Türkiyə Suriyada müəllimlərin peşəkar inkişafına dəstək vermək niyyətindədir. Ölkə Suriyada müəllimlərin təhsili, peşə bacarıqlarının artırılması və ixtisas müəllimliyindəki çatışmazlıqların aradan qaldırılması məqsədilə geniş müəllim hazırlıq proqramları təşkil edəcək. 61 il davam edən Baas rejiminin devrilməsindən sonra Suriyanın yenidən qurulması prosesində Türkiyə dəstəyini davam etdirir. Prezident Rəcəb Tayyib Ərdoğan 2024-cü ilin dekabrında keçirilən Nazirlər Kabineti toplantısında nazirliklərə Suriyada öz sahələrində fəaliyyət göstərmək üçün tapşırıq vermişdi. Bu çərçivədə dövlət qurumlarının yenidən işə düşməsi üçün hər bir nazirlik sahəsində dəstək göstərəcək.
"Tehsil365" TRT Haber-in verdiyi məlumata əsasən bildirir ki, 2025-ci ilin iyulunda Türkiyə Milli Təhsil Nazirliyinin nümayəndə heyəti Suriyada Suriya Təhsil Naziri Məhəmməd Əbdürrahman Türko ilə görüşərək “Təhsil Əməkdaşlığı Protokolu”nu imzaladı. Görüş zamanı Hələbin təhsil infrastrukturu müzakirə olunaraq, bəzi məktəblərin təmiri üçün Türkiyə tərəfinin dəstəyi razılaşdırıldı. Həmçinin Hələbdə açılması planlaşdırılan Türk Məktəbi üçün uyğun bina axtarışı aparılır.
İki ölkə arasında təhsil əlaqələrinin gücləndirilməsi və təhsil sənədlərinin qarşılıqlı tanınması məsələləri də müzakirə olundu. Bu əməkdaşlıq tələbələrin fasiləsiz təhsil almasını təmin etmək məqsədini daşıyır. Suriya təhsil proqramının yenilənməsi və tədris materiallarının hazırlanması üçün də dəstək veriləcək. Eyni zamanda Türkiyə və Suriya arasında təhsil sahəsində koordinasiyanı gücləndirmək üçün “Ortak Təhsil İşçi Qrupu” yaradılacaq. Bu qrup həm protokolun icrasını izləyəcək, həm də uzunmüddətli əməkdaşlıq sənədinin hazırlanmasına dəstək verəcək.
Türkiyə, Suriyalı müəllimlərin peşəkar inkişafı və ixtisas müəllimliyi çatışmazlığının aradan qaldırılması üçün Suriya Təhsil Nazirliyinin tələbi əsasında geniş müəllim hazırlığı proqramları həyata keçirəcək. Suriyada fəaliyyət göstərəcək Türk məktəblərində işləyəcək müəllim və idarəçilər ilə onların ailə üzvlərinin iş və yaşayış icazələri məsələlərində də asanlıq yaradılacaq. İki ölkə xüsusi təhsil, psixoloji məsləhət və psixososial müdaxilə sahələrində birgə layihələr həyata keçirəcək, mütəxəssis hazırlanması və tədris materiallarının hazırlanması istiqamətində əməkdaşlıq edəcək.