Təhsil 365 - Logo Mobile

“Yay Fest 2025” – Gənclərin Hüquqi Maarifləndirilməsi və Festivalı

8603.08.2025 - 07:35
“Yay Fest 2025” – Gənclərin Hüquqi Maarifləndirilməsi və Festivalı

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Yay Fest 2025”in sayca dördüncü düşərgəsi olan və 28 iyul-1 avqust tarixlərində baş tutan “Ədalət və Qanun” düşərgəsi ictimai fəallığı ilə seçilən 250 gənci bir araya gətirib.

“Tehsil365” xəbər verir ki, konstitusiya və hüquqi dəyərlərin təbliği, ictimai həmrəyliyin gücləndirilməsi və gənclərin vətəndaş cəmiyyətində fəal iştirakının stimullaşdırılması məqsədi daşıyan düşərgə dinamik və dolğun proqramla yadda qalıb.

Düşərgə müddətində iştirakçılar öz işinin peşəkarları tərəfindən “Ədliyyə sisteminə gənc baxış”, “Mənim karyeram və əmək münasibətləri”, “Hüquqi şüurun formalaşması: Gənclərin hüquq sistemində yeri və rolu”, “Ədalət duyğusu və psixoloji davranış: gənclərin daxili kompası”, “Kibertəhlükəsizlik üzrə mövcud roblemlər” və “Hüquqi müstəvidə könüllülük fəaliyyəti” kimi mövzularda keçirilən sessiyalarda iştirak edərək hüquqi düşüncə və rəqəmsal təhlükəsizlik barədə biliklər mənimsəyiblər. Eyni zamanda, təşkil edilən müxtəlif fəaliyyətlər – yoqa, kreativ master-klasslar, vörkşoplar, intellektual oyun, haykinq yürüşü və airsoft yarışı iştirakçıların həm əyləncəli, həm öyrədici zaman keçirməsinə şərait yaradıb. Axşam saatlarında təşkil edilən karaoke gecəsi, DJ performansları və tonqal ətrafındakı səmimi söhbətlər dostluq və komanda ruhunu daha da möhkəmləndirib. Bununla yanaşı, gənclər “Qarabağ FK – Shelbourne F.C.” futbol oyununu birgə izləyərək komandamıza dəstək nümayiş etdiriblər. Belə ki, 5 gün müddətində təşkil edilən “Ədalət və Qanun” düşərgəsi gənclər arasında hüquqi savadlılığın artırılmasına və cəmiyyətə daha məsuliyyətli vətəndaşların qazandırılmasına doğru atılmış addımlardan biri olub.

Qeyd edək ki, “Yay Fest 2025” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Avqustun 29-dək davam edəcək festival çərçivəsində ümumilikdə 2 mindən çox gəncin iştirakı ilə “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya” mövzularında mərhələli şəkildə 8 düşərgə keçiriləcək.

Gənclər http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak etmək üçün seçimlərə qatıla bilərlər. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək.

Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar olmaq üçün “Yay Fest”in Instagram (www.instagram.com/yayfest.az/) səhifəsini izləyə bilərsiniz.

Zəhra Əliyeva

Xəbər Lenti

05.08.2025 - 19:52
Əməkdaşımız Türkiyənin nüfuzlu media qurumlarında olub05.08.2025 - 19:44
Türkiyə-Azərbaycan Universitetinə ixtisas seçimi aparılacaq05.08.2025 - 19:35
Azərbaycanlı məktəblidən beynəlxalq uğur - Avropa Kubokunun bürünc medalçısı oldu!05.08.2025 - 19:28
"Maarifçi" tələbə-məzun proqramının III mərhələsinin iştirakçıları müəyyənləşdi05.08.2025 - 19:23
Təhsil İnstitutu əməkdaşı "2022–2028 Dövlət Proqramı" çərçivəsində təqaüd qazanıb05.08.2025 - 19:15
Şagird yerdəyişməsi prosesinə start verildi05.08.2025 - 19:13
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda parlaq nəticələr qazanıblar05.08.2025 - 19:06
Təhsil Tələbə Krediti Fondunda qəbul qaydaları açıqlanıb05.08.2025 - 19:03
Azərbaycan məktəbliləri beynəlxalq müsabiqələrdə uğurla iştirak ediblər05.08.2025 - 19:00
ADNSU doktorantının məqaləsi 4.0 impakt faktorlu beynəlxalq jurnalda dərc olunub05.08.2025 - 18:57
İdarə müdiri Zaqatalada bir sıra təhsil müəssisələrində olub05.08.2025 - 18:55
BDU-da iki yeni ixtisas05.08.2025 - 18:51
BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!05.08.2025 - 18:48
ADNSU-da “Enerji təhlükəsizliyi və transformasiyası” mövzusunda “Yay məktəbi” keçiriləcək05.08.2025 - 18:46
BMU-İNHA İDP çərçivəsində “Data analitikası” ixtisası üzrə 4 ilə 2 diplom05.08.2025 - 18:41
Peşə təhsili müəssisələrinə qəbul davam edir – son tarix 11 avqust05.08.2025 - 18:40
Məktəblərdə kompüter sayı artır05.08.2025 - 18:35
Dövlət proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil alacaq 356 azərbaycanlı gəncdən 60 nəfəri ADNSU-nun məzunudur05.08.2025 - 18:33
ADU məzunu magistratura təhsilini Londonda davam etdirəcək05.08.2025 - 18:30
BDU və Yerusəlim İbrani Universiteti arasında “Biotexnologiya” ixtisaslaşması üzrə ikili diplom proqramına dair infosessiya05.08.2025 - 18:26
ADA Universitetində ilk dəfə dövlət sifarişi ilə (pulsuz) təhsil üçün plan yerləri ayrılıb05.08.2025 - 18:25
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır05.08.2025 - 18:22
Valideynlər narazıdır: “Ev tapşırıqları uşaqları yükləyir”05.08.2025 - 18:18
Faktiki yaşayış rayonuna uyğun olaraq MİQ üzrə vakansiya seçiminin nəticələri açıqlanıb05.08.2025 - 18:10
Sumqayıt Dövlət Universitetində 131 fənn üzrə pedaqoji kadrların işə qəbulu elan edilib05.08.2025 - 18:10
Regionlarda inkişaf edən ixtisas: Şərabçılıq və üzümçülük05.08.2025 - 18:08
6 yaşlı uşaqlar məktəbə getməyə psixoloji baxımdan hazırdırmı?05.08.2025 - 17:47
Uşaqların məktəbə psixoloji hazırlığı: Valideynlər nəyə diqqət etməlidir?05.08.2025 - 17:42
Mingəçevirdə III Beynəlxalq Elmi Konfrans keçiriləcək05.08.2025 - 17:35
Universitet həyatına hazırlıq: Abituriyentin yol xəritəsi05.08.2025 - 17:28
Tarixin məşhur kitabları: Sevgi və müharibənin sətirlərdə izləri05.08.2025 - 15:56
“Rəqabət pik həddə çatır: Abituriyentlər ixtisas seçiminə ehtiyatla yanaşsın” – Təhsil ekspertindən xəbərdarlıq05.08.2025 - 15:50
Tələbə limitində yenilik: 2026-dan etibarən Avstraliya planlama səviyyəsini yüksəldir05.08.2025 - 15:48
Yazı haradan başladı? Qədim xalqların unudulmaz mirası05.08.2025 - 15:31
Tələbələrin köçürülməsi üzrə nəticələr məlum olub05.08.2025 - 15:30
Azyaşlıya əxlaqsız hərəkətlər etmiş Hacı Salmana - Hökm oxundu05.08.2025 - 15:28
Pandemiyadan sonra dəyişən təhsil vərdişləri: ABŞ-da dərsə davamiyyət problemi 05.08.2025 - 15:17
Gənc beyinlərdən həyat qurtaran ixtira – Avtonom xilasetmə simidi05.08.2025 - 15:07
Saxtalıq yoxsa, sərvət: Təsadüf böyük tapıntıya çevrildi05.08.2025 - 14:55
Hindistanın xarici ödəniş siyasətində tələbələr üçün mühüm islahat05.08.2025 - 14:47
Soyuq Müharibənin unudulmuş raket bazası müasir muzeyə çevrilib05.08.2025 - 14:36
Böyük Britaniyada maliyyə böhranı: Ali təhsil sektoru daha güclü şəkildə yenidən formalaşır05.08.2025 - 14:22
Keçid ballarına aldanmayın — Təhsil eksperti abituriyentlərə xəbərdarlıq edir05.08.2025 - 14:19
Şərqi Zəngəzur RTİ üzrə 44 məzun 650 baldan yuxarı nəticə göstərib05.08.2025 - 14:13
RFO-nun ikiqat Qızıl medalçısı Qarabağ Universitetinə sənəd verib05.08.2025 - 14:07
Elm adamları 5 milyard dəniz ulduzunun ölüm səbəbini müəyyən etdilər05.08.2025 - 14:06
Huawei tərəfindən Naxçıvanda peşəkar təlim keçirilib.05.08.2025 - 14:05