İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U15 və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində Azərbaycan yığması böyük uğura imza atıb!
“Təhsil365” xəbər verir ki, Ümumilikdə 7 medal qazanan yığmamız komanda hesabında Avropanın ən güclü 3 ölkəsi sırasında yer alıb.
Bizim üçün xüsusi qürurverici hal isə Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Məmmədzadə Muhammədəli İsrafil oğlunun bu mötəbər yarışda 147 kiloqram çəki qaldıraraq Avropa ikincisi olmasıdır!
Muhammədəliyə, onun məşqçilərinə və ailəsinə dərin təşəkkürümüzü bildirir, gələcək yarışlarda daha böyük zirvələri fəth etməsini arzulayırıq!