Təhsil 365 - Logo Mobile

“Həyatınızı dəyişəcək seçimlərə qorxmadan gedin”- tələbə Nasir Məlikov

19227.07.2025 - 17:30
“Həyatınızı dəyişəcək seçimlərə qorxmadan gedin”- tələbə Nasir Məlikov

“Tehsil 365” İnformasiya Agentliyi olaraq bu dəfə xaricdə təhsil almaq arzusunu gerçəkləşdirmiş, əzmkarlığı və mübarizəsi ilə bir çox gəncə ilham verən tələbə ilə söhbətləşdik. O, müsahibəsində qəbul prosesindən tutmuş, qarşılaşdığı çətinliklərə və motivasiyasına qədər bir çox maraqlı məqama toxundu.

1. Özünüz və təhsiliniz haqqında danışa bilərsinizmi ?

Mən Nasir Məllikov, 2007-ci il 26 fevral tarixində Bakı şəhərində anadan olmuşam. 2024-cü ildə S.C.Pişəvəri adına Gimnaziyanı bitirib, 633.3 balla Azərbaycan Texniki Universitetinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasına daxil olmuşam. Aviasiya sahəsinə olan xüsusi marağım 2020-ci ildə haqq savaşımız olan II Qarabağ Müharibəsindən sonra başladı. Müharibədə aktiv istifadə olunan aviasiya texnologiyalarının yerinə yetirdiyi qüsursuz əməliyyatlar məni bu sahəyə cəlb elədi. Beləliklə, həm məktəb, həm universitet illərimdə bir sıra aviasiya layihələri icra edib, müsabiqələrdə fəal iştirak etdim. Mənim əsas karyera məqsədim Azərbaycan Respublikasında aerokosmik texnologiyalara inteqrasiyanın müstəqil və heç bir ölkədən asılı olmayaraq həyata keçirilməsidir. Bu sahədə beynəlxalq təcrübənin prioritet olduğunu nəzərə alaraq təhsilimi xaricdə davam etdirmək qərarına gəldim. Aerokosmik sahədə dünyada qabaqcıl bakalavr təhsili verən və QS 2026 sıralamasında 22-ci yerdə olan Münhen Texniki Universitetinin "Aerospace" ixtisasından qəbul aldım. Uzunmüddətli araşdırma, lazım olan imtahanların verilməsi, vaxtın tənzimlənməsi kimi prosesi mürəkkəbləşdirən ünsürləri səbrlə və planlı şəkildə həll etməyə çalışdım.

2. Xaricdə universitet seçərkən sizin üçün ən önəmli meyarlar nələr oldu?

Xaricdə təhsili yerli təhsildən ayıran əsas komponent xaricdə olan tələbənin beynəlxalq mühitə adaptasiya olub, onu öz ölkəsinə profesional şəkildə inteqrasiya edə bilməsidir. Buna görə də, xaricdə universitet seçərkən bir sıra önəmli meyarları nəzərə almaq lazımdır. Bunlara universitetin beynəlxalq reytinqi, startap və tədqiqat layihələrinə dəstək olması, təhsilin keyfiyyəti, ixtisasın gələcək iş perspektivi və o cümlədən ölkənin o sahədə nə qədər rəqabətcil olmasıdır. Sənaye ölkəsi olan Almaniyanın ən inkişaf etmiş şəhərlərinin birində Münhen Texniki Universitetinin "Aerospace" ixtisası mənim üçün ideal seçim idi

3. Uğurunuzu necə qazandınız? Hansı hazırlıq və addımlar sizə kömək etdi?

Bu proses nə qədər mürəkkəb və efort tələb etsə də, düzgün araşdırma və zamanlama, həmçinin hər addımın planlı aparılması sizi uğura aparacaqdır. Alman orta təhsilinin 12 il olmasını nəzərə alaraq, 1 il burda universitet təhsili almaq qərarına gəldim. I qruplar üzrə təşkil olunan qəbul imtahanlarında 633.3 bal toplayaraq Azərbaycan Texniki Universitetinə daxil oldum. Bu göstərici Dövlət Proqramının tələbləri üçün yetərli idi. Alman universitetinin dil tələblərini qarşılamaq üçün IELTS və Goethe Zertifikat kimi beynəlxalq dil imtahanları verdim. Universitet ortalamamın 95.6 olması akademik göstəricilərimi daha da gücləndirdi. Həmçinin universitet illərində iştirak etdiyim müsabiqə və təcrübə proqramları CV-mi gücləndirdi.

4. Xaricdə təhsil almaq istəyən gənclərə nə kimi tövsiyələr verərdiniz?

Son dövrlərdə xaricdə təhsil almaq istəyən tələbələrin sayında artımı müşahidə edirik. Mənim onlara əsas tövsiyəm bu işin bütün məsuliyyətini özləri götürməsidir. Çünki sən böyük addımlar atmaq istəyirsənsə, o yolda çətinliyi də özün yaşamalısan ki, uğura çatanda nankorluq etməyəsən. Bundan əlavə, bilirik ki, indiki dövrdə ölkələrin ən böyük problemi "beyin köçü"-dür. Fikrimcə hər bir vətəndaşın borcudur ki, öz vətəninə xidmət eləsin. Müvəqqəti təhsili başqa ölkədə alsaq da, son xidməti vətənimizə eləməliyik.

5. Bu yolda sizə dəstək olan insanlar kimlər idi və onların sizə təsiri necə oldu?

Bu yolda mənə ən çox dəstək olanlar atam, Lənkəran Dövlət Universitetinin dosenti, t.ü.f.d. Emin Məlikov və anam Şəhla Kazımovadır. Onların hər situasiyada mənə həm maddi, həm mənəvi dəstək olması və yol göstərməsi mənə motivasiya verirdi. Bundan əlavə, dostum Nihad Əliməmmədov da həmçinin bu yolda mənə çox dəstək oldu. Buna görə dəstəyini əsirgəməyən hər kəsə təşəkkürümü bildirib, əziyyətlərini qarşılıqsız buraxmayacağımı demək istəyirəm.

Nasir Məlikovun uğur hekayəsi bir daha sübut edir ki, məqsəd aydın olduqda və planlı şəkildə addımlar atıldıqda, beynəlxalq uğurlar əlçatandır. Təhsil 365 olaraq Nasiri təbrik edir, gələcəkdə Azərbaycan üçün dəyərli töhfələr verəcəyinə inanırıq.

Fəridə Sadıqzadə

Xəbər Lenti

Azərbaycan cəmiyyətində mənəvi problemlər05.10.2025 - 20:00
Yaşıl rəngi sevənlərin psixoloji xüsusiyyətləri hansılardır05.10.2025 - 19:43
Təhsilinizi təkmilləşdirmək üçün ən yaxşı vərdişlər05.10.2025 - 19:32
Bakı bağçasında 3 yaşlı uşaq ağır xəsarət aldı — Valideyn: “Nə yardım göstərdilər, nə də təcili yardım çağırdılar”05.10.2025 - 19:21
281 saylı məktəbdə hadisə: Direktora pul yığır05.10.2025 - 19:10
Şair Nəriman Həsənzadənin yaradıcılığı nə ilə seçilir05.10.2025 - 18:59
Seth Godindən 7 uğur qaydasını təqdim edirik05.10.2025 - 18:48
Müəllim smartfon qadağasından sonra şagirdlərin sakitləşdiyini deyir05.10.2025 - 18:37
Sumqayıt şəhərində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub05.10.2025 - 18:36
“İgidlərin izi ilə” adlı qayaya dırmanma turniri keçirilib05.10.2025 - 18:27
Şamaxı Avropa Liseyinin müəllimi fəxri fərmanla təltif edilib05.10.2025 - 18:17
"Natiq kimi danış" təlimi keçirilib05.10.2025 - 18:07
Hacıqabulda “Məktəbli Kuboku”adlı intellektual yarış keçirilib05.10.2025 - 17:57
III MDB Oyunlarının iştirakçıları Şuşanın mədəni irsi ilə tanış olublar05.10.2025 - 17:47
Şamaxıda Beynəlxalq Barbekü Festivalı davam edir05.10.2025 - 17:25
Müəllimlər Günü münasibətilə ahıl müəllimlər ziyarət ediliblər05.10.2025 - 17:12
Qazaxıstanlı magistrlər ATU-da təcrübə proqramını tamamlayıblar05.10.2025 - 16:52
Azərbaycanın 3x3 basketbol yığmaları yarımfinala yüksəlib05.10.2025 - 16:48
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün test imtahanının I mərhələsi keçirilib05.10.2025 - 16:45
Yazıçı Rövşən Abdullaoğlu ilə imza saatı keçirilib05.10.2025 - 16:38
Naxçıvanda müəllimlər günü qeyd olunub05.10.2025 - 16:30
Respublika Uşaq Kitabxanası beynəlxalq sərgidə iştirak edib05.10.2025 - 16:25
Ağartı məhsulu yeyə bilməyənlər oxusun05.10.2025 - 16:20
Müəllimlərin sosial rifahını yaxşılaşdırmaq dövlətin əsas hədəflərindəndir05.10.2025 - 16:15
Bu nazirliyə kinoloji itlərlə bağlı yeni hüquq verildi05.10.2025 - 16:10
Niyə itlər bəzi insanları sevmir?05.10.2025 - 16:10
Zövq, yaddaş və duyğu: Musiqinin insan üzərində görünməz təsiri05.10.2025 - 16:05
Boksçumuz MDB Oyunlarında qızıl medal qazandı05.10.2025 - 16:00
Çay qaraciyər xərçəngi riskini azaldır - Alimlərdən ARAŞDIRMA05.10.2025 - 16:00
Gürcüstan DİN etirazçılara xəbərdarlıq edib05.10.2025 - 15:45
“NATO dağıla bilərdi” – Stoltenberq səbəbləri açıqlayıb05.10.2025 - 15:30
"Sabah" səfərdə "Karvan-Yevlax"a qalib gəlib05.10.2025 - 15:26
Cəbrayıl Şəhəri Günü münasibətilə təntənəli konsert proqramı keçirilib05.10.2025 - 15:15
Bakıda "Türkiyə–Azərbaycan Qardaşlığı: Anadoludan Bakıya" adlı sərgi açılıb05.10.2025 - 15:00
İdmançımız Səfdər Məmmədzadə 3-cü MDB Oyunlarında qızıl medal qazanıb 05.10.2025 - 14:53
Dünya ölkələrində çox faydalı orta təhsil sistemləri 05.10.2025 - 14:40
Fransada "EMİ" QASIRĞASI nəticəsində iki nəfər həyatını itirib 05.10.2025 - 14:32
Türkiyədə ZƏLZƏLƏ baş verib 05.10.2025 - 14:21
Məktəbəqədər təhsil uşaqların inkişafında vacibdir05.10.2025 - 14:18
Sabahın havası ürəkaçandır05.10.2025 - 14:09
Yazıçı İsmayıl Qarayevin 75 kitabının təqdimatı olub05.10.2025 - 14:00
Dini Azadlıq Komissiyasında "dövlət məktəblərində inanc azadlığı" müzakirə edildi05.10.2025 - 14:00
ABŞ-də Dini Azadlıq Komissiyası müəllim və məşqçilərin hüquqları ilə bağlı dinləmə keçirib05.10.2025 - 13:50
BSU-da “Təhsildə Yeni Çağırışlar” VI Beynəlxalq Forumu keçirilib05.10.2025 - 13:45
ABŞ-da G20 Dinlərarası Forumunun prezidenti ilə görüş keçirilib05.10.2025 - 13:37
DQİDK sədri ABŞ-də beynəlxalq simpoziumda iştirak edəcək05.10.2025 - 13:20
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün test imtahanının I mərhələsi keçirilib05.10.2025 - 13:15
Azərbaycan və Türkiyə kitabxanaları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub 05.10.2025 - 13:15