Təhsil365 xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev 28 avqust tarixində İsmayıllı şəhərində İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlarla görüş keçirəcək.
Qəbulda iştirak etmək istəyən şəxslər 18 avqust tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146 – 2, 146 – 6) ilə əlaqə saxlaya, nazirliyin rəsmi saytının “Əlaqə” bölməsi (edu.gov.az) vasitəsilə və ya +99451206 78 48 nömrəsinə “WhatsApp” üzərindən müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeyd: Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.