Təhsil 365 - Logo Mobile

Pirallahıda “Milli Mətbuatın 150 İllik İnkişaf Yolu” Konfransı Keçirilib

8922.07.2025 - 14:10
 Pirallahıda “Milli Mətbuatın 150 İllik İnkişaf Yolu” Konfransı Keçirilib

İyulun 22-də Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Milli mətbuatın 150 illik inkişaf yolu: keçmişdən gələcəyə” adlı konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun xatirəsini ehtiramla yad ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və mövzu ilə bağlı videoçarxın nümayişi ilə açıq elan olunub.

Tehsil365 “xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Əkinçi” qəzetinin nəşri ilə əsası qoyulan milli mətbuatın keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. O, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında, söz və mətbuat azadlığının təminində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. Bildirib ki, 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı milli mətbuatın inkişafında yeni mərhələ açdı, 1998-ci ildə dövlət senzurasının ləğvi isə söz və mətbuat azadlığının təmininə güclü təkan verdi.

Daha sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Vüqar Əhməd çıxış edərək milli mətbuat tariximizin yalnız informasiya vasitəsi deyil, xalqın mənəvi yaddaşı və milli ideologiyanın daşıyıcısı olduğunu vurğulayıb. O, “Əkinçi”dən bu günə qədər milli düşüncə, maarifçilik və azərbaycançılıq ideyasının formalaşmasında mətbuatın mühüm rol oynadığını qeyd edib. Həmçinin elmi tədqiqatlar və arxiv sənədləri əsasında hazırlanan monoqrafiyaların tədqiqatçılar və gənc nəsil üçün əhəmiyyətini diqqətə çatdırıb.

Filologiya üzrə fəlsəfə doktoru Gülnar Səma çıxışında media ilə cəmiyyət münasibətləri çərçivəsində maarifçi ənənələrin qorunması və ədəbiyyatla mətbuatın qarşılıqlı təsirindən danışıb. O, müasir informasiya çağırışları fonunda bu harmoniyanın vacibliyini, medianın ədəbi və ideoloji dəyərlərlə zənginləşdirilməsinin cəmiyyətin sağlam informasiya ilə təminatında mühüm rol oynadığını bildirib.

Daha sonra dosent Gülbəniz Babayeva və tədqiqatçı Leyla Məmmədova milli mətbuat tariximizin zəngin irsə malik olduğunu qeyd edərək bu irsin qorunmasının və yeni nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıblar. Klassik mətbuat nümunələrinin öyrənilməsi və onların müasir dövrdəki aktuallığının araşdırılması vurğulanıb.

Sonda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov mətbuat işçilərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Vasif İmanov qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci il Vətən müharibəsində verdiyi müsahibələr və çıxışlar Azərbaycan mediasının inkişaf istiqamətlərini müəyyən edib. Prezidentin təşəbbüsü ilə Şuşada keçirilən Qlobal Media Forumu isə beynəlxalq miqyasda mühüm hadisəyə çevrilib.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir sıra şəxslər Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının fəxri fərmanları ilə təltif olunublar.

Nərminə Eyyubova

Xəbər Lenti

ADNSU nümayəndə heyəti ilə görüş keçirilib22.08.2025 - 18:10
İnsan ömrünü uzadan kəşf22.08.2025 - 18:09
Maya və İnka mədəniyyətlərinin sirrləri22.08.2025 - 18:07
Dərin okeanlarda yeni canlı növü tapıldı22.08.2025 - 18:00
ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub22.08.2025 - 17:55
Qida mühəndisliyi və aqrar sahədə beynəlxalq proqramlar22.08.2025 - 17:54
Beyin-kompüter interfeysi inkişaf edir22.08.2025 - 17:53
Kosmosda oksigen istehsalı üçün yeni üsul tapıldı22.08.2025 - 17:48
IV kursu Koreyada oxuyacaq BMU-İNHA İDP-nin 114 tələbəsi İnçon şəhərindədir22.08.2025 - 17:45
Dənizkənarı ölkələrdə okeanoqrafiya və ətraf mühit elmləri üzrə təhsil22.08.2025 - 17:38
1200-dən artıq abidəyə məlumat lövhəsi quraşdırılacaq22.08.2025 - 17:33
Yeni kəşf: Qara dəliklərin içində nə baş verir?22.08.2025 - 17:32
Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər uğurla başa çatıb22.08.2025 - 17:30
U-20 dünya çempionatında 3 medal qazanan sərbəst güləş millimiz vətənə döndü22.08.2025 - 17:27
Ayxan Cavadov dünya çempionu oldu22.08.2025 - 17:23
Robotlar artıq duyğuları oxuya bilir22.08.2025 - 17:20
Lənkəran-Astara bölgəsində məktəbəqədər təhsildə 1626 boş yer 22.08.2025 - 17:16
Azərbaycan məktəbliləri XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar22.08.2025 - 17:15
Gəncəli güləşçi Vasif Bağırov dünya çempionatında bürünc medal qazanıb22.08.2025 - 17:08
Süni zəka ilə yaradılan yeni dərman kəşfi22.08.2025 - 17:07
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gəncə gənclər evində “Vulkan” inklüziv yarışı keçirilib22.08.2025 - 17:02
Rəqəmsal dövrdə yeni peşə ixtisaslarına tələbat22.08.2025 - 17:00
Lerikdə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır" adlı dəyirmi masa keçirilib22.08.2025 - 16:59
Sosial elmlər və beynəlxalq münasibətlər ixtisasının xaricdə oxumağın faydaları22.08.2025 - 16:56
Beyin dalğaları öyrənmə sürətini proqnozlaşdıra bilər22.08.2025 - 16:52
Dizayn və memarlıq ixtisaslarının Avropada tədris modelləri22.08.2025 - 16:50
Şəki-Zaqatala regional təhsil idarəsi məktəbəqədər müəssisələrə qəbul elan edir22.08.2025 - 16:43
Gen terapiyası irsi xəstəliklərin müalicəsini dəyişir22.08.2025 - 16:35
Elmi tədqiqatların iqtisadi inkişafdakı əhəmiyyəti22.08.2025 - 16:30
Müsahibə mərhələsinin üçüncü günü keçirilib22.08.2025 - 16:28
Yuxusuzluq yaddaş gücünü azaldır22.08.2025 - 16:20
Kino, teatr və rəqəmsal media üzrə xaricdə təhsil proqramları22.08.2025 - 16:14
İsmayıllı Dövlət Peşə təhsil mərkəzinin tələbə yataqxanası istifadəyə verilib22.08.2025 - 16:13
Lənkəran-Astara məktəbəqədər boş yerlər 22.08.2025 - 16:13
Kulinariya sənəti və otelçilik sahəsində Avropa universitetlərinin üstünlükləri22.08.2025 - 16:08
Marsda suyun izlərinə dair yeni kəşf22.08.2025 - 16:07
Süni intellekt təhsildə fərdi yanaşmanı gücləndirir22.08.2025 - 16:00
Ali təhsildə beynəlxalq əməkdaşlığın perspektivləri22.08.2025 - 15:54
Gürcüstanda məktəb məzunlarına qızıl və gümüş medallar veriləcək22.08.2025 - 15:52
Almaniyada müəllim heyəti gücləndirilir22.08.2025 - 15:37
Almaniyada 110 məktəb müasir təhsil infrastrukturuna sahib olacaq22.08.2025 - 15:22
“İnnovasiya və davamlı inkişaf: yeni ideyalar və həllər” I beynəlxalq elmi konfransı keçiriləcək22.08.2025 - 15:20
Rusiyada yeni ana olan qadın tələbələrə təhsil dəstəyi22.08.2025 - 15:07
İdman menecmenti və bədən tərbiyəsi üzrə beynəlxalq təcrübə22.08.2025 - 15:00
İxtisas seçimi üzrə statistika 22.08.2025 - 14:54
Sibirya Dövlət Tibb Universitetində Multidisipliner təlim22.08.2025 - 14:52
Naxçıvan Dövlət Universitetinin 11 tələbəsi beynəlxalq təqaüd proqramına qəbul olunub22.08.2025 - 14:40
LPR məktəblərində süni intellektlə fərdi təlim22.08.2025 - 14:36