Təhsil 365 - Logo Mobile

İlham Əliyev: Elçin Əfəndiyevin xatirəsi daim yaşayacaq

8404.08.2025 - 11:50
İlham Əliyev: Elçin Əfəndiyevin xatirəsi daim yaşayacaq

Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

“Tehsil365”xəbər verir ki, mətndə deyilir:

"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir.

Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1965–1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin Əfəndiyev 1969–1975-ci illərdə orada işləmişdir. O, 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi, 1987–1993-cü illərdə isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyəti rəyasət heyətinin sədri olmuşdur. Elçin Əfəndiyev 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışmışdır.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan yazıçı Elçin Əfəndiyev bütün fəaliyyəti ərzində 60-cı illər nəslinin ənənələrinə sadiqlik nümayiş etdirmiş və milli bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. O, hələ ədəbi yaradıcılığa başladığı ilk vaxtlardan mənəvi axtarışlarla dolu əsərlərinin poetik gücü ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Realist psixoloji təhlilin dərinliyi və bədii-estetik ifadə vasitələrinin rəngarəngliyi ilə seçilən bu əsərlər Azərbaycan nəsrinin qiymətli nümunələridir.

Ədəbiyyatımızın yeni mərhələsinin formalaşmasının fəal iştirakçısı olan sənətkar uzaq və yaxın tarixi keçmişimizlə bağlı roman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təbliğini diqqət mərkəzində saxlamışdır. Elçinin ssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuşdur.

Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə və müasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəri yazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballı töhfələr vermişdir.

Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunmuş, müxtəlif teatr səhnələrində tamaşaya qoyularaq müəllifinə şöhrət qazandırmışdır. Onun mötəbər beynəlxalq konfranslarda çıxışları elmi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Elçin Əfəndiyev ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin dərinləşməsində xidmətləri onun azərbaycançılıq məfkurəsinə sədaqətinin bariz ifadəsidir. Elçin Əfəndiyev uzun illər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində təqdirəlayiq fəaliyyət göstərmişdir.

Elçin Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının ali dövlət mükafatları – “İstiqlal” (2003), “Şərəf” (2013), “Şöhrət” (2018) ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilmişdir.

Görkəmli yazıçı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Adil Kərimli

Polad Bülbüloğlu

İsa Həbibbəyli

Anar Rzayev

Nəriman Həsənzadə

Kamal Abdullayev

Çingiz Abdullayev

Hacı İsmayılov".


Zəhra Əliyeva

Xəbər Lenti

Naxçıvanda uşaqlar üçün “Nağıllar aləminə səyahət” adlı master-klass keçirilib07.08.2025 - 06:10
Kərbəlada sünni və şiə müsəlmanlar birgə vəhdət namazı qıldılar07.08.2025 - 05:55
Türkmənistanın iştirakı ilə Füzulidə yeni ibadətgah tikiləcək07.08.2025 - 05:35
Tələbə şəhərciklərində gigiyena problemləri: Sağlamlıq təhlükəsi yaxınlaşır07.08.2025 - 05:30
Tələbələrdə özbaşına dərman qəbulu artmaqdadır07.08.2025 - 05:20
Din Araşdırmaları Jurnalı növbəti say üçün məqalə qəbuluna start verib07.08.2025 - 05:15
Tural İrfan QMİ-ni dəbdəbəli yas mərasimlərini dəstəkləməkdə ittiham etdi07.08.2025 - 04:55
Ramin Məmmədov Hacıqabulda dini vəziyyətlə tanış olub07.08.2025 - 04:35
Baku TV-də “Ağsaqqallıq anlayışı”nın elmi və dini aspektləri işıqlandırılacaq07.08.2025 - 04:15
Lənkəran-Astara regionunda Gənclər Günü münasibətilə üzgüçülük turniri keçiriləcək06.08.2025 - 19:58
İyul ayı ərzində tanınma üzrə müraciətlərin statistikası06.08.2025 - 19:56
Növbəti tədris ilində Qarabağ Universitetində rus və ingilis bölmələrinə qəbul aparılmayacaq06.08.2025 - 19:40
Subbakalavrlar üçün sevindirici xəbər!06.08.2025 - 19:34
Qarabağ Universitetinin aliminin “Müstəqil Türk Dövlətlərində Dil Siyasəti” adlı monoqrafiyası çap olunub06.08.2025 - 19:18
BMU-ya qəbulda mühüm dəyişikliklər: yeni ixtisaslar və ikili diplom proqramları06.08.2025 - 19:03
Şəki şəhər 6 nömrəli tam orta məktəbdə X sinfə şagird qəbulu başladı!06.08.2025 - 19:02
ADAU-da Dövlət İmtahan Mərkəzinin “Abituriyent Məsləhət Mərkəzi” fəaliyyət göstərir06.08.2025 - 18:58
Dövlət Proqramının qalibi olaraq magistr təhsilini Türkiyədə davam etdirəcək!06.08.2025 - 18:51
ADNSU-da bakalavriat səviyyəsində 17 ixtisas üzrə təkrar ali təhsil həyata keçirilir06.08.2025 - 18:51
Nümunəvi uğur: Politologiya məzunu dünyanın nüfuzlu universitetində təhsil alacaq!06.08.2025 - 18:43
Abituriyentlər AzTU-nun kampusu ilə tanış olub06.08.2025 - 18:42
Məktəbəqədər təhsil məcburi olsa, bu valideynlərə yükə çevrilə bilərmi?06.08.2025 - 18:40
BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri davam edir06.08.2025 - 18:37
Region gəncləri üçün gələcək vəd edən ixtisas: Zoomühəndislik06.08.2025 - 18:33
Müəllimlərin işə qəbulu üzrə ümumi vakansiya seçiminə start verildi06.08.2025 - 18:30
TTKF əməkdaşları ADA Universitetində keçirilən “Açıq qapı” günlərində iştirak ediblər06.08.2025 - 18:23
Peşəkar mühasib sertifikatı imtahanında (II mərhələ) iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər06.08.2025 - 18:17
Regionlarda dövlət qulluqçuları üçün növbəti təlimlər keçirilir06.08.2025 - 18:12
Qarabağ Universitetində 2025/2026 tədris ili üçün tələbə qəbulu barədə RƏSMİ MƏLUMAT06.08.2025 - 18:11
Lisey və gimnaziyalara qəbul üçün seçim prosesi avqustun 13-dək aktivdir06.08.2025 - 18:07
ADA Universiteti regionlarda təhsilin inkişafına dəstək verməyə davam edir06.08.2025 - 17:54
Qadın Ekspertlərin İctimai Sahələrdə Təmsilçiliyi: Səbəblər və Həll Yolları06.08.2025 - 17:49
Gürcüstandan gəlmiş turistlər Lerik Rayon Heydər Əliyev Mərkəzində06.08.2025 - 17:48
Gəncə və Göygöldə yeni liseylər fəaliyyətə başlayır06.08.2025 - 17:32
Regionlarda gənclərin gücü: Könüllülük hərəkatı06.08.2025 - 17:20
Hicab və məktəb forması: Qanun nə deyir? 06.08.2025 - 16:56
İşğaldan azad edilmiş ərazilərdə yay məktəbi təşkil olunur06.08.2025 - 16:51
Məktəbəqədər təhsil almayan uşaqlar dərsdə geri planda qalır – pedaqoq06.08.2025 - 16:31
Məktəbəqədər təhsil uşağın psixoloji inkişafına necə təsir edir?06.08.2025 - 16:20
Təhsildə balans axtarışı: Şotlandiya maliyyə çatışmazlığını necə həll edəcək?06.08.2025 - 15:56
“Çar Rusiyası - xalqlar həbsxanası” adlı xəritə üzə çıxdı - Moskvada çap olunub06.08.2025 - 15:41
Dünyanın ən qəribə və ənənəvi bayramları06.08.2025 - 15:39
107 nəfərin diplomu tanınmayıb06.08.2025 - 15:35
“Boşanan gəlir psixoloq olur, cəmiyyəti ‘müalicə edir’'– ekspertdən sərt etiraz06.08.2025 - 15:32
Süleyman Nəcəfovun Anadan Olmasının 77-ci İli – Səhnəmizin Unudulmaz Aktyoru06.08.2025 - 15:30
Avstraliyada müəllimlərin maaş tələbi: Queenslandda böyük etiraz aksiyası06.08.2025 - 15:24
Təhsilin gələcəyi sosial bərabərlikdən keçir06.08.2025 - 15:20
Dünyada plastik istehsalı sürətlə artarkən, həll yolları nədir?06.08.2025 - 15:13