Təhsil365 xəbər verir ki, Azərbaycan məktəbliləri ölkə tarixində Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) ən yüksək nəticəni əldə ediblər.
27 iyul – 3 avqust tarixlərində Boliviyanın paytaxtı Sukre şəhərində keçirilən 37-ci Beynəlxalq İnformatika Olimpiadasında məktəblilərimiz 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafata layiq görülüblər.
Bundan əlavə, iki şagirdimiz dünya məktəbliləri arasında ilk 100-lükdə yer alıb.
Olimpiada iştirakçılarını təbrik edir, onlara gələcəkdə daha böyük nailiyyətlər arzulayırıq!