Təhsil 365 - Logo Mobile

İslam Dinində Təhsil və Müəllimlərin Rolunun Əhəmiyyəti

8801.08.2025 - 04:30
İslam Dinində Təhsil və Müəllimlərin Rolunun Əhəmiyyəti

Təhsil və müəllimlik cəmiyyətin inkişafında mühüm rol oynayan əsas sahələrdəndir. İslam dini bu sahələrə xüsusi önəm verərək həm elmi, həm də əxlaqi dəyərləri birlikdə təbliğ edir.

Tehsil365 “ xəbər verir ki,İslam dini tarix boyu elmə, təhsilə və müəllimlik peşəsinə böyük önəm vermişdir. İslamda müəllimlərin qarşısında çox ciddi tələblər qoyulur. Onlar yalnız biliyi ötürən şəxslər deyil, həm də yüksək əxlaqi və mənəvi keyfiyyətlərə sahib olmalıdırlar. Müəllim daim öz üzərində çalışmalı, biliyini artırmalı, tələbələrə qarşı ədalətli və səbirli davranmalı, şagird və tələbələri ilə xoş münasibət qurmalıdır. Hirsə və şiddətə yol verməmək İslam müəlliminin əsas xüsusiyyətlərindən biridir. Peyğəmbərimiz (s.ə.v) də bilik verənlərlə bilik alanlar arasında mehribanlıq və səbirli olmağı vacib saymışdır.
İslam dini elmi, biliyi və təhsili mənəvi sərvət kimi dəyərləndirir və insanları elm öyrənməyə, elmi başqaları ilə bölüşməyə təşviq edir. Bilik paylaşımı İslamda böyük savab hesab edilir. Hədislərdə deyilir ki, "Bilik bilməyənlər arasında yaymaq ən böyük sədəqədir" və "Elm Çində də olsa, dalınca gedin". Bu sözlər göstərir ki, İslam dini elm axtarışında heç bir zaman, məkan, cins və dil fərqi qoymur.
Azərbaycanda İslamın yayılması ilə birlikdə dini təhsil müəssisələri də inkişaf etmişdir. Gəncə, Şamaxı kimi böyük şəhərlərdə məscidlərin nəzdində məktəblər və mədrəsələr yaradılmışdır. Məsələn, Şamaxının məşhur "Məlhəm" mədrəsəsi həm dini elmlərin, həm də tibb, anatomiya, əczaçılıq, riyaziyyat, məntiq kimi müxtəlif sahələrin tədris olunduğu elmi mərkəz olmuşdur.
Ümumilikdə İslam dini elm və bilik axtarışını iman üçün əsas amil hesab edir və bu yolda olan hər kəsi təşviq edir. Müəllimlik peşəsi isə yalnız bilik vermək deyil, eyni zamanda yüksək mənəvi dəyərləri daşımaq və gələcək nəsillərə ötürmək vəzifəsidir. Bu baxımdan, İslam dini təhsil və müəllimlik sahəsində müasir cəmiyyət üçün də aktual dəyərlər və nümunələr təqdim edir.

Elnarə İslamova

Xəbər Lenti

Ailə ilə baxmağa dəyər 5 film – Birlikdə keçirilən zamanın ən gözəl forması03.08.2025 - 15:57
Tələbələr üçün mütləq oxunmalı 5 kitab03.08.2025 - 15:46
ABŞ-da miqrasiya reydləri məktəbdə davamiyyətə zərbə vurur – Şagirdlər qorxu içindədir03.08.2025 - 15:37
Dünyanın möhtəşəm təbiət mənzərələri03.08.2025 - 15:24
Qazax məktəblisi Muhammədəli Avropada ikinci oldu!03.08.2025 - 15:20
Delhi Hökumətindən xüsusi məktəblərə nəzarət addımı: Yeni qanun layihəsi ilə özbaşınalıq bitəcək03.08.2025 - 15:08
İtalyan fermerlərdən sosial media turistlərinə cavab: Dağlara turnikələr və giriş haqqı03.08.2025 - 14:54
Dünya Bankı Qlobal təhsil sahəsində əhəmiyyətli rol oynayır03.08.2025 - 14:38
Azərbaycanda uşaqların sayı azalır?03.08.2025 - 14:30
İnsan olmadan tikinti: Marsda mikroorqanizmlərlə ev inşa ediləcək03.08.2025 - 14:24
Alaska qanunvericiləri təhsilə ayrılan vəsaitin veto edilməsini ləğv etdilər03.08.2025 - 14:17
Azərbaycanın təhsil sistemi beynəlxalq baxış bucağında03.08.2025 - 14:15
Afrikada su quyuları açıldı– minlərlə insan təmiz suya qovuşdu03.08.2025 - 14:03
MDB ölkələrində təhsilə maraq artır03.08.2025 - 14:00
Diqqət! “İnnovativ məktəb” layihəsinə müraciət üçün son tarix yaxınlaşır03.08.2025 - 12:50
Bakı Dövlət Universiteti Elçin Əfəndiyevin vəfat ilə bağlı paylaşım edib 03.08.2025 - 12:43
Emin Əmrullayev İsmayıllıda vətəndaşları qəbul edəcək03.08.2025 - 12:40
Azərbaycan şagirdlərindən Beynəlxalq İnformatika Olimpiadasında tarixi uğur03.08.2025 - 12:25
Dövlət qulluğu üzrə test imtahanları keçirilib03.08.2025 - 12:12
Peşə təhsili və onun gələcəyin ixtisaslarına uyğunluğu03.08.2025 - 11:50
"Uşaqlarda yay allergiyaları: mütəxəssislər nə deyir?"03.08.2025 - 11:40
Ekspertdən dövlətə təklif: "Heydər Əliyev adına universitet yaradılsın" 03.08.2025 - 11:08
Niyazi Tağızadənin vəfatından 41 il ötür03.08.2025 - 11:05
MDU tələbələrinin sosial və yaradıcı inkişafına dəstək: TGT klubları geniş imkanlar yaradır03.08.2025 - 10:59
Şəki Dövlət Dram Teatrının tanınmış aktrisası Brilyant Babayeva vəfat edib03.08.2025 - 10:50
Şirvanda iki nəfərin batması ilə bağlı FHN-dən açıqlama03.08.2025 - 10:33
“Ballarla gələcək qurulmur” – Ekspertdən ixtisas seçimi ilə bağlı sərt xəbərdarlıq03.08.2025 - 10:22
Qılıncoynatmanın canlı əfsanəsi Yaşar Məmmədovun 90 illik yubileyi qeyd olundu03.08.2025 - 10:15
"Tələbələr arasında zərərli vərdişlər artır – sağlamlığa təhlükə yaxınlaşır03.08.2025 - 10:00
Fotoqrafiyanın Bəşəri Gücü: Gənclərə sülh və insanlıq dərsi03.08.2025 - 09:52
Elçin Əfəndiyev vəfat etdi - FOTO03.08.2025 - 09:40
Qız uşağı utandırılmalı deyil, gücləndirilməlidir03.08.2025 - 09:00
Sosial şəbəkələrdə təhqir və şantajın uşaqlar və yeniyetmələrə psixoloji təsiri03.08.2025 - 08:43
Cinsi zorakılığa məruz qalan uşaqlarda görünməyən izlər03.08.2025 - 08:28
“Zəhərli pozitivlik” uşaqlarda daxili basqılara səbəb ola bilər03.08.2025 - 08:12
Uşaqların daxili dünyası sinif otağında necə qorunur?03.08.2025 - 08:00
DİN: "Azyaşlıya qarşı hüquqazidd hərəkət edən şəxs məsuliyyətə cəlb olundu"03.08.2025 - 07:46
“Yay Fest 2025” – Gənclərin Hüquqi Maarifləndirilməsi və Festivalı03.08.2025 - 07:35
Qrafik dizayner ixtisasına qəbul üçün müraciətlər davam edir03.08.2025 - 07:23
Dənizkənarı Bulvarda Kino Gecəsi Keçirildi03.08.2025 - 07:20
Məzun Gününə həsr olunmuş “GradFEST2025” festivalı başa çatıb03.08.2025 - 07:03
Azərbaycan Kinosu Günündə Nizami Kino Mərkəzində Yerli Filmlər03.08.2025 - 06:50
Bu gün 1000-ə yaxın namizədin dövlət qulluğu üzrə imtahan verməsi gözlənilir03.08.2025 - 06:49
Təhsilini ADAU-da al, təqaüdlə dəstəklən03.08.2025 - 06:37
2 Avqust: Azərbaycan Kinematoqrafiyasının Tarixi Günü və “Cənnət Yuxusu” filmi03.08.2025 - 06:35
Pedaqoji Universitet “Gələcəyin müəllimi” təqaüdünü elan edir03.08.2025 - 06:26
Kino Agentliyi 2025-ci il üçün Film Layihələri müsabiqəsini elan edib03.08.2025 - 06:15
Bu gün musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirəcək03.08.2025 - 06:07