Təhsil 365 - Logo Mobile

"Bu xarici dili bilmədən uğur qazanmaq çətin olacaq” – təhsil eksperti Əmrah Həsənlidən açiqlama

10731.07.2025 - 13:15
"Bu xarici dili bilmədən uğur qazanmaq çətin olacaq” – təhsil eksperti Əmrah Həsənlidən açiqlama

"Azərbaycanda son illər xarici dil öyrənməyə olan maraq təkcə fərdi inkişaf ehtiyacı ilə deyil, həm də əmək bazarının tələbləri və ölkənin beynəlxalq inteqrasiya səviyyəsinin yüksəlməsi ilə birbaşa bağlıdır".

Bu barədə "Tehsil365"ə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib.

"Bu gün istər dövlət qurumlarında, istər özəl sektorda, istərsə də təhsil sahəsində dil bilikləri artıq əlavə bacarıq deyil, birbaşa işə qəbul şərti kimi önə çıxır. Bu baxımdan, hansı xarici dilin öyrənilməsinin daha məqsədəuyğun olduğu sualı təkcə abituriyentlər üçün deyil, həm də valideynlər, müəllimlər və gələcəyini planlayan gənclər üçün olduqca aktualdır".

"Hazırda ölkəmizdə ən çox hansı dilə tələbat mövcuddur?"

"Hazırda ölkəmizdə ən çox tələbat olan və strateji baxımdan əvəzolunmaz hesab edilən xarici dil, şübhəsiz ki, ingilis dilidir. Dünyada elmin, texnologiyanın, diplomatiyanın və iqtisadi əlaqələrin əsas dili olan ingilis dili Azərbaycanda da bütün sahələr üzrə öndədir. Xüsusilə beynəlxalq təşkilatlarda işləmək, xarici şirkətlərdə karyera qurmaq, ali təhsilin magistratura və doktorantura pillələrində beynəlxalq proqramlarda iştirak etmək, elmi məqalələrə çıxış əldə etmək və xaricdə təhsil almaq üçün bu dilin bilik səviyyəsi artıq baza bacarığı sayılır. Bu gün elə bir sahə yoxdur ki, orada ingilis dilini bilmək üstünlük hesab olunmasın – istər mühəndislik, istər informasiya texnologiyaları, istər hüquq, istərsə də humanitar ixtisaslar",-deyə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib.

"Bununla yanaşı, türk dili də ölkəmizdə ən çox istifadə olunan xarici dillərdən biridir. Azərbaycanın Türkiyə ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələri türk dilini müəyyən sahələrdə – xüsusilə media, turizm, biznes və təhsil sahəsində – vacib edir. Ancaq burada qeyd olunmalıdır ki, türk dili ingilis dili kimi universal xarakter daşımır. Bu dili öyrənmək daha çox regional əməkdaşlıq kontekstində faydalı olur və əgər gənc Türkiyə bazarına çıxmaq, orada təhsil almaq və ya çalışmaq istəyirsə, bu dil onun üçün əlverişli seçimdir"

"Son illərdə hansı xarici dil daha çox maraq dairəsindədir?"

"Son illərdə çin dili də xüsusi maraq doğurmaqdadır. Çin Xalq Respublikasının Cənubi Qafqazda, o cümlədən Azərbaycanda iqtisadi layihələrə, logistika və enerji sahələrinə yatırdığı sərmayələr, “Bir kəmər, bir yol” layihəsi və digər strateji planlar bu dilə olan ehtiyacı artırıb. Çin dili qlobal miqyasda mühüm yer tutsa da, bu dili öyrənmək digər dillərlə müqayisədə daha çətin hesab olunur. Lakin gələcəyə yönəlik düşünən və özünü spesifik sahələrdə – məsələn, beynəlxalq ticarət, nəqliyyat-logistika və iqtisadi diplomatiya üzrə inkişaf etdirmək istəyən abituriyentlər üçün bu dil strateji üstünlük təmin edə bilər.

Digər tərəfdən, alman dili də öz aktuallığını qoruyur. Almaniya Avropa İttifaqında iqtisadi baxımdan lider ölkədir və texniki sahələrdə, mühəndislik və tibb üzrə keyfiyyətli təhsil imkanları ilə seçilir. Almaniyada təhsil almağı planlaşdıran gənclər üçün alman dilini öyrənmək həm akademik uğur, həm də iş imkanları baxımından vacibdir. Bundan başqa, Almaniyanın təqdim etdiyi təqaüd proqramlarının böyük əksəriyyəti namizədlərdən dil biliklərini tələb edir", - deyə bildirildi.

"Gələcək üçün ən çox hansı dilə tələbat olacaq?”

"Ərəb və fransız dilləri daha spesifik sahələrdə – məsələn, dini təhsil, beynəlxalq əlaqələr və diplomatiya sahəsində fəaliyyət göstərmək istəyən şəxslər üçün əhəmiyyətlidir. Fransız dili, eyni zamanda BMT-nin və digər beynəlxalq təşkilatların rəsmi dillərindən biri olaraq öz mövqeyini qoruyur. Burada vacib bir məqama da toxunmaq lazımdır – dil seçimi sırf əmək bazarına yönəlməməlidir. Abituriyentlər öz maraq və bacarıqlarını, gələcək planlarını və seçəcəkləri ixtisası da nəzərə almalıdırlar. Məsələn, texniki sahələrə yönəlmək istəyən bir gənc üçün alman dili, beynəlxalq hüquq və ya diplomatiya sahəsinə yönələn biri üçün fransız və ya ərəb dili daha əlverişli ola bilər. Təəssüf ki, bəzən abituriyentlər sadəcə sosial mediada trend olan dillərə və ya dostlarının seçimlərinə əsasən qərar verirlər. Bu isə sonradan dil öyrənmədə motivasiyanın itməsinə, zaman və resurs itkisinə səbəb ola bilər. Ona görə də dil seçimi fərdi maraq, karyera planı və bazar tələbi üçbucağında dəyərləndirilməlidir."

Nəticə olaraq: "Bu gün Azərbaycanda birinci səviyyədə tövsiyə ediləcək xarici dil ingilis dilidir. Onu türk, alman, çin və digər dillər tamamlayır. Amma əsas məsələ dilin nə qədər populyar olması yox, o dili bilən şəxsin bu bilikdən necə istifadə edə bilməsidir. Çünki dil öyrənmək yalnız məqsəd deyil, məqsədə aparan vasitədir",- Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib.

Rəşanə Quliyeva

Xəbər Lenti

Ailə ilə baxmağa dəyər 5 film – Birlikdə keçirilən zamanın ən gözəl forması03.08.2025 - 15:57
Tələbələr üçün mütləq oxunmalı 5 kitab03.08.2025 - 15:46
ABŞ-da miqrasiya reydləri məktəbdə davamiyyətə zərbə vurur – Şagirdlər qorxu içindədir03.08.2025 - 15:37
Dünyanın möhtəşəm təbiət mənzərələri03.08.2025 - 15:24
Qazax məktəblisi Muhammədəli Avropada ikinci oldu!03.08.2025 - 15:20
Delhi Hökumətindən xüsusi məktəblərə nəzarət addımı: Yeni qanun layihəsi ilə özbaşınalıq bitəcək03.08.2025 - 15:08
İtalyan fermerlərdən sosial media turistlərinə cavab: Dağlara turnikələr və giriş haqqı03.08.2025 - 14:54
Dünya Bankı Qlobal təhsil sahəsində əhəmiyyətli rol oynayır03.08.2025 - 14:38
Azərbaycanda uşaqların sayı azalır?03.08.2025 - 14:30
İnsan olmadan tikinti: Marsda mikroorqanizmlərlə ev inşa ediləcək03.08.2025 - 14:24
Alaska qanunvericiləri təhsilə ayrılan vəsaitin veto edilməsini ləğv etdilər03.08.2025 - 14:17
Azərbaycanın təhsil sistemi beynəlxalq baxış bucağında03.08.2025 - 14:15
Afrikada su quyuları açıldı– minlərlə insan təmiz suya qovuşdu03.08.2025 - 14:03
MDB ölkələrində təhsilə maraq artır03.08.2025 - 14:00
Diqqət! “İnnovativ məktəb” layihəsinə müraciət üçün son tarix yaxınlaşır03.08.2025 - 12:50
Bakı Dövlət Universiteti Elçin Əfəndiyevin vəfat ilə bağlı paylaşım edib 03.08.2025 - 12:43
Emin Əmrullayev İsmayıllıda vətəndaşları qəbul edəcək03.08.2025 - 12:40
Azərbaycan şagirdlərindən Beynəlxalq İnformatika Olimpiadasında tarixi uğur03.08.2025 - 12:25
Dövlət qulluğu üzrə test imtahanları keçirilib03.08.2025 - 12:12
Peşə təhsili və onun gələcəyin ixtisaslarına uyğunluğu03.08.2025 - 11:50
"Uşaqlarda yay allergiyaları: mütəxəssislər nə deyir?"03.08.2025 - 11:40
Ekspertdən dövlətə təklif: "Heydər Əliyev adına universitet yaradılsın" 03.08.2025 - 11:08
Niyazi Tağızadənin vəfatından 41 il ötür03.08.2025 - 11:05
MDU tələbələrinin sosial və yaradıcı inkişafına dəstək: TGT klubları geniş imkanlar yaradır03.08.2025 - 10:59
Şəki Dövlət Dram Teatrının tanınmış aktrisası Brilyant Babayeva vəfat edib03.08.2025 - 10:50
Şirvanda iki nəfərin batması ilə bağlı FHN-dən açıqlama03.08.2025 - 10:33
“Ballarla gələcək qurulmur” – Ekspertdən ixtisas seçimi ilə bağlı sərt xəbərdarlıq03.08.2025 - 10:22
Qılıncoynatmanın canlı əfsanəsi Yaşar Məmmədovun 90 illik yubileyi qeyd olundu03.08.2025 - 10:15
"Tələbələr arasında zərərli vərdişlər artır – sağlamlığa təhlükə yaxınlaşır03.08.2025 - 10:00
Fotoqrafiyanın Bəşəri Gücü: Gənclərə sülh və insanlıq dərsi03.08.2025 - 09:52
Elçin Əfəndiyev vəfat etdi - FOTO03.08.2025 - 09:40
Qız uşağı utandırılmalı deyil, gücləndirilməlidir03.08.2025 - 09:00
Sosial şəbəkələrdə təhqir və şantajın uşaqlar və yeniyetmələrə psixoloji təsiri03.08.2025 - 08:43
Cinsi zorakılığa məruz qalan uşaqlarda görünməyən izlər03.08.2025 - 08:28
“Zəhərli pozitivlik” uşaqlarda daxili basqılara səbəb ola bilər03.08.2025 - 08:12
Uşaqların daxili dünyası sinif otağında necə qorunur?03.08.2025 - 08:00
DİN: "Azyaşlıya qarşı hüquqazidd hərəkət edən şəxs məsuliyyətə cəlb olundu"03.08.2025 - 07:46
“Yay Fest 2025” – Gənclərin Hüquqi Maarifləndirilməsi və Festivalı03.08.2025 - 07:35
Qrafik dizayner ixtisasına qəbul üçün müraciətlər davam edir03.08.2025 - 07:23
Dənizkənarı Bulvarda Kino Gecəsi Keçirildi03.08.2025 - 07:20
Məzun Gününə həsr olunmuş “GradFEST2025” festivalı başa çatıb03.08.2025 - 07:03
Azərbaycan Kinosu Günündə Nizami Kino Mərkəzində Yerli Filmlər03.08.2025 - 06:50
Bu gün 1000-ə yaxın namizədin dövlət qulluğu üzrə imtahan verməsi gözlənilir03.08.2025 - 06:49
Təhsilini ADAU-da al, təqaüdlə dəstəklən03.08.2025 - 06:37
2 Avqust: Azərbaycan Kinematoqrafiyasının Tarixi Günü və “Cənnət Yuxusu” filmi03.08.2025 - 06:35
Pedaqoji Universitet “Gələcəyin müəllimi” təqaüdünü elan edir03.08.2025 - 06:26
Kino Agentliyi 2025-ci il üçün Film Layihələri müsabiqəsini elan edib03.08.2025 - 06:15
Bu gün musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirəcək03.08.2025 - 06:07