Tehsil365 xəbər veriri ki, 30 iyul 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları” sənədinin yeni redaksiyasının müzakirəsinə həsr olunmuş ekspert görüşü keçirilib.
Görüşdə ölkənin müxtəlif ali təhsil müəssisələrində fəaliyyət göstərən 30 akkreditasiya üzrə ekspert iştirak edib. Müzakirələr zamanı sənədin ali təhsil müəssisələrinin keyfiyyət təminatının qiymətləndirilməsi baxımından praktiki tətbiqi və beynəlxalq standartlara uyğunluğu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ekspertlər sənəddəki meyarların ölçüləbilənliyi, nəticəyönümlülüyü və səmərəlilik baxımından yeni yanaşmanı əks etdirdiyini vurğulayıblar. Onlar layihəyə dair peşəkar rəy və təkliflərini də təqdim ediblər.
Qeyd edək ki, görüşün əsas məqsədi sənədin yeni redaksiyasında nəzərdə tutulan əsas dəyişikliklərin iştirakçılara təqdim olunması və onların fikirlərinin dinlənilməsi olub.