Qarabağ Universiteti və Azərbaycan Beynəlxalq Bankı arasında əməkdaşlıq: Tələbələr üçün geniş imkanlar!
“Təhsil365” xəbər verir ki, 2024/2025-ci tədris ilində Qarabağ Universiteti ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında qarşılıqlı faydalı əməkdaşlıq qurulub.
Əməkdaşlıq çərçivəsində yay tətili dövründə 100-dən artıq tələbə ABB-nin Baş ofisində, region filiallarında və Bakıda müxtəlif istiqamətlərdə təcrübə keçmək imkanı qazanıb. Bu təşəbbüs tələbələrin real iş mühiti ilə tanış olmasına və peşəkar bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır.
Məlumata görə, qarşıdakı tədris ilində bu əməkdaşlığın daha da genişləndirilməsi, eyni zamanda ABB tərəfindən tələbələrə təqaüdlərin təqdim edilməsi planlaşdırılır.