Ötən günlərdə KİV-də Ucar rayonu Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ hallarla bağlı yayılan səs yazısı ictimai narahatlıq doğurub.
“Təhsil365”in “Oxu.Az”a istinadən verdiyi məlumata görə, məsələ Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən araşdırılıb. Nəticədə, fəaliyyətində ciddi nöqsanlara yol verdiyi müəyyən edilən bağçanın müdiri səlahiyyətlərini müvəqqəti icra edən və eyni zamanda Yuxarı Şilyan kənd tam orta məktəbinin direktoru olan Emin Orucov tutduğu vəzifədən azad edilib.
Qurumdan bildirilib ki, təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması, etik davranış qaydalarına riayət olunması və fəaliyyətin qanunvericilik çərçivəsində təşkili əsas prioritetlərdəndir. Həmçinin, vətəndaşların təhsil müəssisələrinə olan etimadının artırılması və şəffaflığın təmin edilməsi də diqqət mərkəzində saxlanılır.