Təhsil 365 - Logo Mobile

Məktəbdə psixoloji xidmətin əhəmiyyəti: Valideynlərin rolu və təsiri

12204.08.2025 - 14:43
Məktəbdə psixoloji xidmətin əhəmiyyəti: Valideynlərin rolu və təsiri

Məktəblər yalnız bilik verilən məkan deyil, eyni zamanda uşaqların sosiallaşdığı və şəxsiyyət kimi formalaşdığı mühümdür. Bu prosesin sağlam şəkildə gerçəkləşməsi üçün isə təkcə müəllimlər deyil, psixoloji dəstək xidmətləri də vacib rol oynayır.

Məktəblərdə psixoloji xidmətlərin mövcudluğu tədrisə və şagirdlərin rifahına necə təsir edir və valideynlərin bu prosesə münasibəti, rolu nə dərəcədə əhəmiyyətlidir?

Təhsil eksperti Kamran Əsədov “Tehsil365”ə açıqlamasında bildirib ki, abituriyentlərin ixtisas seçimi mərhələsi onların həyatında həlledici rola malikdir və bu mərhələdə verilən qərarlar gələcək karyera, iqtisadi sabitlik, şəxsi inkişaf və peşə məmnuniyyətinə birbaşa təsir göstərir:

“ Təəssüf ki, Azərbaycanda bu seçim çox zaman emosional qərarlarla, sosial stereotiplərlə və ya qeyri-real gözləntilərlə müşayiət olunur.

Buna səbəb isə sistemli maarifləndirmə işlərinin aparılmaması, ixtisaslar üzrə əmək bazarının real tələblərinin cəmiyyətə çatdırılmaması və məktəblərdə peşə istiqamətlənməsi mexanizmlərinin zəif olmasıdır. İxtisas seçimi yalnız bal əsasında və ya universitetin ad-sanına əsaslanaraq edilməməlidir. Bu mərhələdə nəzərə alınmalı bir sıra strateji və praktiki faktorlar mövcuddur.

İlk növbədə abituriyent öz maraqlarını, meyllərini və qabiliyyətlərini düzgün dəyərləndirməlidir. “Təhsil haqqında” Qanunun 5.1.2-ci maddəsində qeyd olunur ki, hər kəsin “öz maraqlarına və qabiliyyətlərinə uyğun olaraq təhsil almaq hüququ var.” Bu o deməkdir ki, abituriyentlər yalnız yüksək bal və ya cəmiyyətin prestijli hesab etdiyi ixtisaslara görə seçim etməməlidirlər.

Şəxsi maraq və uyğunluq peşə həyatında uzunmüddətli məmnuniyyətin və uğurun əsas təminatçısıdır. Məsələn, texniki yönümlü bir ixtisası seçən, lakin humanitar sahəyə meylli olan bir gənc universiteti vaxtsız tərk edə və ya peşəsindən narazı qala bilər. Bu, ölkədə son illər müşahidə olunan “karyera uyğunluğu olmayan məzunlar” problemini daha da dərinləşdirir”.

Ekspert qeyd edib ki, digər vacib məqam əmək bazarının tələblərinin və ixtisasın gələcək perspektivlərinin təhlilidir:

“ Dövlət Statistika Komitəsinin 2024-cü ilə dair hesabatında qeyd olunur ki, ölkədə ali təhsilli işsizlərin 23%-i sosial-humanitar ixtisaslar üzrə təhsil almış şəxslərdir. Bu isə deməyə əsas verir ki, tələbə ixtisas seçərkən təkcə universitetə qəbul olunma ehtimalını deyil, həm də həmin sahədə iş tapma imkanlarını və əməkhaqqı perspektivlərini nəzərə almalıdır. Məsələn, informasiya texnologiyaları, süni intellekt, tibb və kənd təsərrüfatı mühəndisliyi kimi sahələr hazırda həm yerli, həm də beynəlxalq bazarda yüksək tələbat görür.

Abituriyentlər seçdikləri ixtisasın təhsil müddətinə, təhsil formasına (əyani/qiyabi), təhsil dilinə və təhsil haqqına da diqqət yetirməlidirlər. Məsələn, bəzi universitetlərdə eyni ixtisas həm Azərbaycan, həm də ingilis dilində tədris olunur. Lakin ingilis dilli proqramlar üçün tələb olunan minimal bal daha yüksək olur və təhsil haqqı da baha olur. Bundan əlavə, həmin proqramlarda tədris keyfiyyəti, beynəlxalq təcrübə imkanları və təhsil müddətində təcrübə proqramlarının mövcudluğu da fərqlənir. Bu detalları araşdırmadan edilən seçimlər gələcəkdə təəssüf doğura bilər.

Valideynlərin rolu və müdaxiləsi də ciddi diqqət tələb edən məsələdir. Çox zaman abituriyentlər ailə təzyiqi ilə onların maraq göstərmədiyi, lakin ailənin “təhlükəsiz” hesab etdiyi ixtisasları seçirlər. Bu isə sonradan təhsildən soyuma, depressiya, hətta universiteti yarımçıq tərk etmə ilə nəticələnir”.

Kamran Əsədov bildirib ki, Elm və Təhsil Nazirliyi bu problemə qarşı məktəblərdə peşə yönümlü təlimatların verilməsini və valideynlərlə fərdi məsləhətləşmələri təşviq etməlidir:

“Lakin bu istiqamətdə heç bir ardıcıl siyasət və sistemli proqram həyata keçirilmir. Nazirliyin bu məsələdə passivliyi abituriyentlərin kütləvi şəkildə səhv seçim etməsinə və dövlətin təhsil resurslarının səmərəsiz istifadəsinə səbəb olur.

Bununla yanaşı, ixtisas seçimi zamanı universitetlərin tədris proqramları, beynəlxalq akkreditasiyaları, ikili diplom proqramları, tələbə mübadilə imkanları və məzunların məşğulluq statistikası da nəzərə alınmalıdır. Məsələn, ADA Universiteti, Bakı Ali Neft Məktəbi və UNEC kimi ali məktəblər bir sıra beynəlxalq tərəfdaşlıq və təcrübə imkanları təqdim edir. Eyni zamanda, bəzi universitetlərdə reytinqə görə yüksək bal tələb olunsa da, məzunlarının iş tapma faizi aşağıdır. Bu da göstərir ki, yalnız universitetin adı uğurlu gələcəyin zəmanəti deyil; tədrisin məzmunu və təcrübə imkanları daha vacibdir.

Dövlət İmtahan Mərkəzi isə bu mərhələdə mühüm rola malikdir və ixtisas seçimi prosesində kifayət qədər strukturlaşdırılmış, funksional və informativ elektron platforma təqdim edir. “Abituriyent” jurnalının buraxılışları, ballar üzrə təhlil cədvəlləri, əvvəlki illərin keçid balları və abituriyentlərin bal-arzu uyğunluğu statistikası abituriyentlərə real və obyektiv qərar vermək üçün əlverişli əsaslar yaradır. DİM-in bu sahədə fəaliyyətini təqdir etmək lazımdır, çünki bu qurum istinad edilə bilən yeganə texniki və analitik məlumat mənbəyidir”.

Son olaraq ekspert qeyd edib ki, nəticə olaraq, ixtisas seçimi mərhələsində abituriyentlər çoxşaxəli düşünməli, yalnız emosional və subyektiv səbəblərlə deyil, peşə yönümlü, iqtisadi əsaslı və perspektivli yanaşmalarla qərar verməlidirlər:

“Elm və Təhsil Nazirliyi isə bu mərhələdə informasiya boşluqlarını doldurmalı, peşə istiqamətlənməsi üzrə məktəblərdə məsləhət sistemləri qurmalı, əmək bazarının real tələbləri ilə təhsil sistemini uzlaşdırmalı və valideynləri maarifləndirməlidir. Əks halda, hər il minlərlə gənc yanlış ixtisas seçimi nəticəsində ya işsiz qalacaq, ya da diplomlu işsizlər ordusuna qoşulacaq. Seçim yalnız qəbul olunmaq üçün deyil, gələcək uğurun başlanğıcı kimi edilməlidir”.


Türkan Kərimli

Xəbər Lenti

Xankəndi, Ağdərə və Xocalıda bərpa-quruculuq işləri sürətlə davam edir07.08.2025 - 07:30
Azərbaycanın aparıcı film festivalı direktorları Kino Agentliyində görüşüblər07.08.2025 - 07:10
Musiqişünas professor Aida Tağızadə dünyasını dəyişdi07.08.2025 - 06:50
Əməkdar Müəllim Səidə Behbudova vəfat edib07.08.2025 - 06:30
Naxçıvanda uşaqlar üçün “Nağıllar aləminə səyahət” adlı master-klass keçirilib07.08.2025 - 06:10
Kərbəlada sünni və şiə müsəlmanlar birgə vəhdət namazı qıldılar07.08.2025 - 05:55
Türkmənistanın iştirakı ilə Füzulidə yeni ibadətgah tikiləcək07.08.2025 - 05:35
Tələbə şəhərciklərində gigiyena problemləri: Sağlamlıq təhlükəsi yaxınlaşır07.08.2025 - 05:30
Tələbələrdə özbaşına dərman qəbulu artmaqdadır07.08.2025 - 05:20
Din Araşdırmaları Jurnalı növbəti say üçün məqalə qəbuluna start verib07.08.2025 - 05:15
Tural İrfan QMİ-ni dəbdəbəli yas mərasimlərini dəstəkləməkdə ittiham etdi07.08.2025 - 04:55
Ramin Məmmədov Hacıqabulda dini vəziyyətlə tanış olub07.08.2025 - 04:35
Baku TV-də “Ağsaqqallıq anlayışı”nın elmi və dini aspektləri işıqlandırılacaq07.08.2025 - 04:15
Lənkəran-Astara regionunda Gənclər Günü münasibətilə üzgüçülük turniri keçiriləcək06.08.2025 - 19:58
İyul ayı ərzində tanınma üzrə müraciətlərin statistikası06.08.2025 - 19:56
Növbəti tədris ilində Qarabağ Universitetində rus və ingilis bölmələrinə qəbul aparılmayacaq06.08.2025 - 19:40
Subbakalavrlar üçün sevindirici xəbər!06.08.2025 - 19:34
Qarabağ Universitetinin aliminin “Müstəqil Türk Dövlətlərində Dil Siyasəti” adlı monoqrafiyası çap olunub06.08.2025 - 19:18
BMU-ya qəbulda mühüm dəyişikliklər: yeni ixtisaslar və ikili diplom proqramları06.08.2025 - 19:03
Şəki şəhər 6 nömrəli tam orta məktəbdə X sinfə şagird qəbulu başladı!06.08.2025 - 19:02
ADAU-da Dövlət İmtahan Mərkəzinin “Abituriyent Məsləhət Mərkəzi” fəaliyyət göstərir06.08.2025 - 18:58
Dövlət Proqramının qalibi olaraq magistr təhsilini Türkiyədə davam etdirəcək!06.08.2025 - 18:51
ADNSU-da bakalavriat səviyyəsində 17 ixtisas üzrə təkrar ali təhsil həyata keçirilir06.08.2025 - 18:51
Nümunəvi uğur: Politologiya məzunu dünyanın nüfuzlu universitetində təhsil alacaq!06.08.2025 - 18:43
Abituriyentlər AzTU-nun kampusu ilə tanış olub06.08.2025 - 18:42
Məktəbəqədər təhsil məcburi olsa, bu valideynlərə yükə çevrilə bilərmi?06.08.2025 - 18:40
BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri davam edir06.08.2025 - 18:37
Region gəncləri üçün gələcək vəd edən ixtisas: Zoomühəndislik06.08.2025 - 18:33
Müəllimlərin işə qəbulu üzrə ümumi vakansiya seçiminə start verildi06.08.2025 - 18:30
TTKF əməkdaşları ADA Universitetində keçirilən “Açıq qapı” günlərində iştirak ediblər06.08.2025 - 18:23
Peşəkar mühasib sertifikatı imtahanında (II mərhələ) iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər06.08.2025 - 18:17
Regionlarda dövlət qulluqçuları üçün növbəti təlimlər keçirilir06.08.2025 - 18:12
Qarabağ Universitetində 2025/2026 tədris ili üçün tələbə qəbulu barədə RƏSMİ MƏLUMAT06.08.2025 - 18:11
Lisey və gimnaziyalara qəbul üçün seçim prosesi avqustun 13-dək aktivdir06.08.2025 - 18:07
ADA Universiteti regionlarda təhsilin inkişafına dəstək verməyə davam edir06.08.2025 - 17:54
Qadın Ekspertlərin İctimai Sahələrdə Təmsilçiliyi: Səbəblər və Həll Yolları06.08.2025 - 17:49
Gürcüstandan gəlmiş turistlər Lerik Rayon Heydər Əliyev Mərkəzində06.08.2025 - 17:48
Gəncə və Göygöldə yeni liseylər fəaliyyətə başlayır06.08.2025 - 17:32
Regionlarda gənclərin gücü: Könüllülük hərəkatı06.08.2025 - 17:20
Hicab və məktəb forması: Qanun nə deyir? 06.08.2025 - 16:56
İşğaldan azad edilmiş ərazilərdə yay məktəbi təşkil olunur06.08.2025 - 16:51
Məktəbəqədər təhsil almayan uşaqlar dərsdə geri planda qalır – pedaqoq06.08.2025 - 16:31
Məktəbəqədər təhsil uşağın psixoloji inkişafına necə təsir edir?06.08.2025 - 16:20
Təhsildə balans axtarışı: Şotlandiya maliyyə çatışmazlığını necə həll edəcək?06.08.2025 - 15:56
“Çar Rusiyası - xalqlar həbsxanası” adlı xəritə üzə çıxdı - Moskvada çap olunub06.08.2025 - 15:41
Dünyanın ən qəribə və ənənəvi bayramları06.08.2025 - 15:39
107 nəfərin diplomu tanınmayıb06.08.2025 - 15:35
“Boşanan gəlir psixoloq olur, cəmiyyəti ‘müalicə edir’'– ekspertdən sərt etiraz06.08.2025 - 15:32