Təhsil 365 - Logo Mobile

Bakı Dövlət Universiteti Elçin Əfəndiyevin vəfat ilə bağlı paylaşım edib

9003.08.2025 - 12:43
Bakı Dövlət Universiteti Elçin Əfəndiyevin vəfat ilə bağlı paylaşım edib

Bakı Dövlət Universiteti Elçin Əfəndiyevin vəfat ilə bağlı paylaşım edib.

“Tehsil365” xəbər verir ki, paylaşımda deyilir:

“Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı, BDU-nun Himayəçilər Şurasının üzvü və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, “İstiqlal” ordenli ictimai-siyasi xadim Elçin İlyas oğlu Əfəndiyev vəfat edib.

Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, dəyərlər və bədii ifadə vasitələri gətirib, ədəbi mühitin inkişafında müstəsna rol oynayıb.

Onun nəsr əsərləri, hekayə və povestləri onlarla xarici ölkədə tərcümə edilərək nəşr olunub, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynayıb. Elçin Əfəndiyev milli ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən ən tanınmış simalardan biri olub.

Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer alıb.

Elçin Əfəndiyev yalnız yazıçı kimi deyil, həm də ictimai-siyasi xadim kimi Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib. O, 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışaraq ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bununla yanaşı, 1980-ci illərin sonlarında “Vətən” cəmiyyətinin sədri kimi xaricdə yaşayan azərbaycanlıların birliyinin və tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsində, diaspor hərəkatının formalaşmasında əvəzsiz xidmətlər göstərib.

1998-ci ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olan Elçin Əfəndiyev 2019-cu ildən BDU-nun Himayəçilər Şurasının üzvü idi.

O, Azərbaycan ədəbiyyatında və mədəniyyətində müstəsna xidmətlərinə görə “İstiqlal” ordeni və digər yüksək dövlət mükafatları ilə təltif olunub.

BDU rəhbərliyi və kollektivi görkəmli yazıçı, ictimai-siyasi xadim, Universitetin Himayəçilər Şurasının üzvü Elçin Əfəndiyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Onun yaradıcılığı Azərbaycan xalqının yaddaşından silinməyəcək”.

Ramidə Əliyeva

Xəbər Lenti

NDU Kembric Məktəbində Hazırlıq Proqramına qeydiyyat başlayıb05.08.2025 - 09:14
NDU Bakıdakı ali təhsil sərgisində uğurla təmsil olunub05.08.2025 - 09:13
Davamlı yuxu rejimi olmayan uşaqlarda yaddaş zəifləyə bilər05.08.2025 - 09:13
Masallının Qəzvinoba kəndində müasir məktəb binası tikilib05.08.2025 - 09:10
İki yerli animasiya filmi beynəlxalq festival yolunda05.08.2025 - 09:00
Yeniyetmələrin özünə güvən hissi ailə içində formalaşır05.08.2025 - 09:00
Şagirdlərin səhər qidalanması onların dərsə diqqətini və psixoloji durumunu müəyyən edir05.08.2025 - 08:50
Səs yazısı yayılan direktor işdən çıxarıldı05.08.2025 - 08:47
Bu universitetə yeni prorektor təyin edildi 05.08.2025 - 08:41
Sosial media istifadəsi məktəblilərin emosional inkişafını ləngidir05.08.2025 - 08:37
Energetik içkilər yeniyetmələrin sağlamlığını təhdid edir05.08.2025 - 08:29
Agentlik: Bir ildə 53 nəfər tanınma üçün saxta diplom təqdim edib05.08.2025 - 08:27
Cahid İmanlı: "Əksər universitetin praktika təcrübəsi sıfıra bərabərdir"05.08.2025 - 08:11
Seul Dövlət Universitetinin professoru ADU-da olub05.08.2025 - 08:01
Qabiliyyət imtahanlarında iştirak üçün 37 mindən çox abituriyent qeydiyyatdan keçib05.08.2025 - 07:57
Türkiyənin Milli Müdafiə Universitetində təhsil imkanları05.08.2025 - 07:45
Azərbaycan Hərbi Dəniz Qüvvələri: Tarixdən Müstəqilliyə Uzanan Yol05.08.2025 - 07:40
ADNSU-nun Tədris işləri üzrə yeni prorektoru təyin edilib05.08.2025 - 07:39
Peşə məktəblərində işləmək istəyənlərin nəzərinə 05.08.2025 - 07:37
AzTU əməkdaşları Türkiyənin Qəbzə Texniki Universitetində səfərdə olub05.08.2025 - 07:29
Fuad Xəlilov İçərişəhər Qoruğunun İdarə Heyətinə üzv təyin edildi05.08.2025 - 07:20
Azərbaycan Çinlə rəqəmsal iqtisadiyyat və yaşıl infrastruktur sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib05.08.2025 - 07:00
Qarabağ Universiteti və ABB-dən tələbələrə dəstək05.08.2025 - 06:50
Nazir Fərid Qayıbov beynəlxalq arenada fərqlənən idmançılarla görüşdü05.08.2025 - 06:40
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edəcək namizədlərin nəzərinə05.08.2025 - 06:39
ADAU və Ege Universiteti ilə beynəlxalq təhsil imkanı05.08.2025 - 06:32
Türkiyənin Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul elan edilir05.08.2025 - 06:29
Elçin Əfəndiyevlə vida mərasimi Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirildi05.08.2025 - 06:20
AzTU “Schneider Electric” şirkəti ilə əməkdaşlığı genişləndirir -FOTO 05.08.2025 - 06:19
BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!05.08.2025 - 06:11
BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq05.08.2025 - 06:04
Ateizmi dini təhsilə daxil etməyə çağırış05.08.2025 - 05:42
Su içmək vərdişinin olmaması tələbələrdə enerji azalmasına səbəb olur05.08.2025 - 05:20
Ramin Məmmədov: Dinlərarası dialoq və tolerantlıq dəyərlərinin təbliğində din xadimlərinin rolu böyükdür05.08.2025 - 05:15
Qayıb limiti Bolonya sisteminə uyğundurmu?05.08.2025 - 04:59
Azərbaycanda universitetlərdə dini dərslər məcburiləşdiriləcəkmi? — Rəsmi açıqlama nə deyir?05.08.2025 - 04:55
Günəş şüalarının uşaqların sağlamlığına təsiri05.08.2025 - 04:40
Uşaqların Sağlamlığına Təhlükə: Zərərli Qidaların Təsiri05.08.2025 - 04:30
Yeni təyin olunan kolleclərin direktorları kollektivlərə təqdim olundu04.08.2025 - 20:01
Ekoturizm və regional turizm - təbiətə dayanan sabit gələcək04.08.2025 - 20:00
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda 28 mükafata layiq görüldülər04.08.2025 - 19:56
ADAU-da oxu, təqaüd qazan!04.08.2025 - 19:53
ADAU və Ege Universiteti ilə beynəlxalq təhsil imkanı!04.08.2025 - 19:50
TKTA tərəfindən biliklərin qiymətləndirilməsi həyata keçirilib04.08.2025 - 19:40
İyul ayında 13 541 müraciət daxil olub04.08.2025 - 19:35
Parla” təqaüd və inkişaf proqramı “Stevie Awards for Great Employers 2025” beynəlxalq mükafatında iki nominasiya üzrə qalib gəlib04.08.2025 - 19:30
Rizvan Fikrətoğlu: “Onlayn təhsil əyani tədrisi tam əvəz edə bilməz”04.08.2025 - 19:23
Türkiyənin Milli Müdafiə Universitetində təhsil imkanları04.08.2025 - 19:01