Təhsil 365 - Logo Mobile

ABŞ-da süni intellekt təhsilinə tələb böyüyür, universitetlər imtina edir

10301.08.2025 - 15:37
ABŞ-da süni intellekt təhsilinə tələb böyüyür, universitetlər imtina edir

Yeni yayılan hesabat göstərir ki, süni intellekt sahəsində təhsil almaq istəyənlərin sayı sürətlə artmaqdadır, lakin bu tələbin çox az hissəsi ali təhsil müəssisələri tərəfindən qarşılanır.

"Tehsil365" İnside Higher Ed-un yaydığı məlumata istinadən xəbər verir ki, Validated Insights şirkətinin araşdırmasına əsasən, ABŞ-da təxminən 57 milyon insan süni intellektə əsaslanan bacarıqları öyrənmək istəyir, onlardan yalnız təxminən 8,7 milyonu hazırda bu sahədə təhsil alır. Bu tələbələrin üçdə ikisi özbaşına video, onlayn mətn və digər mənbələr vasitəsilə öyrənirsə, təxminən üçdə biri isə strukturlaşdırılmış proqramlarda iştirak edir. Lakin yalnız 7 min nəfər (cəmi 0,2%) ali təhsil müəssisələrinin kreditli proqramları vasitəsilə süni intellekt öyrənir.

Hesabatda qeyd edilir ki, ilk süni intellekt üzrə bakalavr proqramı 2018-ci ildə Carnegie Mellon Universitetində yaradılıb və son beş ildə universitetlərdə bu sahəyə maraq ildə 45% artıb. Təxminən universitetlərin 1%-i magistratura, 2,5%-i bakalavr və 3-5%-i isə sertifikat proqramları təklif edir.

Məsələn, New York ştatındakı Buffalo Universitetinin süni intellekt magistratura proqramına tələbə sayı 2020-dən 2024-ə qədər 5-dən 103-ə yüksəlib.

Validated Insights-in tədqiqat direktoru Brady Colby bildirir ki, süni intellekt üzrə təhsil və peşə hazırlığı sahəsində tələb çox böyükdür və bu bazar gələcəkdə sürətli inkişaf potensialına malikdir.

Eyni zamanda, təhsil texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər Coursera və Udemy kimi platformalarda təklif olunan süni intellekt kurslarına marağın artdığını göstərir. ChatGPT-nin istifadəyə verilməsindən 14 ay sonra bu kurslara yazılanların sayı 3,5 milyona çatıb.

Colby əlavə edir ki, ali məktəblərdə kreditli proqramlarda tələbələrin azlığı həm xəbərdarlıq, həm də fürsət kimi qiymətləndirilməlidir. Əgər universitetlər proqramlarını tələbə marağı ilə uzlaşdıra bilsələr, həm tələbələr, həm də məktəblər üçün böyük faydalar ola bilər.

Statista-nın proqnozuna görə, ABŞ-da süni intellektə dair təhsil bazarının dəyəri 2025-ci ildə 74 milyard dolları ötəcək.

Aydan İsayeva

Xəbər Lenti

Anar: “Ən yaxın dostumu itirdim, bu mənim üçün taleyin cəzasıdır”04.08.2025 - 11:10
Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi baş tutdu04.08.2025 - 10:50
Günay Əfəndiyeva: “Atam işıqlı insan idi, onun işığını hər zaman hiss edəcəyik”04.08.2025 - 10:30
İstedadlı şagirdlərin aşkar olunması və inkişafı: Məktəbin rolu və mövcud imkanlar04.08.2025 - 10:18
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib04.08.2025 - 10:16
"Fotoqrafiyanın bəşəri gücü” mövzusunda Reza Deqati ilə görüş keçirilib04.08.2025 - 10:02
Şagirdlər arasında diş sağlamlığı problemi getdikcə artır04.08.2025 - 10:00
Müvəffəqiyyətə can atmaq yaxşıdır, amma mükəmməllik təzyiqi uşaqların psixoloji sağlamlığını necə təhlükəyə atır?04.08.2025 - 09:53
NDU-nun Tibb fakültəsinin nümayəndə heyəti Qazi Universitetində təcrübə keçib04.08.2025 - 09:45
Uşaqların toxunma duyğusu zəifləyir – Bu, onların inkişafına necə təsir edir?04.08.2025 - 09:40
Əgər musiqiyə qulaq asmaq vərdişə çevrilibsə, eşitmə problemi qaçılmaz ola bilər04.08.2025 - 09:32
Yay aylarında uşaqların immun sistemi zəifləyir və bu, xəstəlik riskini artırır04.08.2025 - 09:25
Məktəb bufetlərində satılan qidaların təhlükəli tərəfi nələrdir?04.08.2025 - 09:13
Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirilib04.08.2025 - 09:01
“Yuxusuz gələcək olmaz” – Erkən dərs saatları uşaqların bioloji ritmini pozur!04.08.2025 - 09:00
Məktəblilərdə danışıq pozuntularının artması halları çoxalıb04.08.2025 - 08:55
Məktəblilərdə hərəkətsiz həyatın fəsadları04.08.2025 - 08:40
Məktəbəqədər və ümumi təhsillə bağlı suallarınız var? – Müraciət ünvanları04.08.2025 - 08:39
Abituriyentlərdə stressin sağlamlığa təsiri04.08.2025 - 08:29
Sənətkar ömrü: Ramiz Məlik – 82 il04.08.2025 - 08:15
İyulda BŞTİ-yə 13 541 müraciət daxil olub04.08.2025 - 08:12
Peşə təhsili almaq üçün müraciət edənlərin sayı 25000-i keçib04.08.2025 - 08:11
Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimi və dəfn tarixi açıqlanıb04.08.2025 - 08:00
"4Si Akademiyası - Milli Proqram" çərçivəsində 12 mindən çox beynəlxalq kurs ödənişsiz təqdim olunur04.08.2025 - 07:59
“Parla” təqaüd və inkişaf proqramı “Stevie Awards for Great Employers 2025” beynəlxalq mükafatında iki nominasiya üzrə qalib gəlib04.08.2025 - 07:57
“Kompüter elmləri” ixtisası üzrə tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı04.08.2025 - 07:45
“Fikir vaxtı”nda Günahın Ədəbi Portreti04.08.2025 - 07:40
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan təqaüdçülərin siyahısı müəyyən olunub04.08.2025 - 07:31
Qarabağ Universitetinin Klinikası daha bir vakansiya elan edib04.08.2025 - 07:28
“Coursera” platformasında bir sıra kurslar dilimizə dublyaj olunub04.08.2025 - 06:59
Azərbaycanın zəngin mədəni irsi Türkmənistanda təqdim olunacaq04.08.2025 - 06:55
Rəqəmsal məzmun idarəçiliyi ixtisasına qəbul üçün müraciətlər davam edir04.08.2025 - 06:48
ADAU-da oxu, təqaüd qazan04.08.2025 - 06:37
Azərbaycan Kinosu Gününə həsr olunmuş təntənəli gecə keçirilib04.08.2025 - 06:35
Pedaqoji Universitet “Gələcəyin müəllimi” təqaüdünü elan edir04.08.2025 - 06:26
Bitkiçilik mütəxəssisi ixtisası üçün qeydiyyat davam edir04.08.2025 - 06:11
Ali Məhkəmə katolik xeyriyyə təşkilatlarının dini əsaslarla dövlət vergilərinə etiraz etmək hüququnu dəstəklədi 04.08.2025 - 05:50
Psixoterapevtdən isti hava ilə bağlı xəbərdarlıq: Aqressiya və gərginlik artır04.08.2025 - 05:20
Alman məktəblərində fundamentalizmə qarşı İslam dini təhsilinə çağırışı04.08.2025 - 05:00
Səyyar Stomatoloji Xidmətlərlə Uşaqlar və Ahıllar Üçün Müayinələr Baş Tutdu04.08.2025 - 04:20
Almaniyada monastırlar və məbədlər tükənir04.08.2025 - 04:10
Yay aylarında məktəblilər üçün sağlamlıq və təhsil bir arada: “Yay Sağlamlıq-Təhsil Kampı”na start verilib04.08.2025 - 04:00
Avstraliyadakı olimpiadada Azərbaycanın nəticəsi ürəkaçan olmadı03.08.2025 - 19:42
DİM bu gün musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirəcək03.08.2025 - 19:15
Akvakultura - su hövzələrində həyat yetişdirmək sənəti03.08.2025 - 19:14
Dövlət universitetinin binası TƏMİR OLUNACAQ03.08.2025 - 19:05
Aqronomluq – torpaqla həyat arasında körpü quran ixtisas03.08.2025 - 18:53
ATMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib03.08.2025 - 18:45