Qarabağ Universiteti Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan “Ali təhsil müəssisələrinin sərgisi”ndə iştirak edib. Sərgidə universitetin müxtəlif fakültələri, təhsil imkanları və gələcək planları barədə iştirakçılara ətraflı məlumat təqdim olunub.
Bu barədə “Tehsil365”ə Qarabağ Universitetdən məlumat verilib ki, Tədbir çərçivəsində Qarabağ Universitetinin stendi abituriyentlərin və ziyarətçilərin böyük marağına səbəb olub. Universitetin nümayəndələri sərgi iştirakçılarını maraqlandıran sualları cavablandırıb, regionda təhsilin inkişafı istiqamətində atılan addımları vurğulayıblar.