Tehsil365 Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasına görə xəbər verir ki, yeni 2024-2025-ci tədris ili üzrə I sinfə 132 min 261 uşaq qəbul olunub. Bu, ötən ilin göstəriciləri ilə müqayisədə az qala 5 min nəfər azdır. Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2023-2024-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin I sinfinə 137 min 862 uşaq qəbul olmuşdu.
Statistika göstərir ki, ildən-ilə ölkədə şagirdlərin sayı azalır. 2022-2023-cü tədris ilində 151 min 560 uşaq I sinfə qəbul olunubsa, 2019-2020-ci tədris ilində bu rəqəm 159 min 644 nəfər təşkil etmişdi. Beləliklə, beş il ərzində I sinfə gedən məktəblilərin sayı 27 min azalıb.