Türkiyə Milli Təhsil Nazirliyi (MEB), “Fərqləndirmə Fəaliyyətləri Müəllim Bələdçi Kitabları”nın Təhsil İnformasiya Şəbəkəsində (EBA) yayımlandığını elan edib.
"Tehsil365" Türkiyə Milli Təhsil Nazirliyinin açıqlamasa istinadən xəbər verir ki , bu vəsaitlər “Türkiyə Yüzilliyi Maarif Modeli”nin əsas elementlərindən biri olan fərqləndirilmiş tədris anlayışına əsaslanır. Sözügedən model, hər bir şagirdin təhsildən maksimum dərəcədə faydalanması üçün tədris proseslərini fərdiləşdirmə və çevikliklə zənginləşdirən dinamik və bütövlük təşkil edən bir yanaşma təqdim edir.
Açıqlamada bildirilib ki, bu model ilk dəfə olaraq yeni kurikulumda geniş şəkildə yer alaraq şagirdlərin maraq, bacarıq və ehtiyaclarını nəzərə alan inklüziv təhsil mühitinin yaradılmasını hədəfləyir. Məqsəd, hər bir şagirdin öz sürətinə uyğun inkişaf etməsinə şərait yaratmaq və onların öyrənmə prosesinə dəstək olmaqdır.
Bu çərçivədə, 1-ci sinif üçün həyat bilgisi, türk dili və riyaziyyat, 5-ci sinif üçün isə türk dili, riyaziyyat, təbiət elmləri və sosial elmlər fənlərinə dair Fərqləndirmə Etkinlikləri Müəllim Bələdçi Kitabları hazırlanıb.
Həmçinin, 2-ci sinif üzrə həyat bilgisi, türk dili və riyaziyyat, 6-cı sinif üzrə isə türk dili, riyaziyyat, təbiət elmləri və sosial elmlər dərsləri üçün də bu vəsaitlər EBA üzərindən müəllimlərin istifadəsinə təqdim olunub.
Kitablarda, şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alan, öyrənmə prosesini zənginləşdirən və inklüziv mühit yaradan fəaliyyətlərə yer verilib. Eyni zamanda, bu materiallar müəllimlərə istiqamət göstərərək şagirdlərin zehni, sosial və emosional inkişafını dəstəkləyən hərtərəfli bir yanaşma ilə hazırlanıb.