“Tehsil365” Nazirlər Kabinetinin illik hesabatına istinadən xəbər verir ki, hazırda Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində 105 ölkədən 11 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır ki, bu da əvvəlki tədris ilindən 10 faiz çoxdur.
Qeyd edildiyi kimi, tələbələr əsasən Türkiyə, Pakistan, İran, Gürcüstan, Rusiya, Hindistan, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələrdəndir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə müəyyən edilmiş təhsil qrant proqramları çərçivəsində 2018-2020-ci illər ərzində İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində əcnəbi tələbələr yerli təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.
Bu təhsil qrant proqramları çərçivəsində 50-yə yaxın ölkədən 70-ə yaxın tələbə yerli ali təhsil müəssisələrində təhsilini davam etdirib.