Təhsil 365 - Logo Mobile

Ekspertdən rektora etiraz: "Universitet adı milli kimliyə dayanmalıdır, sovet mirasına yox!"

17002.08.2025 - 09:20
Ekspertdən rektora etiraz: "Universitet adı milli kimliyə dayanmalıdır, sovet mirasına yox!"

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) gələcəkdə “Azİİ” adı ilə tanıdılması ideyasına Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli münasibət bildirib. Ekspert bu təşəbbüsü tənqidi dəyərləndirib və bunun strateji baxımdan anlaşılmaz olduğunu qeyd edib.

Əmrah Həsənlinin fikrincə, bu yanaşma bir təhsil brendinin, bir akademik kimliyin formadan məzmuna deyil, əksinə məzmundan forma qaytarılması kimi görünür. Bu barədə, təhsil eksperti “Tehsil365”ə bildirib. O qeyd edib ki, universitetlər yalnız elm ocağı deyil, həm də milli kimliyin daşıyıcıları və strateji düşüncənin mərkəzləridir:

“Belə olduğu halda, universitet adlarının dəyişdirilməsi sıradan bir texniki məsələ kimi deyil, ideoloji və ictimai məsuliyyət çərçivəsində qiymətləndirilməlidir.”

Ekspert “Azİİ” adının təkrar istifadəsinin nə ali təhsil sisteminin çağdaş reallıqları ilə səsləşdiyini, nə də cəmiyyətin gözləntilərinə cavab verdiyini vurğulayıb:

“Abreviaturalar beynəlxalq təcrübədə yalnız o zaman uğurla işləyir ki, həmin ad arxasında yüzillik elmi məktəb, tanınan beynəlxalq mövqe və açıq kommunikasiya strategiyası dayansın. “Azİİ” isə nə bu gün üçün tanınan akademik brenddir, nə də müasir təhsil sisteminə inteqrasiya olunan ad formasıdır.”

Ən önəmli məqamlardan biri kimi təhsil eksperti qeyd edir ki, abbreviatura ictimaiyyətə açıqlama təqdim edilmədən təqdim olunur:

““Azİİ” nəyin qısaltmasıdır? Bu sualın cavabı verilmədikcə, ad da, ideya da qeyri-ciddi görünür.”

Əmrah Həsənli universitetin mövcud adının – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – bu ali məktəbin mahiyyətini dəqiq əks etdirdiyini vurğulayıb və belə bir brendi dəyişməyin strateji baxımdan yanlış olduğunu bildirib:

“Bu ad neft ölkəsi olan Azərbaycanın mühəndislik, texnologiya və sənaye üzrə ixtisaslaşmış bir elm ocağına sahib olduğunu birbaşa bəyan edir. Bu, qürurverici bir göstəricidir və onu azaltmaq, eybəcər səslənən və heç bir rəsmi təməli olmayan bir adla əvəzləmək sadəcə brend itkisidir”.

Sonda təhsil eksperti qeyd edir ki, əgər məqsəd yenilikdirsə, bu adla deyil, məzmunla və idarəetmə ilə həyata keçirilməlidir:

“Təhsildə dəyişiklik təkcə köhnəni xatırlamaqla deyil, yenini inşa etməklə baş verir. Bu isə keçmişə qayıdaraq deyil, gələcəyə baxaraq mümkündür”.

Rəşanə İsamqızı

Xəbər Lenti

BSU-da “Müstəqil Azərbaycanın memarı: Heydər Əliyev” mövzusunda görüş keçirilib20.10.2025 - 19:59
GDU-nun professor-müəllim heyəti üçün inklüziv təhsillə bağlı maarifləndirici təlim keçirilib20.10.2025 - 19:55
Abbasova Xədicə:"Uşaqlıq —insan ömrünün ən saf və qayğısız dövrüdür"20.10.2025 - 19:50
“İnsanın xarakteri və davranışı beynin prefrontal korteksində baş verən inkişafla formalaşır və bu proses 25 yaşa qədər tamamlanır”-psixoloqdan açıqlama20.10.2025 - 19:50
"Şəhidin səsi" verilişində Rüfət Əhmədzadənin xatirəsi anılıb20.10.2025 - 19:43
“Gələcəyin təhsili nəzəriyyədən çox praktik, analitik və interaktiv öyrənmə üzərində qurulmalıdır”-ekspertdən açıqlama20.10.2025 - 19:35
“Süni intellektdən düzgün istifadə olunmadıqda, o, şagirdin düşünmə qabiliyyətini inkişaf etdirmək əvəzinə, onu tənbəlliyə və asılılığa aparır”-ekspertdən açıqlama20.10.2025 - 19:30
“Qarabağ” İspaniyaya yola düşüb20.10.2025 - 19:25
“Mən düşünürəm ki, yeni texnologiyalar şagirdlərin düşünmə qabiliyyətini, təfəkkür çevikliyini və yaradıcılıq bacarığını artırır”-ekspertdən açıqlama20.10.2025 - 19:15
Agentlik rəsmisi: ''Müəllimlərin iqlim təhsili üzrə bacarıqlarını artırmağa diqqət yetiririk''20.10.2025 - 19:14
Aytac Abdullayeva: “İngilis dili sadəcə fənn deyil, həyat tərzidir və məncə, doğru yerdəyəm”20.10.2025 - 19:01
MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq20.10.2025 - 19:01
Nar şirəsinin faydaları bunlardır20.10.2025 - 19:00
Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsi davam edir20.10.2025 - 19:00
Bakıda “Yaşıl təhsil” mövzusunda regional konfransın ilk günü yekunlaşıb20.10.2025 - 18:59
Dövlət İmtahan Mərkəzində oktyabrın 22-də GRE imtahanı keçiriləcək20.10.2025 - 18:53
ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib20.10.2025 - 18:50
Dövlət İmtahan Mərkəzi kotirovka sorğusu elan edir20.10.2025 - 18:47
Ş.Mustafayev: ''Ortaq türk əlifbası dilimizi daha da gücləndirəcək''20.10.2025 - 18:45
Dövlət İmtahan Mərkəzində növbəti təlim keçirilib20.10.2025 - 18:38
NDU-da Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olunub20.10.2025 - 18:30
Azərbaycan dili və informatika fənləri üzrə ilk seminarlar keçirilib20.10.2025 - 18:25
11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb20.10.2025 - 18:22
BDU məzunu, Nobel Sülh mükafatçısı Bəxtiyar Siracov tələbələrlə görüşüb20.10.2025 - 18:20
“Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanları keçirilib20.10.2025 - 18:13
Küləkli hava ilə bağlı əhaliyə xəbərdarlıq20.10.2025 - 18:10
DİM-in şöbə müdiri Polşada beynəlxalq təlimdə iştirak edib20.10.2025 - 18:00
20 oktyabr-Energetiklər Günü 20.10.2025 - 18:00
BDU könüllüləri Mülki Məhkəmə Simulyasiyası keçiriblər20.10.2025 - 18:00
BDU könüllüləri Mülki Məhkəmə Simulyasiyası keçiriblər20.10.2025 - 18:00
Qazaxıstanın Nazarbayev Universitetinin professorları ADNSU-da təqdimatla çıxış ediblər20.10.2025 - 17:51
BDU-da “Karyerada ilk addım” adlı təlim20.10.2025 - 17:40
Emin Əmrullayev və Erol Özvar Türkiyə–Azərbaycan Universitetində tələbələrlə görüşüblər20.10.2025 - 17:36
BDU-nun kafedra müdirinin yeni dərs vəsaiti nəşr olunub20.10.2025 - 17:30
Xaricdə təhsil almağın üstünlükləri və çətinlikləri20.10.2025 - 17:28
“Müstəqil türk dövlətlərində dil siyasəti” – Monoqrafiya Qarabağ Universitetinin mühüm elmi nəticələrindəndir20.10.2025 - 17:20
Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının növbəti iclası keçirilib20.10.2025 - 17:12
Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (IJSO 2025) seçmə imtahanının II mərhələsi keçirilib20.10.2025 - 17:05
Ölmədən öncə oxumalı olduğunuz 5 kitab 20.10.2025 - 17:00
Məktəblilərimiz “Stars of Informatics” müsabiqəsində uğurla çıxış ediblər20.10.2025 - 16:56
ARTİ tərəfindən narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirici tədbir həyata keçirilib20.10.2025 - 16:48
BDU və “ARB 24”ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı yekunlaşıb20.10.2025 - 16:44
V Azərbaycan Astronomiya Olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib20.10.2025 - 16:42
"Bu dünyaya müəllim olmaq üçün gəlmişəm" - Könül Ağakişiyeva 20.10.2025 - 16:42
Fransız mətbəxinin ən yaxşı yeməyi üzrə Dünya Kubokunda azərbaycanlı aşpaz 2-ci yerə layiq görülüb20.10.2025 - 16:37
Psixoloq Mətanət Əliyeva: “ Əvvəllər insanlar fiziki yorğunluqdan şikayət edirdilərsə, indi zehni yorğunluqdan əziyyət çəkirlər”20.10.2025 - 16:21
Ortaq tarixi və mədəni köklərə malik olan Azərbaycan və Qazaxıstanı möhkəm qardaşlıq münasibətləri birləşdirir 20.10.2025 - 16:17
Azərbaycan ilə Belarus teatrları arasında qarşılıqlı inteqrasiya və müasir texnologiyaların tətbiqi müzakirə edilib20.10.2025 - 16:12