Google 2025-ci ilin ikinci rübündə süni intellekt texnologiyalarının dəstəyi ilə Wall Street-in gözləntilərini geridə qoyub. Şirkət 96,4 milyard dollar gəlir və səhm başına 2,31 dollar qazanc (EPS) açıqlayıb. Analistlərin proqnozu isə 94 milyard dollar gəlir və 2,18 dollar səhm başına qazanc idi.
"Tehsil365" The Guardian-a istinadən xəbər verir ki, şirkətin CEO-su Sundar Pichai bildirib ki, Google-un axtarış, YouTube, Google Cloud və süni intellekt sahələrində güclü artım müşahidə olunur. O qeyd edib ki, süni intellekt biznesin bütün sahələrinə müsbət təsir göstərir və yeni funksiyalar, o cümlədən AI Overviews və AI Mode yaxşı nəticələr verir.
Pichai həmçinin Google-un süni intellekt əsaslı söhbət robotu Gemini-nin aylıq 450 milyondan çox aktiv istifadəçisi olduğunu və AI tərəfindən yaradılan axtarış nəticələrinin ümumi istifadəsinin 2 milyarddan çox istifadəçiyə çatdığını bildirib.
Şirkət bulut məhsullarına olan tələbatı qarşılamaq üçün kapital xərclərini 75 milyard dollardan 85 milyard dollara qaldırmağı planlaşdırır. Pichai bildirib ki, bulut infrastrukturu və məlumat mərkəzləri sahəsində təchizat problemləri mövcuddur və bu investisiyaların nəticələri yaxın bir neçə ildə görünəcək.
Analitiklərindən Jesse Cohen xərclərin artmasını şirkətin texnologiyada rəqabət üstünlüyünü qoruma səyi kimi qiymətləndirir, lakin bunun qısa müddətdə mənfəətə təsir edə biləcəyindən də xəbərdar edir.
Digər analitiklər isə süni intellekt və bulut hesablama sahəsində rəqabət aparmaq istəyən şirkətlər üçün bu cür sərmayələrin zəruri olduğunu vurğulayırlar.
Qeyd edək ki, Google OpenAI kimi digər böyük oyunçularla rəqabət aparır. OpenAI yaxınlarda ChatGPT üçün bulut təminatçısı kimi Google Cloud-u seçdiyini elan edib.
Şirkət həmçinin son dövrlərdə bir neçə antitröst araşdırması ilə üzləşib. 2025-ci ilin aprelində məhkəmə Google-un bəzi reklam texnologiyalarında bazar üstünlüyünü qeyri-qanuni şəkildə istifadə etdiyini müəyyən edib.