Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Aktyorlar Evində xüsusi tədbir keçirilib.
"Tehsil365" xəbər verirki, görüşdə teatr və media sahəsinin təmsilçiləri bir araya gələrək uzun illərdir davam edən əməkdaşlığın önəmini bir daha vurğulayıblar. Tədbir zamanı teatr sənətinin ictimaiyyətə çatdırılmasında əvəzsiz rolu olan media nümayəndələrinin fəaliyyəti xüsusi qiymətləndirilib.
Yubiley tədbiri çərçivəsində mədəniyyətin inkişafına töhfə verən bir qrup media işçisi “İttifaqın dostu” diplomu, “Teatr fədaisi” medalı və fəxri fərmanlarla təltif olunub.
Tədbir həmrəylik və qarşılıqlı dəstək rəmzi olaraq, yaradıcı sahələr arasında möhkəm körpülərin mövcudluğunu bir daha nümayiş etdirib.