Sabirabad rayonunda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb.
Bu barədə “Tehsil365”ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin idarə rəisi müavini Zeyni Hüseynov məlumat verib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı hüquq-mühafizə orqanları tərəfindən dərhal tədbirlər görülüb.
Araşdırmalar nəticəsində məlum olub ki, görüntülərdəki şəxs Sabirabad rayonunun Qaratəpə kənd sakini, 64 yaşlı Mərdan Hüseynovdur. O, polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.