Təhsil 365 - Logo Mobile

ADPU-nun Quba filialı Milli Mətbuatın 150 illiyi münasibətilə AZƏRTAC-da olub.

7921.07.2025 - 09:20
 ADPU-nun Quba filialı Milli Mətbuatın 150 illiyi münasibətilə AZƏRTAC-da olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru professor Yusif Alıyevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub.

Bu barədə universitetdən “Tehsil365”ə məlumat verilib. Bildirilib ki, qonaqlar əvvəlcə agentliyin binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, dövlətimizin başçısının yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə, həmçinin 105 yaşlı agentlikdə müxtəlif dövrlərdə istifadə edilən texniki avadanlıqlardan ibarət muzeyə baxıblar.

Sonra AZƏRTAC-ın rəhbərliyi ilə görüş keçirilib.

Görüş zamanı agentliyin İdarə Heyətinin sədri Vüqar Əliyev qonaqlara AZƏRTAC-ın ölkənin informasiya məkanında oynadığı roldan söz açdı, bölgələrdə və xarici ölkələrdə müxbir şəbəkəsi barədə məlumat verib, jurnalistikanın üzləşdiyi çağırışlardan danışıb.

İdarə Heyətinin sədri 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə milli mətbuatımızın təməlinin qoyulduğunu bildirərək, Pedaqoji Universitetin Quba filialının nümayəndə heyətinin AZƏRTAC-a səfərinin də Milli Mətbuatımızın 150 illiyi ərəfəsinə təsadüf etdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda mətbuatın hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin bu sahəyə diqqət və qayğısı, həmçinin media nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst istifadə etməsi üçün hüquqi əsasların, əlverişli şəraitin mövcud olmasıdır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Milli Mətbuatımızın 150 illiyinin ölkəmizdə geniş qeyd olunması da bu sahəyə göstərilən diqqətin bir göstəricisidir.

ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev isə Milli Mətbuatın 150 illik yubileyi ilə əlaqədar təşkil olunan bu səfərin, eyni zamanda, "Konstitusiya və Suverenlik İli"nə təsadüf etdiyini bildirib. O, jurnalistika təhsili və təcrübəsinin vacibliyindən danışaraq bu cür səfərlərin ali təhsil müəssisələri ilə media qurumları arasında əlaqələri dərinləşdirdiyini və tələbələrin nəzəri biliklərinin praktiki vərdişlərlə zənginləşdirilməsinə töhfə verdiyini vurğulayıb. Qeyd edilib ki, Pedaqoji Universitetin Quba filialı 30 ildən çox fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 3 minə yaxın ilkin kadr hazırlığı həyata keçirib, elmi-pedaqoji kadr potensialı formalaşdırıb.

Görüşdə bu səfərin gələcək pedaqoqlar və jurnalistlər arasında qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açdığı vurğulanıb.

Səfərin sonunda filialın nümayəndə heyəti – filialın direktoru professor Yusif Alıyev, direktor müavinləri  İsmayıl Mahmudov, Aysel Şeydayeva, şöbə müdiri Seyid Cabbarov AZƏRTAC-ın şəhid jurnalisti Məhərrəm İbrahimovun barelyefi, agentliyin müasir texnologiyalarla təchiz olunmuş redaksiyaları, foto və videostudiyaları, həmçinin informasiya hazırlanması və yayımlanması prosesi ilə tanış olublar. Onlara milli və beynəlxalq informasiya mübadiləsinin necə həyata keçirildiyi barədə ətraflı məlumat verilib.

Zəhra Əliyeva

Xəbər Lenti

“Konkret hədəf və iradə ilə 700 bal topladım” – Şəkidən uğur hekayəsi24.07.2025 - 21:50
Memarlıq ixtisasına qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin (həmçinin subbakalavrların) nəzərinə!24.07.2025 - 16:42
Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaralanmış, evləri dağıdılmış, əsir və girovluqda olmuş 60-dan çox zərərçəkmiş şəxs məhkəmədə ifadə verib24.07.2025 - 16:30
Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının nəticələri elan olunub24.07.2025 - 16:24
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilib24.07.2025 - 15:30
Kirayə mənzillərdə bahalaşma tələbələrin yaşayış problemini dərinləşdirir – Ekspert24.07.2025 - 15:27
2025-ci il üzrə magistraturaya 13 446 nəfər qəbul olunub24.07.2025 - 15:20
Firudin Qurbanov “Maarifçi” proqramının yeni üzvləri ilə tanış olub24.07.2025 - 15:10
Bakıda məktəbəqədər müəssisələrə qəbul üçün növbə qeydiyyatı açılıb24.07.2025 - 15:00
Kolumbiya Universiteti federal hökumətə 200 milyon dollar ödəyəcək24.07.2025 - 11:50
ABŞ yenidən UNESCO-dan çıxmaq qərarı verib 24.07.2025 - 11:30
Assam hökuməti Dünya Bankından 2.750 crore rupi kredit götürəcək24.07.2025 - 11:20
Əfqanıstanda qız uşaqları təhsildən məhrum qalır – yeganə yol dini məktəblərdir24.07.2025 - 11:00
Prezident doktorant və tələbələrin təqaüd məbləğlərinin artırılması barədə sərəncam imzalayıb24.07.2025 - 10:25
Ədəbiyyatın nəbzi Şuşada döyündü – Poeziya saatı və təqdimat24.07.2025 - 09:20
Mədəniyyət Nazirliyi müəllimlərin səriştə səviyyəsini açıqlayıb24.07.2025 - 09:10
Vaqif Poeziya Günləri Şuşada yekunlaşdı – “Sözün hökmdarı” səhnələşdirilib24.07.2025 - 09:00
Rus bölməsi üzrə məktəb seçiminə start verilib24.07.2025 - 07:40
UNEC-in məzunlarına diplom təqdim edilib 24.07.2025 - 07:30
ADNSU-da təhsilalan və təhsilverənlərin ehtiyaclarının öyrənilməsi məqsədilə görüş keçirilib24.07.2025 - 07:20
Bu gün XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır24.07.2025 - 07:10
Xaricdə təhsil alan 171 nəfərə akademik şəhadətnamə verilib24.07.2025 - 07:00
Təhsil Tələbə Krediti Fondu müraciətlərin qəbuluna başlayıb24.07.2025 - 06:50
Avropa Universitetləri Futzal Çempionatında komandamız yarımfinal mərhələsinə yüksəlib -FOTO 24.07.2025 - 06:40
Azərbaycan Texniki Universiteti Kitabxana İnformasiya Mərkəzinin əməkdaşları ölkədə ilkə imza atıb24.07.2025 - 06:30
Magistraturaya qəbul olunanların elektron sənəd qəbuluna start verilir24.07.2025 - 06:20
Elm və təhsil naziri Çin Xalq Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb -FOTO 24.07.2025 - 06:10
"Azərbaycan Aliminin Məruzəsi Nüfuzlu Elmi Jurnalda Dərc Üçün Qəbul Olundu"24.07.2025 - 05:30
Azad olunan ərazilərdə tibbi infrastruktur genişləndirilir: Yeni klinikalar planlaşdırılır24.07.2025 - 05:20
İki Ölkə Arasında Dostluq Addımı: Azərbaycan Bişkekdə Uşaq Xəstəxanası inşasına başlayır24.07.2025 - 05:10
Bakıda COVID-19-la mübarizə aparan tibb işçilərinə əlavə ödəniş oktyabra qədər veriləcək24.07.2025 - 05:00
Yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın üçüncü iclası keçirilib23.07.2025 - 16:47
BDU tələbələri “Kiber Yay Məktəbi 2025”də iştirak edirlər23.07.2025 - 16:27
Xalq artisti Tofiq Bakıxanovun 95 illiyinə həsr edilən konfrans keçiriləcək23.07.2025 - 16:14
Çimərlikdə yeniyetmə öldü23.07.2025 - 16:12
Peşəkar mühasib olmaq istəyənlər üçün elektron sınaq imtahanı keçiriləcək23.07.2025 - 13:20
Telegramda yeni fırıldaq üsulu – aldanma!23.07.2025 - 13:10
Süni intellektə maraq pikdə: ChatGPT hər gün milyardlarla suala cavab verir!23.07.2025 - 13:00
İkili diplom proqramları təhsilimizə nə vəd edir...23.07.2025 - 12:45
Magistraturaya qəbul olunanlar üçün elektron sənəd qəbulu sabah başlayır23.07.2025 - 12:25
“İpək Yolu gənclərin gözü ilə” fotomüsabiqəsinə müraciət müddəti uzadılıb23.07.2025 - 12:15
Jurnalist olmaq istəyənlərin diqqətinə - Qeydiyyat yekunlaşır 23.07.2025 - 11:50
BSU-nun rektoru “Qərbi Azərbaycan irsi” kitabının təqdimatında çıxış edib- FOTO23.07.2025 - 11:45
Qızıl və gümüş nişan alan məzunlarla görüş keçirilib- FOTO23.07.2025 - 11:40
Odlar Yurdu Universitetinin nümayəndə heyətinin Çin səfəri uğurla başa çatıb- FOTO23.07.2025 - 11:30
Bişkekdə Azərbaycan dəstəyi ilə müasir uşaq xəstəxanası tikiləcək23.07.2025 - 11:20
“Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qalibləri müəyyənləşib23.07.2025 - 11:10
33 məktəb rəhbəri işdən çıxarıldı23.07.2025 - 11:00