2025-ci il üzrə ali təhsil sahəsində müşahidə edilən yeni meyillər tələbələrin ixtisas seçimlərinə də təsir göstərib. Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı ilkin statistikaya əsasən, bu il ən çox seçilən ixtisaslar sırasında informasiya texnologiyaları, maliyyə, beynəlxalq münasibətlər və tibb sahələri liderlik edir.
“Tehsil365” xəbər verirki, mütəxəssislərin fikrincə, bu tendensiya əmək bazarının çağırışları, rəqəmsallaşma və beynəlxalq təhsil imkanları ilə birbaşa əlaqəlidir. Rəqəmsal bacarıqların önə çıxması, gəncləri proqramlaşdırma, süni intellekt və kibertəhlükəsizlik kimi sahələrə yönəldir.
Təhlillər göstərir ki, artıq abituriyentlər ixtisas seçimini yalnız "təhlükəsiz gəlir" baxımından deyil, şəxsi maraqları və uzunmüddətli planları nəzərə alaraq edirlər.
Qeyd edək ki, ali təhsil sistemindəki dəyişikliklər və yeni proqramlar barədə yaxın günlərdə əlavə məlumatların açıqlanması gözlənilir.