Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanaya gətirilib.
“Tehsil365” Baku TV-yə istinadən xəbər verir ki, bu barədə Arif Babayevin oğlu Yaşar Babayev məlumat verib.
Onun sözlərinə görə, atası klinikanın Reanimasiya şöbəsinə yerləşdirilib.
Yaşar Babayev atasının vəziyyətinin ağır olduğunu və hansısa dəyişiklik olmadığını bildirib.