Universitetlər, cəmiyyətə təsir göstərmək və bərabərsizliyi azaltmaq baxımından mühüm rol oynayır.
“Tehsil365” Times Higher Education’un verdiyi məlumata görə bildirir ki, Universitetlərin Təsir Reytinqinə əsasən, bərabərsizliyin azaldılması istiqamətində ən yaxşı nəticə göstərən 100 universitet müəyyən olunub.
Bu qiymətləndirmə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə, xüsusilə 10-cu hədəf – bərabərsizliyin azaldılması sahəsində universitetlərin fəaliyyətləri əsasında aparılıb. Qiymətləndirməyə daxil olan meyarlar arasında birinci nəsil tələbələrin sayı, inkişaf etməkdə olan ölkələrdən gələn tələbələr, əlilliyi olan tələbə və işçi sayı, ayrı-seçkiliyə qarşı tədbirlər və bərabərsizliyə dair aparılan elmi tədqiqatlar yer alıb.
Ən yaxşı 5 universitet belə sıralanıb:
1. Huddersfield Universiteti (Böyük Britaniya) – Ayrı-seçkiliyə qarşı siyasət, mentorluq və dəstək proqramları ilə öndədir.
2. Flinders Universiteti (Avstraliya) – Sosial təsir mərkəzi ilə əməkdaşlıq edir.
3. Central Queensland Universiteti (Avstraliya) – Əlillərlə və evsizlərlə bağlı inklüziv tədbirlər həyata keçirir.
4. Aalborg Universiteti (Danimarka) – Bərabərsizlik mövzusunda geniş tədqiqatlar aparır.
5. RMIT Universiteti (Avstraliya) – Şəhər yaşanabilirliyi və sosial fərqliliklər üzərində araşdırmalar aparır.