Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Baş Şirvan kollektorunun Şirvan şəhərindən keçən hissəsində iki nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə “Tehsil365”xəbər verir.
Məlumat əsasında Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Axtarış-xilasetmə tədbirləri nəticəsində hər iki şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sonradan məlum olub ki, boğulan şəxslərdən biri — Mirmövsüm Ağayev Azərbaycan Dövlət Dəniz Akademiyasının birinci kurs tələbəsi olub. Gənc kursant atasının da olduğu faciə zamanı həyatını itirib.
Hazırda faktla bağlı araşdırma aparılır.