Təhsil 365 - Logo Mobile

“İnklüziv təhsildə problem və həll yolu: Fərdi yanaşma” – Psixoloqun perspektivi

18401.08.2025 - 18:02
“İnklüziv təhsildə problem və həll yolu: Fərdi yanaşma” – Psixoloqun perspektivi

Çox zaman xüsusi ehtiyaclı uşaqların təhsili cəmiyyətin və sistemin qoyduğu “standart proqramlara” uyğunlaşdırılmağa çalışılır. Bəs fərdi yanaşmalar necə qurulmalıdır? Psixoloqlar bu sahədə hansı üsullara üstünlük verirlər? Valideynlər uşaqlarının ehtiyaclarını qəbul etməkdə niyə çətinlik çəkir? Mövzuyla bağlı “Tehsil365”in suallarını “An Psixoloji Dəstək və Reabilitasiya Mərkəzi” nin təsisçisi və rəhbəri — klinik psixoloq Nahidə Axundova cavablandırdı.

1. Xüsusi ehtiyaclı uşaqlar üçün təhsilin təşkilində sizə görə ən çox diqqətdən yayınan məqam hansıdır? Bu məqamın nəzərə alınmaması uşağın inkişafına necə təsir edir və siz bu problemi necə həll etməyə çalışırsınız?

“Hesab edirəm ki, bu sahədə ən çox diqqətdən yayınan məqam, uşağın fərdi potensialına uyğun inkişaf planının olmamasıdır. Çox zaman uşaqlar standart proqram çərçivəsinə salınır ki, bu da onların həm akademik, həm də sosial-emosional inkişafını ləngidir. Mərkəzimizdə biz hər bir uşaq üçün fərdi təhsil planı hazırlayırıq. Bu plan uşağın hazırkı bacarıqlarını, güclü tərəflərini və real inkişaf hədəflərini nəzərə alır. Uşaq öz inkişaf ritmində irəliləyir və bu da kiçik nailiyyətlər və davamlı motivasiya yaradır”.

2. Bu uşaqlarla işləyərkən onların diqqətini cəmləmək, emosional dünyalarına toxunmaq və öyrənməyə motivasiya etmək üçün hansı fərqli yanaşmalardan istifadə edirsiniz?

“Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləmək yalnız bilik öyrətmək deyil — bu, eyni zamanda emosional bağ yaratmaqdır. Biz məşğələlərdə sensor inteqrasiya oyunları, "for time" metodu və uşaqların marağına uyğun interaktiv fəaliyyətlərdən istifadə edirik. Məsələn, dərsə sevdiyi mahnı ilə başlamaq, rəngli kartlarla hekayə qurmaq və ya sevdiyi oyuncaqları dərs prosesinə daxil etmək kimi üsullar uşaqları öyrənməyə könüllü şəkildə cəlb edir”.

3. Onlarla işləyəndə ən çox nədən güc alırsınız – onların baxışından, irəliləyişindən, yoxsa...?

“Ən böyük gücü uşağın gözlərindəki o inam işığından alıram. İlk dəfə adını deməsi, qələmi tutması, dostuna əl uzatması — bunlar mənim üçün ölçüyəgəlməz motivasiyadır. Bu sahədə hər kiçik irəliləyiş illərlə işləməyə dəyər verir”.

4. Bəzən bir uşaqla illərlə işləyib böyük irəliləyişə nail olursunuz. Belə bir unudulmaz təcrübənizi paylaşa bilərsinizmi?

“Bəli, belə bir təcrübəm olub. Bir neçə il əvvəl danışmayan, ünsiyyətdən qaçan 4 yaşlı bir uşaqla işləməyə başladıq. Uzun müddət göz təması belə qurmurdu. Onun sevdiyi maşınlardan istifadə edərək oyunlar qurduq. Zamanla səs çıxarmağa başladı, sonra isə sözlər formalaşdı. Bir gün məşğələdə anasına baxıb “ana” dedi. Bu anı heç vaxt unuda bilmərəm. Bu, sevgi, səbr və inam gücünün ən gözəl sübutu idi”.

5. Bəzən valideynlər övladlarının xüsusi ehtiyaclarını qəbul etməkdə çətinlik çəkirlər. Bu, uşağın psixoloji inkişafına necə təsir edir və siz valideynlərlə işləyərkən bu problemi necə yönəldirsiniz?

“Valideynin qəbul prosesi uşağın inkişafında həlledici rol oynayır. Qəbul etmədikcə, valideynlər bəzən inkişaf gecikməsini "öz-özünə keçər" kimi qiymətləndirirlər. Bu isə erkən müdaxilə imkanlarını azaldır. Biz valideynlərlə açıq və empatik ünsiyyət qururuq, uşağın güclü tərəflərini vurğulayaraq inkişaf yolunu birlikdə planlaşdırırıq. Necə deyərlər: erkən qəbul – erkən inkişaf deməkdir”.

6. Hal-hazırda və ya keçmişdə xüsusi ehtiyacı olan uşaqlarla bağlı hansı layihələrdə iştirak etmisiniz?

“Çoxsaylı layihələrdə iştirak etmişik. Məsələn, mərkəzimizdə erkən müdaxilə proqramı, sensor inkişaf düşərgəsi və valideynlər üçün təlim sessiyaları təşkil etmişik. Həmçinin aztəminatlı ailələrin uşaqları üçün 3 aylıq pulsuz reabilitasiya proqramı keçirmişik. Bu layihələr təkcə uşaqların inkişafına deyil, eyni zamanda cəmiyyətin inklüzivliyinə də töhfə verir. İnşallah, gələcəkdə yeni layihələr həyata keçirməyi də planlaşdırırıq” - deyə psixoloq öz təcrübələrini bizimlə bölüşdü.


Fəridə Sadıqzadə

Xəbər Lenti

Azərbaycan cəmiyyətində mənəvi problemlər05.10.2025 - 20:00
Yaşıl rəngi sevənlərin psixoloji xüsusiyyətləri hansılardır05.10.2025 - 19:43
Təhsilinizi təkmilləşdirmək üçün ən yaxşı vərdişlər05.10.2025 - 19:32
Bakı bağçasında 3 yaşlı uşaq ağır xəsarət aldı — Valideyn: “Nə yardım göstərdilər, nə də təcili yardım çağırdılar”05.10.2025 - 19:21
281 saylı məktəbdə hadisə: Direktora pul yığır05.10.2025 - 19:10
Şair Nəriman Həsənzadənin yaradıcılığı nə ilə seçilir05.10.2025 - 18:59
Seth Godindən 7 uğur qaydasını təqdim edirik05.10.2025 - 18:48
Müəllim smartfon qadağasından sonra şagirdlərin sakitləşdiyini deyir05.10.2025 - 18:37
Sumqayıt şəhərində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub05.10.2025 - 18:36
“İgidlərin izi ilə” adlı qayaya dırmanma turniri keçirilib05.10.2025 - 18:27
Şamaxı Avropa Liseyinin müəllimi fəxri fərmanla təltif edilib05.10.2025 - 18:17
"Natiq kimi danış" təlimi keçirilib05.10.2025 - 18:07
Hacıqabulda “Məktəbli Kuboku”adlı intellektual yarış keçirilib05.10.2025 - 17:57
III MDB Oyunlarının iştirakçıları Şuşanın mədəni irsi ilə tanış olublar05.10.2025 - 17:47
Şamaxıda Beynəlxalq Barbekü Festivalı davam edir05.10.2025 - 17:25
Müəllimlər Günü münasibətilə ahıl müəllimlər ziyarət ediliblər05.10.2025 - 17:12
Qazaxıstanlı magistrlər ATU-da təcrübə proqramını tamamlayıblar05.10.2025 - 16:52
Azərbaycanın 3x3 basketbol yığmaları yarımfinala yüksəlib05.10.2025 - 16:48
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün test imtahanının I mərhələsi keçirilib05.10.2025 - 16:45
Yazıçı Rövşən Abdullaoğlu ilə imza saatı keçirilib05.10.2025 - 16:38
Naxçıvanda müəllimlər günü qeyd olunub05.10.2025 - 16:30
Respublika Uşaq Kitabxanası beynəlxalq sərgidə iştirak edib05.10.2025 - 16:25
Ağartı məhsulu yeyə bilməyənlər oxusun05.10.2025 - 16:20
Müəllimlərin sosial rifahını yaxşılaşdırmaq dövlətin əsas hədəflərindəndir05.10.2025 - 16:15
Bu nazirliyə kinoloji itlərlə bağlı yeni hüquq verildi05.10.2025 - 16:10
Niyə itlər bəzi insanları sevmir?05.10.2025 - 16:10
Zövq, yaddaş və duyğu: Musiqinin insan üzərində görünməz təsiri05.10.2025 - 16:05
Boksçumuz MDB Oyunlarında qızıl medal qazandı05.10.2025 - 16:00
Çay qaraciyər xərçəngi riskini azaldır - Alimlərdən ARAŞDIRMA05.10.2025 - 16:00
Gürcüstan DİN etirazçılara xəbərdarlıq edib05.10.2025 - 15:45
“NATO dağıla bilərdi” – Stoltenberq səbəbləri açıqlayıb05.10.2025 - 15:30
"Sabah" səfərdə "Karvan-Yevlax"a qalib gəlib05.10.2025 - 15:26
Cəbrayıl Şəhəri Günü münasibətilə təntənəli konsert proqramı keçirilib05.10.2025 - 15:15
Bakıda "Türkiyə–Azərbaycan Qardaşlığı: Anadoludan Bakıya" adlı sərgi açılıb05.10.2025 - 15:00
İdmançımız Səfdər Məmmədzadə 3-cü MDB Oyunlarında qızıl medal qazanıb 05.10.2025 - 14:53
Dünya ölkələrində çox faydalı orta təhsil sistemləri 05.10.2025 - 14:40
Fransada "EMİ" QASIRĞASI nəticəsində iki nəfər həyatını itirib 05.10.2025 - 14:32
Türkiyədə ZƏLZƏLƏ baş verib 05.10.2025 - 14:21
Məktəbəqədər təhsil uşaqların inkişafında vacibdir05.10.2025 - 14:18
Sabahın havası ürəkaçandır05.10.2025 - 14:09
Yazıçı İsmayıl Qarayevin 75 kitabının təqdimatı olub05.10.2025 - 14:00
Dini Azadlıq Komissiyasında "dövlət məktəblərində inanc azadlığı" müzakirə edildi05.10.2025 - 14:00
ABŞ-də Dini Azadlıq Komissiyası müəllim və məşqçilərin hüquqları ilə bağlı dinləmə keçirib05.10.2025 - 13:50
BSU-da “Təhsildə Yeni Çağırışlar” VI Beynəlxalq Forumu keçirilib05.10.2025 - 13:45
ABŞ-da G20 Dinlərarası Forumunun prezidenti ilə görüş keçirilib05.10.2025 - 13:37
DQİDK sədri ABŞ-də beynəlxalq simpoziumda iştirak edəcək05.10.2025 - 13:20
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün test imtahanının I mərhələsi keçirilib05.10.2025 - 13:15
Azərbaycan və Türkiyə kitabxanaları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub 05.10.2025 - 13:15