Masallı rayonu Qəzvinoba kənd ümumi orta məktəbində aparılan tikinti və yenidənqurma işləri başa çatıb. Layihəyə 2023-cü ilin mart ayında start verilib və tikinti işləri 2024-cü ilin sentyabr ayında uğurla yekunlaşdırılıb.
Bu barədə “Tehsil365”ə Lənkəran Regional Təhsil Mərkəzindən məlumat verilib ki, məktəb binası müasir tələblərə uyğun şəkildə inşa olunub. Burada şagirdlərin rahat və keyfiyyətli təhsil alması üçün sinif otaqları, fənn kabinələri, laboratoriyalar və digər zəruri infrastruktur yaradılıb. Eyni zamanda, müəllimlər üçün iş şəraiti yaxşılaşdırılıb, təhlükəsizlik və texniki təminat məsələlərinə xüsusi diqqət yetirilib.
Yeni tədris ocağının istifadəyə verilməsi kənddə təhsilin inkişafına təkan verəcək, müəllim və şagirdlərin tədris imkanlarını genişləndirəcək.

