Təhsil 365 - Logo Mobile

Azərbaycanda “Ərəb dili ayı” çərçivəsindəki müsabiqələrdə iştirak etmək istəyən tələbələrin nəzərinə

6602.08.2025 - 06:35
Azərbaycanda “Ərəb dili ayı” çərçivəsindəki müsabiqələrdə iştirak etmək istəyən tələbələrin nəzərinə

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə avqust ayı Azərbaycanda “Ərəb dili ayı” kimi elan olunub. Bu münasibətlə ərəb dilinə maraq göstərənlər üçün bir sıra tədbir və müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

Bu barədə “Tehsil365”ə Bakı Dövlət Universitetindən məlumat verilib.

Ayın ilk iki həftəsində ərəb dili üzrə şeir, qiraət və inşa müsabiqələri təşkil ediləcək. Bu müsabiqələrdə Azərbaycanda ərəb dili öyrənən hər kəs iştirak edə bilər. Bu, yaradıcılıq, dil bacarıqları və təqdimat qabiliyyətini nümayiş etdirmək üçün mükəmməl bir fürsətdir.

Şeir müsabiqəsində iştirakçılar ərəb ədəbiyyatından seçilmiş şeiri maksimum 2 dəqiqədə səsləndirərək təqdim edəcəklər. Şerlər intonasiya və emosional təsir, tələffüz və dil səviyyəsi, təqdimat və səhnə mədəniyyəti meyarları üzrə qiymətləndiriləcək.

İştirakçılar təqdim olunacaq mövzular əsasında 250–300 söz arasında ərəb dilində inşa yazmalıdırlar. İnşalar dil qaydalarına riayət, məntiqi quruluş və məzmun, qiraət müsabiqəsi, fikirlərin ardıcıllığı və axıcılığı meyarları üzrə qiymətləndiriləcək.

Qiraət müsabiqəsi zamanı iştirakçılar ərəb dilində qısa, ibrətamiz və mənalı bir hekayəni səsləndirəcəklər. Müsabiqə qiraət bacarığı və dinləyici ilə əlaqə, hekayənin məzmunu və aktuallığı, əxlaqi və mənəvi mesaj meyarları üzrə qiymətləndiriləcək.

Şeir müsabiqəsi avqustun 12-də, qiraət və inşa müsabiqələri avqustun 13-də Bakı Avrasiya Universitetində keçiriləcək.

Qeydiyyat avqustun 9-dək davam edəcək.

Avqustun 18-də Bakı Dövlət Universitetində mükafatlandırma mərasimi təşkil olunacaq.

Qaliblər sertifikat və dəyərli hədiyyələrlə təltif olunacaqlar.

Müsabiqədə iştirak etmək üçün keçid vasitəsilə qeydiyyat forması doldurulmalıdır.

https://forms.gle/LQn5w1SnodLoLXGu7

Ramidə Əliyeva

Xəbər Lenti

Valideynlər övladlarına dost olmalıdırlarmı?05.08.2025 - 09:22
NDU Kembric Məktəbində Hazırlıq Proqramına qeydiyyat başlayıb05.08.2025 - 09:14
Davamlı yuxu rejimi olmayan uşaqlarda yaddaş zəifləyə bilər05.08.2025 - 09:13
NDU Bakıdakı ali təhsil sərgisində uğurla təmsil olunub05.08.2025 - 09:13
Masallının Qəzvinoba kəndində müasir məktəb binası tikilib05.08.2025 - 09:10
İki yerli animasiya filmi beynəlxalq festival yolunda05.08.2025 - 09:00
Yeniyetmələrin özünə güvən hissi ailə içində formalaşır05.08.2025 - 09:00
Şagirdlərin səhər qidalanması onların dərsə diqqətini və psixoloji durumunu müəyyən edir05.08.2025 - 08:50
Səs yazısı yayılan direktor işdən çıxarıldı05.08.2025 - 08:47
Bu universitetə yeni prorektor təyin edildi 05.08.2025 - 08:41
Sosial media istifadəsi məktəblilərin emosional inkişafını ləngidir05.08.2025 - 08:37
Energetik içkilər yeniyetmələrin sağlamlığını təhdid edir05.08.2025 - 08:29
Agentlik: Bir ildə 53 nəfər tanınma üçün saxta diplom təqdim edib05.08.2025 - 08:27
Cahid İmanlı: "Əksər universitetin praktika təcrübəsi sıfıra bərabərdir"05.08.2025 - 08:11
Seul Dövlət Universitetinin professoru ADU-da olub05.08.2025 - 08:01
Qabiliyyət imtahanlarında iştirak üçün 37 mindən çox abituriyent qeydiyyatdan keçib05.08.2025 - 07:57
Türkiyənin Milli Müdafiə Universitetində təhsil imkanları05.08.2025 - 07:45
Azərbaycan Hərbi Dəniz Qüvvələri: Tarixdən Müstəqilliyə Uzanan Yol05.08.2025 - 07:40
ADNSU-nun Tədris işləri üzrə yeni prorektoru təyin edilib05.08.2025 - 07:39
Peşə məktəblərində işləmək istəyənlərin nəzərinə 05.08.2025 - 07:37
AzTU əməkdaşları Türkiyənin Qəbzə Texniki Universitetində səfərdə olub05.08.2025 - 07:29
Fuad Xəlilov İçərişəhər Qoruğunun İdarə Heyətinə üzv təyin edildi05.08.2025 - 07:20
Azərbaycan Çinlə rəqəmsal iqtisadiyyat və yaşıl infrastruktur sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib05.08.2025 - 07:00
Qarabağ Universiteti və ABB-dən tələbələrə dəstək05.08.2025 - 06:50
Nazir Fərid Qayıbov beynəlxalq arenada fərqlənən idmançılarla görüşdü05.08.2025 - 06:40
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcək namizədlərin nəzərinə05.08.2025 - 06:39
ADAU və Ege Universiteti ilə beynəlxalq təhsil imkanı05.08.2025 - 06:32
Türkiyənin Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul elan edilir05.08.2025 - 06:29
Elçin Əfəndiyevlə vida mərasimi Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirildi05.08.2025 - 06:20
AzTU “Schneider Electric” şirkəti ilə əməkdaşlığı genişləndirir -FOTO 05.08.2025 - 06:19
BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!05.08.2025 - 06:11
BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq05.08.2025 - 06:04
Ateizmi dini təhsilə daxil etməyə çağırış05.08.2025 - 05:42
Su içmək vərdişinin olmaması tələbələrdə enerji azalmasına səbəb olur05.08.2025 - 05:20
Ramin Məmmədov: Dinlərarası dialoq və tolerantlıq dəyərlərinin təbliğində din xadimlərinin rolu böyükdür05.08.2025 - 05:15
Qayıb limiti Bolonya sisteminə uyğundurmu?05.08.2025 - 04:59
Azərbaycanda universitetlərdə dini dərslər məcburiləşdiriləcəkmi? — Rəsmi açıqlama nə deyir?05.08.2025 - 04:55
Günəş şüalarının uşaqların sağlamlığına təsiri05.08.2025 - 04:40
Uşaqların Sağlamlığına Təhlükə: Zərərli Qidaların Təsiri05.08.2025 - 04:30
Yeni təyin olunan kolleclərin direktorları kollektivlərə təqdim olundu04.08.2025 - 20:01
Ekoturizm və regional turizm - təbiətə dayanan sabit gələcək04.08.2025 - 20:00
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda 28 mükafata layiq görüldülər04.08.2025 - 19:56
ADAU-da oxu, təqaüd qazan!04.08.2025 - 19:53
ADAU və Ege Universiteti ilə beynəlxalq təhsil imkanı!04.08.2025 - 19:50
TKTA tərəfindən biliklərin qiymətləndirilməsi həyata keçirilib04.08.2025 - 19:40
İyul ayında 13 541 müraciət daxil olub04.08.2025 - 19:35
Parla” təqaüd və inkişaf proqramı “Stevie Awards for Great Employers 2025” beynəlxalq mükafatında iki nominasiya üzrə qalib gəlib04.08.2025 - 19:30
Rizvan Fikrətoğlu: “Onlayn təhsil əyani tədrisi tam əvəz edə bilməz”04.08.2025 - 19:23