Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib
“Təhsil365” xəbər verir ki, avqust ayının 4-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib. İdarənin inzibati binasında keçirilən müsahibəyə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, topladığı bala görə müraciət edənlər arasında ən yüksək bal toplamış namizədlər dəvət olunub.
Müsahibə zamanı namizədlərin peşəkar keyfiyyətləri — məktəbəqədər təhsillə bağlı qanunvericilik biliyi, məşğələnin təşkili metodikası, ümumi dünyagörüşü və psixoloji hazırlığı komissiya üzvləri tərəfindən qiymətləndirilib.
Həmçinin bildiririk ki, növbəti günlərdə də müsahibələrin keçirilməsi davam edəcək.
Müsahibənin nəticələri barədə namizədlərə əlavə məlumat veriləcək.