Təhsil 365 - Logo Mobile

Gəncədə şəhid plakatları üçün ailələrdən ödəniş alındığı iddiası təkzib olundu

11131.07.2025 - 14:02
Gəncədə şəhid plakatları üçün ailələrdən ödəniş alındığı iddiası təkzib olundu

Bu gün “Şəhidin Səsi” layihəsi çərçivəsində keçirilən çəkiliş zamanı şəhid anası Əsədova Cahan səsləndirdiyi bir iddia diqqət çəkib. O, Gəncədə şəhid övladına aid plakatın hazırlanması üçün onlardan 300 manat məbləğində ödəniş tələb edildiyini bildirib. Məsələ ilə bağlı “Tehsil365” xəbər portalı iddianı araşdırmaq və ictimaiyyətə doğru məlumat çatdırmaq məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinə sorğu göndərib.

İcra Hakimiyyətinin Mətbuat xidməti ilk olaraq məsələnin təfərrüatlarını öyrənmək üçün iddianı səsləndirən şəxsin əlaqə nömrəsini istəyib. Xəbər portalı tərəfindən Cahan Əsədovanın nömrəsi təqdim edildikdən sonra qurum məsələ ilə bağlı rəsmi açıqlama verib. Bildirilib ki, sözügedən iddia tamamilə əsassızdır və Gəncə şəhərində şəhid ailələrindən plakatların hazırlanması və yerləşdirilməsi üçün hər hansı ödəniş tələb olunmur.

Rəsmi açıqlamada qeyd edilib ki, hazırda Bakı–Qazax avtomagistralının 343,2-ci kilometrliyində “Azəravtoyol” ASC tərəfindən təmir-tikinti işləri aparılır. Bu çərçivədə yolayırıcı arakəsmələrin sökülməsi zərurəti yarandığından, həmin ərazilərdə yerləşdirilmiş şəhid plakatları da müvəqqəti olaraq çıxarılıb. Plakatların götürülməsi şəhid ailələrinin razılığı ilə həyata keçirilib və gələcəkdə həmin görüntülər yeni texnologiyalarla – monitor üzərindən slayd formasında təqdim olunacaq.

Araşdırmanı davam etdirən “Tehsil365” portalı daha sonra yenidən şəhid anası Cahan xanımla əlaqə saxlayıb. O, ilkin çəkiliş zamanı söylədiyi fikrin yanlış anlaşıldığını bildirib. Cahan Əsədova qeyd edib ki, plakatın hazırlanması üçün hər hansı məcburi ödəniş tələbi olmayıb. Onlar şəhid övladının xatirəsini əbədiləşdirmək məqsədilə bu təşəbbüsü özləri irəli sürüb və xərci könüllü şəkildə qarşılayıblar.

Beləliklə, həm Gəncə Şəhər İcra Hakimiyyəti, həm də şəhid ailəsi tərəfindən verilən açıqlamalar sözügedən iddianın əsassız olduğunu ortaya qoyur.

Fəridə Sadıqzadə

Xəbər Lenti

Sumqayıtda 23 nömrəli orta məktəbə lisey statusu verilib11.03.2026 - 13:39
Emin Əmrullayev Şuşada tədris prosesini izləyib11.03.2026 - 13:31
BMU tələbəsi İtaliyanın nüfuzlu universitetinə qəbul olub11.03.2026 - 13:22
Gənc tədqiqatçılar Azərbaycan Universitetində elmi nəticələrini təqdim ediblər11.03.2026 - 13:13
Mətbuat Şurasında təcrübə keçən tələbələr “Ədibin Evi”ni ziyarət ediblər11.03.2026 - 13:05
Sənətşünas-alim: Açıq dərslər tələbələrə öz bacarıqlarını nümayiş etdirmək imkanı verir11.03.2026 - 12:55
Qahirədə 350-dən çox misirli tələbə Azərbaycan dilini öyrənir11.03.2026 - 12:45
UNEC və FAO qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir11.03.2026 - 12:35
Tələbələr sığortanın funksiyaları haqqında məlumatlandırılıb11.03.2026 - 12:25
Elm və təhsil naziri Şuşada vətəndaşların müraciətlərini dinləyib11.03.2026 - 12:15
BMU-da orqan donorluğu mövzusunda maarifləndirici təqdimat edilib11.03.2026 - 12:05
Rezidenturaya qəbul imtahanının TARİXİ11.03.2026 - 10:10
"Uşaqların məktəb mühitinə uyğunlaşması onların inkişafı üçün vacibdir" - Arzu Fərəcova11.03.2026 - 09:55
“Ev tapşırığına maraq azalır” - Arif Əliyev11.03.2026 - 09:45
Nazir Qarabağdakı müəllimlərlə görüşdü11.03.2026 - 09:36
DİM-də növbəti təlim keçirilib11.03.2026 - 09:30
Uşaqlarda yorğunluğun əsas səbəbləri açıqlandı11.03.2026 - 09:28
Nar yarpaqlarında sinirləri və ürəyi qoruyan maddə aşkar edildi11.03.2026 - 09:18
Hüseyn Cavidin sonuncu mənəvi oğlu da vəfat etdi - FOTO11.03.2026 - 09:09
Qarışqaların “Ay kompası” kəşf edildi11.03.2026 - 09:05
Kiyevdə Azərbaycana dair esse müsabiqəsinin qalibləri mükafatlandırılıb11.03.2026 - 09:00
Depressiyanın müalicəsində yol verilən təhlükəli səhv11.03.2026 - 08:53
Gözlərinizi tez-tez ovuşdurmaq görməyi zəiflədə bilər11.03.2026 - 08:45
Təzyiqi necə aşağı salmaq olar? - Kardioloqlardan 6 yeni tövsiyə11.03.2026 - 08:37
Sağlamlıq üçün ən faydalı 3 çərəz11.03.2026 - 08:29
Marsda yeni mineral kəşf edildi11.03.2026 - 08:20
Dünyanın ən təhlükəli bitkiləri - onlara yaxınlaşmayın, öldürə bilər11.03.2026 - 08:13
Mart ayında yuxu problemlərinin səbəbi11.03.2026 - 08:04
Yer kürəsinin əsas sirrlərindən biri həll edildi: Planetimizin əsl yaşı açıqlandı11.03.2026 - 07:55
Gündə 20 dəqiqəlik gəzintinin faydaları: Sağlamlıq üçün 5 üstünlük11.03.2026 - 07:46
Azərbaycan Milli Teatr Günü NDU-da11.03.2026 - 07:37
Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - Video11.03.2026 - 07:30
Bu günün hava proqnozu 11.03.2026 - 07:22
Sudan sonra ən sağlıqlı içki açıqlanıb11.03.2026 - 07:15
Bu qidaları soyuducuda saxlamaq olmaz11.03.2026 - 07:09
Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan etdi11.03.2026 - 07:00
Bir neçə ölkədə ilk dəfə COVID-19 yoluxması qeydə alındı11.03.2026 - 06:36
Azərbaycan təsviri sənətində özünəməxsus üslub yaratmış rəssam – Əşrəf Muradoğlu11.03.2026 - 06:18
Azərbaycan qadın futbolunun gənc nümayəndəsi – Vüsalə Seyfəddinova11.03.2026 - 06:00
Avroviziya səhnəsində Azərbaycanı təmsil edən müğənni – Çingiz Mustafayev11.03.2026 - 05:42
Tanınmış kamança ifaçısı və alim – Toğrul Mirnazim oğlu Əsədullayev11.03.2026 - 05:18
Azərbaycan səhnəsinin tanınmış sənətkarı – Hicran Fətəli qızı Nəsirova11.03.2026 - 05:06
Azərbaycan səhnəsinin tanınmış simalarından biri – Lütviyyə Şamil qızı Səfərova11.03.2026 - 04:54
Milli Azadlıq hərəkatının fəallarından biri: Oqtay Eldəgəz11.03.2026 - 04:18
Azərbaycanın görkəmli səhnə ustası: Bəşir Səfər oğlu Səfərov11.03.2026 - 04:00
Yer kürəsinin əsas sirrlərindən biri həll edildi: Planetimizin əsl yaşı açıqlandı10.03.2026 - 19:55
DİM: Buraxılış imtahanının nəticələrinin 7 həftə ərzində elan olunması nəzərdə tutulub10.03.2026 - 19:48
DİM buraxılış imtahanında sualların çətin tərtib olunması məsələsinə aydınlıq gətirib10.03.2026 - 19:42