Təhsil 365 - Logo Mobile

Doğu Akdeniz Universitetinin Bakı tanıtım ofisinin açılış mərasimi olub -FOTO

7527.07.2025 - 07:15
Doğu Akdeniz Universitetinin Bakı tanıtım ofisinin açılış mərasimi olub -FOTO

İyulun 25-də Hədəf Şirkətlər Qrupunun baş idarə binasında Kuzey Kıbrıs Türk Cümhuriyyətinin aparıcı ali təhsil müəssisələrindən olan Doğu Akdeniz Universitetinin Bakı tanıtım ofisinin açılış mərasimi baş tutub.

"Tehsil365" xəbər verir ki, tədbirdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin təhsil naziri Nazım Çavuşoğlu, Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Lefke Avropa Universitetinin rektoru Mehmet Ali Yükselen, "Wotmax" şirkətinin rəhbəri İlhami Bilgən, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, Nizami Rayon Bələdiyyəsinin sədr müavini Vüqar Tarquliyev, ADPU-nun rektoru Cəfər Cəfərov, AETİHİ-nin sədr müavini Mirzə Cəfərzadə, "Marsol Group"un rəhbəri Tural Mustafayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları — Vüqar İsgəndərov və Azərbaycan‑ Kuzey Kıbrıs Türk Cümhuriyyəti Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev, eləcə də, xaricdə təhsil şirkətinin əməkdaşları, rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

Bu layihə təkcə iki dövlət arasında münasibətlərin inkişafı baxımından deyil, həm də ümumtürk dəyərlərinin yaşadılması və ortaq gələcək vizyonunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti arasındakı bu cür əməkdaşlıq təşəbbüsləri türk dünyasının inteqrasiyasını gücləndirən strateji addımlar kimi qiymətləndirilir.

Təhsil, elm və mədəniyyət sahələrində atılan addımlar Türk Dövlətləri Təşkilatının məqsəd və dəyərlərinə uyğun olaraq bütün türk dövlətlərini birləşdirən ortaq platformaların qurulmasına xidmət edir. Bu addım sadəcə iki dövlət arasında deyil, ümumən türk coğrafiyasındakı gənclər arasında əməkdaşlıq, anlaşma və həmrəylik ruhunun möhkəmləndirilməsi üçün nümunəvi olacaq. Təhsil sahəsində belə təşəbbüslər ortaq mədəni irsin qorunması, bilik və təcrübə mübadiləsi, ortaq layihələrin həyata keçirilməsi kimi istiqamətlərdə yeni imkanların yaranmasına zəmin yaradıb ki, bu da bütövlükdə Türk Birliyinin möhkəmlənməsi və gələcək nəsillərin ortaq dəyərlərlə yetişməsi üçün böyük bir addımdır.

Qonaqlar ofislə tanış olduqdan sonra tədbirin rəsmi açılışına start verilib.

Açılışı Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq edib. O, Azərbaycan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti arasında təhsil sahəsində formalaşan bu körpünün gələcəkdə daha geniş əməkdaşlıqlara zəmin yaradacağına inandığını bildirib.

Daha sonra çıxış edən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin təhsil naziri Nazım Çavuşoğlu iki ölkə arasındakı dostluq münasibətlərinin təməlində ortaq mədəniyyət və dəyərlərin dayandığını vurğulayıb. O, Bakı tanıtım ofisinin yaradılmasının gələcək nəsillərin maarifləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç çıxışında rəhbərlik etdiyi ali təhsil müəssisəsinin akademik potensialı, geniş infrastrukturu və təcrübəli professor-müəllim heyəti ilə azərbaycanlı tələbələr üçün geniş imkanlar təqdim edəcəyini vurğulayıb. O, universitetin beynəlxalq səviyyəli təhsil xidmətlərinin tələbələrə yeni üfüqlər açacağını qeyd edib.

Millət vəkili Cavanşir Feyziyev isə çıxışında ölkələrarası təhsil əlaqələrinin gücləndirilməsinin strateji əhəmiyyətini qeyd edərək bu istiqamətdə atılan addımları hər zaman dəstəklədiklərini bildirib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov çıxışında təhsilin inkişafı baxımından belə təşəbbüslərin vacibliyini qeyd edərək Kuzey Kıbrısla qurulan əməkdaşlığın təqdirəlayiq olduğunu vurğulayıb.

"Wotmax" şirkətinin rəhbəri İlhami Bilgən də tədbirdə çıxış edərək şirkətlərarası əməkdaşlığın gücləndirilməsinin və təhsil layihələrinə dəstəyin əhəmiyyətini önə çəkib. O, bu istiqamətdə qurulan hər bir tərəfdaşlığın gələcək üçün mühüm əsas olduğunu ifadə edib.

Tədbirdə, eyni zamanda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Lefke Avropa Universitetinin rektoru Mehmet Ali Yükselən və Milli Məclisin deputatı Vüqar İsgəndərov da çıxış edərək öz dəyərli fikirlərini bölüşüblər. Qonaqlar Azərbaycan və Kuzey Kıbrıs arasında formalaşan təhsil əlaqələrinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə gələcək əməkdaşlıqların davamlı olacağına inandıqlarını bildiriblər.

Ramidə Əliyeva

Xəbər Lenti

Ailə ilə baxmağa dəyər 5 film – Birlikdə keçirilən zamanın ən gözəl forması03.08.2025 - 15:57
Tələbələr üçün mütləq oxunmalı 5 kitab03.08.2025 - 15:46
ABŞ-da miqrasiya reydləri məktəbdə davamiyyətə zərbə vurur – Şagirdlər qorxu içindədir03.08.2025 - 15:37
Dünyanın möhtəşəm təbiət mənzərələri03.08.2025 - 15:24
Qazax məktəblisi Muhammədəli Avropada ikinci oldu!03.08.2025 - 15:20
Delhi Hökumətindən xüsusi məktəblərə nəzarət addımı: Yeni qanun layihəsi ilə özbaşınalıq bitəcək03.08.2025 - 15:08
İtalyan fermerlərdən sosial media turistlərinə cavab: Dağlara turnikələr və giriş haqqı03.08.2025 - 14:54
Dünya Bankı Qlobal təhsil sahəsində əhəmiyyətli rol oynayır03.08.2025 - 14:38
Azərbaycanda uşaqların sayı azalır?03.08.2025 - 14:30
İnsan olmadan tikinti: Marsda mikroorqanizmlərlə ev inşa ediləcək03.08.2025 - 14:24
Alaska qanunvericiləri təhsilə ayrılan vəsaitin veto edilməsini ləğv etdilər03.08.2025 - 14:17
Azərbaycanın təhsil sistemi beynəlxalq baxış bucağında03.08.2025 - 14:15
Afrikada su quyuları açıldı– minlərlə insan təmiz suya qovuşdu03.08.2025 - 14:03
MDB ölkələrində təhsilə maraq artır03.08.2025 - 14:00
Diqqət! “İnnovativ məktəb” layihəsinə müraciət üçün son tarix yaxınlaşır03.08.2025 - 12:50
Bakı Dövlət Universiteti Elçin Əfəndiyevin vəfat ilə bağlı paylaşım edib 03.08.2025 - 12:43
Emin Əmrullayev İsmayıllıda vətəndaşları qəbul edəcək03.08.2025 - 12:40
Azərbaycan şagirdlərindən Beynəlxalq İnformatika Olimpiadasında tarixi uğur03.08.2025 - 12:25
Dövlət qulluğu üzrə test imtahanları keçirilib03.08.2025 - 12:12
Peşə təhsili və onun gələcəyin ixtisaslarına uyğunluğu03.08.2025 - 11:50
"Uşaqlarda yay allergiyaları: mütəxəssislər nə deyir?"03.08.2025 - 11:40
Ekspertdən dövlətə təklif: "Heydər Əliyev adına universitet yaradılsın" 03.08.2025 - 11:08
Niyazi Tağızadənin vəfatından 41 il ötür03.08.2025 - 11:05
MDU tələbələrinin sosial və yaradıcı inkişafına dəstək: TGT klubları geniş imkanlar yaradır03.08.2025 - 10:59
Şəki Dövlət Dram Teatrının tanınmış aktrisası Brilyant Babayeva vəfat edib03.08.2025 - 10:50
Şirvanda iki nəfərin batması ilə bağlı FHN-dən açıqlama03.08.2025 - 10:33
“Ballarla gələcək qurulmur” – Ekspertdən ixtisas seçimi ilə bağlı sərt xəbərdarlıq03.08.2025 - 10:22
Qılıncoynatmanın canlı əfsanəsi Yaşar Məmmədovun 90 illik yubileyi qeyd olundu03.08.2025 - 10:15
"Tələbələr arasında zərərli vərdişlər artır – sağlamlığa təhlükə yaxınlaşır03.08.2025 - 10:00
Fotoqrafiyanın Bəşəri Gücü: Gənclərə sülh və insanlıq dərsi03.08.2025 - 09:52
Elçin Əfəndiyev vəfat etdi - FOTO03.08.2025 - 09:40
Qız uşağı utandırılmalı deyil, gücləndirilməlidir03.08.2025 - 09:00
Sosial şəbəkələrdə təhqir və şantajın uşaqlar və yeniyetmələrə psixoloji təsiri03.08.2025 - 08:43
Cinsi zorakılığa məruz qalan uşaqlarda görünməyən izlər03.08.2025 - 08:28
“Zəhərli pozitivlik” uşaqlarda daxili basqılara səbəb ola bilər03.08.2025 - 08:12
Uşaqların daxili dünyası sinif otağında necə qorunur?03.08.2025 - 08:00
DİN: "Azyaşlıya qarşı hüquqazidd hərəkət edən şəxs məsuliyyətə cəlb olundu"03.08.2025 - 07:46
“Yay Fest 2025” – Gənclərin Hüquqi Maarifləndirilməsi və Festivalı03.08.2025 - 07:35
Qrafik dizayner ixtisasına qəbul üçün müraciətlər davam edir03.08.2025 - 07:23
Dənizkənarı Bulvarda Kino Gecəsi Keçirildi03.08.2025 - 07:20
Məzun Gününə həsr olunmuş “GradFEST2025” festivalı başa çatıb03.08.2025 - 07:03
Azərbaycan Kinosu Günündə Nizami Kino Mərkəzində Yerli Filmlər03.08.2025 - 06:50
Bu gün 1000-ə yaxın namizədin dövlət qulluğu üzrə imtahan verməsi gözlənilir03.08.2025 - 06:49
Təhsilini ADAU-da al, təqaüdlə dəstəklən03.08.2025 - 06:37
2 Avqust: Azərbaycan Kinematoqrafiyasının Tarixi Günü və “Cənnət Yuxusu” filmi03.08.2025 - 06:35
Pedaqoji Universitet “Gələcəyin müəllimi” təqaüdünü elan edir03.08.2025 - 06:26
Kino Agentliyi 2025-ci il üçün Film Layihələri müsabiqəsini elan edib03.08.2025 - 06:15
Bu gün musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirəcək03.08.2025 - 06:07