Təhsil 365 - Logo Mobile

Azərbaycan milli mətbuatının 150 illiyi

8722.07.2025 - 06:20
Azərbaycan milli mətbuatının 150 illiyi

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür. İlk ana dilli qəzet olan "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Tehsil365” xəbər verir ki,Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı.1875–1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir.

Milli mətbutın ilk “qaranquşu” olan “Əkinçi” qəzetinin nəşrindən sonra XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlamışdır. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə apararaq “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər nəşr etməyə başlamışlar.

Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Müxtəlif dövrlərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə çap mediasının vergidən azad edilməsi, eləcə də qəzetlərin, jurnalların nəşriyyata olan borclarının silinməsi haqqında qəbul olunan qərarlar ölkədə mətbuatın inkişafına ciddi təkan verdi.

"Media haqqında" Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləmişdir.

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 aprel 2025-ci il tarixində “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, cəmi iki il fəaliyyət göstərmiş “Əkinçi” qəzeti maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı mübarizə aparmış, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, həmçinin mütərəqqi jurnalist nəslinin formalaşmasına mühüm töhfələr vermişdir. Həmçinin Milli Məclisin bu ilin fevral ayında keçirilən iclasında “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təsis olunmuşdur. Layihəyə əsasən, milli mətbuatın inkişafına xidmət edən, media qanunvericiliyinin təkmilləşdirilməsində fərqlənən şəxslər bu medalla təltif olunacaqlar.

Milli mətbuat günü, cəmiyyətin inkişafı və demokratiyanın güclənməsi üçün vacib bir yol xəritəsidir.

Ramidə Əliyeva

Xəbər Lenti

Dərin okeanlarda yeni canlı növü tapıldı22.08.2025 - 18:00
ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub22.08.2025 - 17:55
Qida mühəndisliyi və aqrar sahədə beynəlxalq proqramlar22.08.2025 - 17:54
Beyin-kompüter interfeysi inkişaf edir22.08.2025 - 17:53
Kosmosda oksigen istehsalı üçün yeni üsul tapıldı22.08.2025 - 17:48
IV kursu Koreyada oxuyacaq BMU-İNHA İDP-nin 114 tələbəsi İnçon şəhərindədir22.08.2025 - 17:45
Dənizkənarı ölkələrdə okeanoqrafiya və ətraf mühit elmləri üzrə təhsil22.08.2025 - 17:38
1200-dən artıq abidəyə məlumat lövhəsi quraşdırılacaq22.08.2025 - 17:33
Yeni kəşf: Qara dəliklərin içində nə baş verir?22.08.2025 - 17:32
Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər uğurla başa çatıb22.08.2025 - 17:30
U-20 dünya çempionatında 3 medal qazanan sərbəst güləş millimiz vətənə döndü22.08.2025 - 17:27
Ayxan Cavadov dünya çempionu oldu22.08.2025 - 17:23
Robotlar artıq duyğuları oxuya bilir22.08.2025 - 17:20
Lənkəran-Astara bölgəsində məktəbəqədər təhsildə 1626 boş yer 22.08.2025 - 17:16
Azərbaycan məktəbliləri XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar22.08.2025 - 17:15
Gəncəli güləşçi Vasif Bağırov dünya çempionatında bürünc medal qazanıb22.08.2025 - 17:08
Süni zəka ilə yaradılan yeni dərman kəşfi22.08.2025 - 17:07
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gəncə gənclər evində “Vulkan” inklüziv yarışı keçirilib22.08.2025 - 17:02
Rəqəmsal dövrdə yeni peşə ixtisaslarına tələbat22.08.2025 - 17:00
Lerikdə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır" adlı dəyirmi masa keçirilib22.08.2025 - 16:59
Sosial elmlər və beynəlxalq münasibətlər ixtisasının xaricdə oxumağın faydaları22.08.2025 - 16:56
Beyin dalğaları öyrənmə sürətini proqnozlaşdıra bilər22.08.2025 - 16:52
Dizayn və memarlıq ixtisaslarının Avropada tədris modelləri22.08.2025 - 16:50
Şəki-Zaqatala regional təhsil idarəsi məktəbəqədər müəssisələrə qəbul elan edir22.08.2025 - 16:43
Gen terapiyası irsi xəstəliklərin müalicəsini dəyişir22.08.2025 - 16:35
Elmi tədqiqatların iqtisadi inkişafdakı əhəmiyyəti22.08.2025 - 16:30
Müsahibə mərhələsinin üçüncü günü keçirilib22.08.2025 - 16:28
Yuxusuzluq yaddaş gücünü azaldır22.08.2025 - 16:20
Kino, teatr və rəqəmsal media üzrə xaricdə təhsil proqramları22.08.2025 - 16:14
Lənkəran-Astara məktəbəqədər boş yerlər 22.08.2025 - 16:13
İsmayıllı Dövlət Peşə təhsil mərkəzinin tələbə yataqxanası istifadəyə verilib22.08.2025 - 16:13
Kulinariya sənəti və otelçilik sahəsində Avropa universitetlərinin üstünlükləri22.08.2025 - 16:08
Marsda suyun izlərinə dair yeni kəşf22.08.2025 - 16:07
Süni intellekt təhsildə fərdi yanaşmanı gücləndirir22.08.2025 - 16:00
Ali təhsildə beynəlxalq əməkdaşlığın perspektivləri22.08.2025 - 15:54
Gürcüstanda məktəb məzunlarına qızıl və gümüş medallar veriləcək22.08.2025 - 15:52
Almaniyada müəllim heyəti gücləndirilir22.08.2025 - 15:37
Almaniyada 110 məktəb müasir təhsil infrastrukturuna sahib olacaq22.08.2025 - 15:22
“İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” I beynəlxalq elmi konfransı keçiriləcək22.08.2025 - 15:20
Rusiyada yeni ana olan qadın tələbələrə təhsil dəstəyi22.08.2025 - 15:07
İdman menecmenti və bədən tərbiyəsi üzrə beynəlxalq təcrübə22.08.2025 - 15:00
İxtisas seçimi üzrə statistika 22.08.2025 - 14:54
Sibirya Dövlət Tibb Universitetində Multidisipliner təlim22.08.2025 - 14:52
Naxçıvan Dövlət Universitetinin 11 tələbəsi beynəlxalq təqaüd proqramına qəbul olunub22.08.2025 - 14:40
LPR məktəblərində süni intellektlə fərdi təlim22.08.2025 - 14:36
Yekaterinburqda vətənpərvərlik təhsili üzrə kurslar başladı22.08.2025 - 14:21
Qazax-Tovuz regional təhsil idarəsi vakant vəzifələr üzrə işə qəbul elan edib22.08.2025 - 14:15
ABŞ-da TRIO proqramları: Aztəminatlı şagirdlər üçün təhsil dəstəyi təhlükədə22.08.2025 - 14:06