Təhsil 365 - Logo Mobile

AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib-FOTO

5903.08.2025 - 06:05
AHİK-də qalib futzal komandasının heyəti ilə görüş keçirilib-FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) bu günlərdə Avropa çempionatının qalibi olmuş Azərbaycan İdman Akademiyasının futzal komandası ilə görüş olub.

AHİK-dən “Tehsil365”ə bildirilib ki, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov idmançıları və onların məşqçilərini Avropa Universitetləri Futzal Çempionatda əzmkarlıq nümayiş etdirərək qızıl medal qazanmaları münasibətilə təbrik edib, onlara yeni qələbələr arzulayıb. Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasəti hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan idman və olimpiya hərəkatının inkişaf səviyyəsinə görə dünyanın aparıcı ölkələrindən biri hesab olunur. Konfederasiya sədri qazanılan uğurun ölkəmizdə idmana göstərilən dövlət qayğısının bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycan elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov komandanın uğurunda AHİK-in rolunu qeyd edib. Nazir müavini Akademiyanın futzal komandasının Xorvatiyada keçirilən çempionatda güclü rəqiblər üzərində qələbəsinin tarixi uğur olduğunu vurğulayıb.

Azərbaycan İdman Akademiyasının rektorunun müşaviri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov isə ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, bu sahənin inkişafı üçün yaradılan şəraitdən bəhs edib.

Komanda üzvləri görüşdə çempionat barədə təəssüratlarını bölüşüblər. Futzalçılar qarşıdakı yarışlarda da ölkəmizi layiqincə təmsil etmək və yeni uğurlar qazanmaq əzmində olduqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının futzal komandası Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında keçirilən Avropa Universitetləri Futzal Çempionatında bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. Komandamızın oyunçusu Ağaseyid Seyidov isə çempionatın ən yaxşı qapıçısı seçilib. Komandamızın Avropa çempionatında iştirakı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, eləcə də Azərbaycan İdman Akademiyasının və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Ramidə Əliyeva

Xəbər Lenti

Valideynlər övladlarına dost olmalıdırlarmı?05.08.2025 - 09:22
NDU Kembric Məktəbində Hazırlıq Proqramına qeydiyyat başlayıb05.08.2025 - 09:14
Davamlı yuxu rejimi olmayan uşaqlarda yaddaş zəifləyə bilər05.08.2025 - 09:13
NDU Bakıdakı ali təhsil sərgisində uğurla təmsil olunub05.08.2025 - 09:13
Masallının Qəzvinoba kəndində müasir məktəb binası tikilib05.08.2025 - 09:10
İki yerli animasiya filmi beynəlxalq festival yolunda05.08.2025 - 09:00
Yeniyetmələrin özünə güvən hissi ailə içində formalaşır05.08.2025 - 09:00
Şagirdlərin səhər qidalanması onların dərsə diqqətini və psixoloji durumunu müəyyən edir05.08.2025 - 08:50
Səs yazısı yayılan direktor işdən çıxarıldı05.08.2025 - 08:47
Bu universitetə yeni prorektor təyin edildi 05.08.2025 - 08:41
Sosial media istifadəsi məktəblilərin emosional inkişafını ləngidir05.08.2025 - 08:37
Energetik içkilər yeniyetmələrin sağlamlığını təhdid edir05.08.2025 - 08:29
Agentlik: Bir ildə 53 nəfər tanınma üçün saxta diplom təqdim edib05.08.2025 - 08:27
Cahid İmanlı: "Əksər universitetin praktika təcrübəsi sıfıra bərabərdir"05.08.2025 - 08:11
Seul Dövlət Universitetinin professoru ADU-da olub05.08.2025 - 08:01
Qabiliyyət imtahanlarında iştirak üçün 37 mindən çox abituriyent qeydiyyatdan keçib05.08.2025 - 07:57
Türkiyənin Milli Müdafiə Universitetində təhsil imkanları05.08.2025 - 07:45
Azərbaycan Hərbi Dəniz Qüvvələri: Tarixdən Müstəqilliyə Uzanan Yol05.08.2025 - 07:40
ADNSU-nun Tədris işləri üzrə yeni prorektoru təyin edilib05.08.2025 - 07:39
Peşə məktəblərində işləmək istəyənlərin nəzərinə 05.08.2025 - 07:37
AzTU əməkdaşları Türkiyənin Qəbzə Texniki Universitetində səfərdə olub05.08.2025 - 07:29
Fuad Xəlilov İçərişəhər Qoruğunun İdarə Heyətinə üzv təyin edildi05.08.2025 - 07:20
Azərbaycan Çinlə rəqəmsal iqtisadiyyat və yaşıl infrastruktur sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib05.08.2025 - 07:00
Qarabağ Universiteti və ABB-dən tələbələrə dəstək05.08.2025 - 06:50
Nazir Fərid Qayıbov beynəlxalq arenada fərqlənən idmançılarla görüşdü05.08.2025 - 06:40
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcək namizədlərin nəzərinə05.08.2025 - 06:39
ADAU və Ege Universiteti ilə beynəlxalq təhsil imkanı05.08.2025 - 06:32
Türkiyənin Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul elan edilir05.08.2025 - 06:29
Elçin Əfəndiyevlə vida mərasimi Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirildi05.08.2025 - 06:20
AzTU “Schneider Electric” şirkəti ilə əməkdaşlığı genişləndirir -FOTO 05.08.2025 - 06:19
BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!05.08.2025 - 06:11
BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq05.08.2025 - 06:04
Ateizmi dini təhsilə daxil etməyə çağırış05.08.2025 - 05:42
Su içmək vərdişinin olmaması tələbələrdə enerji azalmasına səbəb olur05.08.2025 - 05:20
Ramin Məmmədov: Dinlərarası dialoq və tolerantlıq dəyərlərinin təbliğində din xadimlərinin rolu böyükdür05.08.2025 - 05:15
Qayıb limiti Bolonya sisteminə uyğundurmu?05.08.2025 - 04:59
Azərbaycanda universitetlərdə dini dərslər məcburiləşdiriləcəkmi? — Rəsmi açıqlama nə deyir?05.08.2025 - 04:55
Günəş şüalarının uşaqların sağlamlığına təsiri05.08.2025 - 04:40
Uşaqların Sağlamlığına Təhlükə: Zərərli Qidaların Təsiri05.08.2025 - 04:30
Yeni təyin olunan kolleclərin direktorları kollektivlərə təqdim olundu04.08.2025 - 20:01
Ekoturizm və regional turizm - təbiətə dayanan sabit gələcək04.08.2025 - 20:00
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda 28 mükafata layiq görüldülər04.08.2025 - 19:56
ADAU-da oxu, təqaüd qazan!04.08.2025 - 19:53
ADAU və Ege Universiteti ilə beynəlxalq təhsil imkanı!04.08.2025 - 19:50
TKTA tərəfindən biliklərin qiymətləndirilməsi həyata keçirilib04.08.2025 - 19:40
İyul ayında 13 541 müraciət daxil olub04.08.2025 - 19:35
Parla” təqaüd və inkişaf proqramı “Stevie Awards for Great Employers 2025” beynəlxalq mükafatında iki nominasiya üzrə qalib gəlib04.08.2025 - 19:30
Rizvan Fikrətoğlu: “Onlayn təhsil əyani tədrisi tam əvəz edə bilməz”04.08.2025 - 19:23