Azərbaycan Xalq Artisti Arif Babayevlə vida mərasimi 1 avqustda Beynəlxalq Muğam Mərkəzində keçirildi.
“Tehsil365” xəbər verir ki , Prezident İlham Əliyev, Birinci Vitse-Prezident Mehriban Əliyeva və dövlət rəsmiləri mərasimdə iştirak edib, mərhumun ruhuna hörmət əlaməti olaraq çələnglər düzülüb.
Mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilla Dadaşzadə, xalq artistləri Mansum İbrahimov və Vamig Məmmədəliyev böyük sənətkarın musiqi mədəniyyətimizdəki rolunu vurğuladılar.
Vida mərasiminə həmkarlar, sənət dostları, mədəniyyət və incəsənət xadimləri, millət vəkilləri və sənətsevərlər qatıldı.
Arif Babayevin cənazəsi Beynəlxalq Muğam Mərkəzindən Şərəfli Xiyabana aparılaraq dəfn olundu.
Allah rəhmət eləsin.