün nəzərdə tutulan qabiliyyət imtahanına qeydiyyat artıq başlayıb21.07.2025 - 07:30
Peşə təhsilində dövlət sifarişli yerlərin sayı artıb21.07.2025 - 07:20
I kurs tələbəsi vəfat etdi21.07.2025 - 07:10
Peşə məktəblərinə qəbul başlayır21.07.2025 - 07:00
Sabah havanın temperaturu 41 dərəcəyə yüksələcək20.07.2025 - 12:30
“Əkinçi” qəzetinin 150 illik maarifçilik irsi20.07.2025 - 12:15
Peşəkar mühasib olmaq istəyənlər üçün imtahanın birinci mərhələsi baş tutub20.07.2025 - 12:10
Paytaxtda yol-nəqliyyat hadisəsi: Yeniyetmə xəsarət alıb20.07.2025 - 11:10
20 İyul üçün Hava Proqnozu20.07.2025 - 11:00
“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu keçirilir20.07.2025 - 07:12
İyulun 19-da “Bulvarda kino axşamı" adlı yeni layihə başlayıb -FOTO 20.07.2025 - 07:00
Bu gün DİM peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini keçirəcək.20.07.2025 - 06:50
Bu gün DİM inzibati rəhbər və icraçı vəzifələr üzrə dövlət qulluğu imtahanı keçirəcək 20.07.2025 - 06:36
Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tövsiyə biblioqrafiyası təqdim olunub 20.07.2025 - 06:24
43 mindən çox uşağın məktəbəhazırlıq qruplarına qəbulu tamamlanıb20.07.2025 - 06:10
Prezident İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb19.07.2025 - 18:10
“Siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq” - Prezident19.07.2025 - 18:00
Danışmaqdan daha artıq bir bacarıq19.07.2025 - 14:27
Sosial şəbəkə asılılıqı: reallıq və risklər19.07.2025 - 14:22
Vətənimizi Olimpiadada kimlər təmsil edəcək? Bayraqdarlar bəlli oldu19.07.2025 - 13:20